» » 21 may məşhur aktrisa Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür

21 may məşhur aktrisa Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür

21 may  məşhur  aktrisa    Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür

21 may məşhur aktrisa , Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür.
Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva sənətin sirlərini Məhərrəm Haşımovun kursunda alır. Bir müddət öz xarici görkəmini nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində "Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən fakültəsini dəyişib teatrşünaslığa keçib.
Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. Vəfa Fətullayevnın atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, Xalq rəssamı Nüsrət Fətullayev, anası SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanova, əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz Fətullayevdir.

Rolları21 may  məşhur  aktrisa    Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür
Gülgəz ("Mahnı dağlarda qaldı", İ.Əfəndiyev),
Şirin ("Məhəbbət əfsanəsi", N.Hikmət),
Tənzilə ("Sən yanmasan", N.Xəzri),
Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov),
Beatrice ("Heç nədən hay-küy", U.Şekspir),
Bənövşə ("Kəndçi qızı", M.İbrahimov),
Zeynəb ("Sizi deyib gəlmişəm", Anar) və s.
Çəkildiyi televiziya tamaşaları: "Göz həkimi", "Alov", "Atayevlər ailəsi" və s.

Filmoqrafiya

"Alov” (film, 1979) (tammetrajlı televiziya tamaşası)
"Atayevlər ailəsi” (film, 1978)
"Bizim qəribə taleyimiz” (film, 2005)
"Firəngiz” (film, 1975)
"Göz həkimi” (film)

21 may  məşhur  aktrisa    Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür

 

21 may  məşhur  aktrisa    Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür

 

 

21 may  məşhur  aktrisa    Vəfa Nüsrət qızı Fətullayevanın Xatirə günüdür


Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz