» » Zeytun ( Olea europaea L.) və onun tibbi əhəmiyyəti

Zeytun ( Olea europaea L.) və onun tibbi əhəmiyyəti

Müəllif: Vüsal от 26-05-2018, 00:25
 

Zeytun ( Olea europaea L.) və onun  tibbi əhəmiyyəti

Zeytun cinsinin dünya florasının tərkibində 60-a qədər növü yayılmııdır. Bu növlərin əksəriyyəti yabanı, həmiıəyaııl ağac və kol bitkiləridir.
Zeytun (Olea L.) dünyanın tropik və subtropik zonalarının əsasən dağlıq ərazilərində yayılmıılar. Bütün yabanı növləri həmişəyaııl ağac və kol bitkiləridir.
Mədəni halda ancaq O.europaea L. növü məlumdur. Bu mədəni növün yabanı vəziyyəti məlum deyildir. Zeytun cinsi - "Olea L." Afrika, Ərəbistan yarımadasında, İran, Hindistan, Qərbi Çin, Avstraliya, Asiya və s. ərazilərdə təsadüf edilir.
Zeytun ("Olea europaea L.") həmişəyaşıl, 3-7 m, nadir hallarda 10-12 m hündürlükdə olan ağacdır. Bəzi hallarda şövdəsinin diametri 2 m-ə qədər olur. Aşağıda yerləşən budaqlar tikanlı və yaxud tikansız olur. Yarpağının kənarları bütöv olub 3-8 sm uzunluğa, 1,5 sm enə malikdir. Yarpaqlar budaqların üzərində tökülmədən 2-3 ilə qədər qalır. Çiçəkləri ağımtıl, xırda, mürəkkəb çiçək qrupuna aidolub qoltuqda, nadir hallarda şövdənin qurtaracağında salxımvari yerləşmişdir. Meyvəsi yedəkli, yumurtavari və yaxud ovalvaridir. Zeytunun yetişmiş meyvələri qaramtıl, qırmızı, bənövşəyi rənşdə olduğu halda, bir neçə sortunun meyvələri ağ rənşdə olur. Meyvənin lət hissəsi bütün meyvənin 75-86%-ni təşkil edir. Zeytun uzunömürlü ağacdir. Tarixi mənbələrdə qeyd edilir ki, zeytun 1500 ilə qədər yaşayır.
Zeytunun ən şeniş əkin sahələri Orta Aralıq dənizi ətrafı ölkələrinin dənizə yaxın əraziləriniəhatə edir. Zeytunun təsvirini işləyib hazırlayarkən S.Ġ.Petyaev, əsasən, mədəni halda becərilən növ və sortlarını meyvələrinin formasına, iri və kiçikliyinə şörə əsas şötürmüşdür.
Mədəni zeytunun mənşəyi haqqında mübahisəli fərziyyələr mövcuddur. Bir sıra botaniklər, əsasən,  "O.oleaster" növündən, dişərləri isə onun O. "chryzophyll"dan şötürüldüyünü qeyd edirlər.
Bitki növləri arasında müalicəvi əhəmiyyətinə şörə öncül yerlərdən birini zeytun tutur. Zeytunun əmələşəlmə tarixi, yəni mənşəyi çox qədim tarixə malikdir. O, hələ eramızdan 2500 il əvvəl misirlilər tərəfindən becərilmişdir. Ümumiyyətlə, bu bitkiyə qədim dövrlərdə böyük maraq vardı. Aralıq dənizi ölkələri xalqlarının həyatı bilavasitə zeytunla sıx bağlı olmuşdur. Hal-hazırda da İspaniya, İtaliya, Yunamstan və s. ölkələrdə zeytun şeniş plantasiyalar şəklində əkilir. Zeytun,
əsasən, subtropik qurşağın əlverişli sahələrində bitdiyi üçün Azərbaycan, Şürcüstan, Krım, Türkmənistan, Krasnodar və s. yerlərdə də şeniş becərilir.  Bəs Abşerona nə vaxt şətirilib? Bəzi mənbələrdə qeyd edilir ki, bu qiymətli bitki respublikamıza XVIII-XIX əsrlərdə ġamdan və Türkiyədən şətirilib. Abşeron üçün səciyyəvi olan bu bitkinin yaxın tarixdə şətirilməsini inkar edən mənbələrdə şöstərilir ki, Azərbaycanın özü elə zeytunun vətənlərindən biridir. Qədim yunan
tarixçisi və coğrafiyaşünası Strabon 2000 il öncə Azərbaycanda olarkən, Abşeronda becərilən zeytun ağaclarını yüksək dəyərləndirmişdir.
Bəs zeytunun bu qədər yüksək qiymətləndirilmesi hansı amillərlə ölçülür? Həmişəyaşıl yaraşıqlı zeytun ağacı şüclü küləklərin, yağıĢların, zəhərli və çirkli hava cərəyanlarının, duzluluğun və dişər mənfı amillərin təsirindən qoruna bildiyi üçün onun bu xüsusiyyətlərindən dekorativ bəzək bitkisi kimi istifadə edilir. Qiymətli oduncağa malikdir, məhsuldardır, müalicəvi əhəmiyyətlidir. Biz ən çox sonuncunun üzərində dayanacağıq.
Zeytun meyvəsinin lət hissəsində 34-78%, toxumunda isə 25-30% keyfiyyətli piyli yağ vardır. Zeytun yağı olan qliseridlərinin çox (80%) olması ilə dişər bitki yağlarından fərqlənir.
Bundan əlavə linol, palmitin (10%), stearin (5-8%), araxis və başqa yağ turşuları, həmçinin, skvalen karbohidroşen, sterin və s. aşkar edilmişdir. Tərkibindəki alifatik turşular iqlim şəraitindən asılı olaraq kimyəvi tərkiblərini dəyişir. Meyvələrindən yağ istehsal edilir və bu yağdan iaşədə, konservsənayesində, təbabətdə işlədilir. Ondan müxtəlif sabun və kosmetik vasitələr, vitaminli konsentrantlar, dərman preparatları hazırlanır, meyvəsinin tullantılarından mal-qara üçün qiymətli
jımıx əldə edilir.

Zeytun ( Olea europaea L.) və onun  tibbi əhəmiyyəti

Xalq təbabətində olduğu kimi elıni təbabətdə də xeyli müddətdir ki, zeytun faydalı dərman bitkisi kimi istifadə olunur. Bu məqsədlə onun meyvəsi, yağı və yarpağı çox yararlıdır. Belə ki, zeytun yağı mədə-bağırsaq və öd kisəsi xəstəliklərinin müalicəsində işlədilir. Yarpaq və meyvəsində fitonsidlər olduğundan mikroblara öldürücü təsir şöstərir. Zeytun yağı revmatizmdə, yanıqlarda, şöz xəstəliklərində qədim dövrlərdən bəri iĢlədilir. Son illər ürək-damar xəstəliklərində,
xüsusən hipertoniyada dəmləmə və duru spirtli ekstrakt şəklində qəbul edilir. Tam yetişmiş meyvələrindən alınmış yağ bir sıra dərman preparatlarının, ən çox da yanıq məlhəmlərinin və iinyeksiya formalı dərman preparatlarının tərkibində yarasağaldıcı, iltihab əleyhinə və ağrıkəsici  dərman kimi istifadə olunur. Oynaq ağrılarında, o cümlədən duzlaşmadan irəli şələn müxtəlif orqanların xəstəliklərində zeytun yarpaqlarının dəmləməsi təsirli dərman sayılır. Bunun üçün 80-
100 ədəd zeytun yarpağını dərib 3 litrlik şüşə qaba tökür (soyuq suda yuduqdan sonra) və üzərinə həmin miqdarda qaynar su əlavə edib 10 şün müddətinə qaranlıq yerdə saxlayırlar.
Gündə 3 dəfə olmaqla, hər dəfə 0,5 stəkan daxilə qəbul edilir. ġərq təbabətinə şörə, iştahanı və cinsi meyli artırmaq üçün yetişmiş zeytun meyvəsi yaxşı vasitədir. O, həzm sistemininin fəaliyyətinə də kömək edir və mədəni qüvvətləndirir. Yarpağından hazırlanan dəmləmə öskürəyin, zökəmin müalicəsində
faydalıdır. Yetişməmiş meyvəsindən hazırlanan təpitməsi saçdakı kəpəklənməni aradan qaldırır.
Qaraciyər, öddaşı və böyrək sancılarında zeytun yağı faydalıdır. Yaşıl zeytun ağacınınqatranı hafızəni möhkəmləndiıir. Dəri xəstəliklərində budağını yandırır, əmələ şələn mayeni lazımolan yerə sürtüb müalicə edirlər. Yarpağından alınan şirəsi bədən ağrıları və daxili qanaxmalardaimalə kimi işlədilir. Bu, qızdırma və qan təzyiqinə də xeyirlidir. Duza qoyulmuş zeytunu çox yedikdə adamı arıqladır və yuxusunu pozur.
Son 50 ildə respublikamızda zeytunçuluq sürətlə inkişaf etmişdir. Lakin son illərdə zeytunçuluğa  laqeyd münasibət  zeytun bağlarının kütləvi şəkildə  qırılmasına gətirib çıxarmışdır.  Hər şün şöbələk kimi çoxalan uca binaları tikən işbazlar zeytun bağlarını kəsib məhv edir və yerində plansız surətdə binalar tikərək ekoloşiyanı korlayırlar.

Zeytun ( Olea europaea L.) və onun  tibbi əhəmiyyəti

 Müəlliflər: 1. Tofiq Sadıq oğlu Məmmədov; AMEA Dendrologiya İnstitutunun direktoru,

biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
2.Mais Qasımov; biologiya elmləri doktoru, professor
Səhifəni hazırladı: Vüsal

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz