» » Atanın rolu

Atanın rolu


Atanın rolu

Atalıq rolu da analıq kimi, ailədə uşağın dünyaya gəlməsi ilə başlayır. Odur ki, hər iki valideynin uşaq sahibi olmağı qərara alması vacibdir, birgə niyyətdən başlanan bu məqsəd uşağın xoşbəxt doğulması üçün önəmlidir. Atanın uşaqlarla ilk əlaqəsi hamiləlik dövründə anaya köməyi ilə başlanır.
Hamiləliyin hər bir addımını, körpənin inkişafını izləyin və bu zaman həkimin tövsiyələrinə əməl etməkdə anasına psixoloji dəstək verin. Doğumdan etibarən körpənin ehtiyaclarının qarşılanmasında anaya yardımçı olmaq uşaqla ilk fiziki-ruhi qarşılıqlı təsirin əmələ gəlməsi deməkdir. Xüsusən ataların uşaqları ilə bədən təmaslarının olması və göz təması vacibdir. Uşağın doğumundan etibarən atası ilə belə ünsiyyəti ataların həyatı boyu onlarla daha sağlam ünsiyyət qurma ehtimallarını artıracaq.
Ailədə valideynlərdən hər hansı birinin münasibətlərindəki laqeydlik uşaqda maddi və mənəvi travmalar yaradır.
Çünki ata uşaqlar üçün etimaddır. Bu ehtiyac oğlan uşaqlarında kişi rolunun tam olaraq öyrənilməsi baxımından əhəmiyyət daşıyarkən, qızlarda da ata rolunu tanıması və müsbət bir həyat imici üçün lazımdır. Xüsusilə oğlan uşaqlar gələcək cinsi rollarını atalarından öyrənir və onları təqlid edirlər. Analar hər zaman oğullarının adi həyat davranışlarında eynilə ataları kimi getdiklərini, danışdıqlarını, jest və mimikalarından eyni ataları kimi olduğunu ifadə edirlər.
Uşaqların şəxsiyyətinin inkişafında ataların rolu
Aktiv atanın rolu hər cür uşaq inkişafında müsbət rol oynayır. Məsələn, həddindən artıq avtoritar davranışlar və laqeydlik uşaqlarda şüştlük və utanclıq kimi şəxsiyyət xüsusiyyətlərini inkişaf etdirməsinə səbəb ola bilər. Mehriban və sevgili bir davranış isə uşaqların liderlik bacarıqlarını inkişaf etdirmək qabiliyyətlərinə təsir edir.
Eyni şəkildə qız uşaqları üçün də atanın rolu, gələcəkdə qarşı cinsi anlaması, özünə güvən inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ailədə nümunəvi ata modelinin olmaması qız uşaqlarının, xüsusilə yetkinlik dövründə sıxıntılarının daha şiddətli baş verməsinə səbəb olur.
Ataların uşaqlarla ünsiyyətdə nəzərə alınması lazım olan şeylər
Fəal bir ata rolu uşaqların hər cür inkişaf müsbət təsir edir. Atanın uşağı ilə əlaqə qurmaq tərzi uşağın şəxsiyyətini təsir göstərir. Məsələn, həddən artıq avtoritar rəftar və laqeydlik uşaqların utanc, utancaqlıq kimi şəxsiyyət xüsusiyyətləri inkişafa səbəb olur. Bağlı və sevgi dolu bir davranış isə uşaqların sosial uyğunlaşma bacarıqlarının artmasına, liderlik xüsusiyyətləri inkişafa təsir edir. Atanın sağlam bir nüfuz edə bilmədiyi, intizamsız və həddən artıq tolerant mövqedə olması isə uşaqların bəzi uyğunlaşma və davranış pozğunluqları yaşama ehtimalını artırır
 

Atanın rolu

Eyni şəkildə qız uşaqlar üçün də atanın rolu, qarşı cinsi anlaması, özünə güvən inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Valideynlə ünsiyyətdə olaraq kişilərə necə reaksiya verəcəklərini və kişilərin öz cinslərinə necə reaksiya verdiklərini öyrənirlər. Yetərsiz ata modeli və ya ata məhdudiyyəti qız uşaqları xüsusilə yetkinlik dövründə etdiyinizi və yetkinlik sıxıntılarının daha şiddətli baş verməsinə səbəb olur.

Ataların uşaqları ilə ünsiyyəti zamanı diqqət etmələri üçün vacib məqamlar

Hamiləlik dövründə həyat yoldaşınıza dözümlülük, anlayış və xüsusi qayğı göstərin;
Körpənizin ana bətnindəki inkişafı ilə məşğul olun. Uşağınızın inkişafı ana bətnində başlayır.
Uşaqlıq dövründə bu qayğılar üçün vəzifə alın: körpənizin sağlamlığı, qidalanması, təmizliyi, ağlayanda sakitləşdirilməsi və bütün ehtiyaclarını ödənməsi məsələsində bacarıqlarını inkişaf etdirin. Bu əlaqə daha sonra davam edəcək olan sağlam bir əlaqənin əhəmiyyətli bir başlanğıcıdır.
 

Atanın rolu

Uşağınız üzərində qorxuya əsaslanan bir intizam tətbiq etməyin. Sizinlə rahat və açıq bir əlaqə yaratması üçün ona fürsət verin. Əksinə olaraq tamamilə intizamsız, qanunsuz və nəzarətsiz bir intizamın də uşaq üzərindəki mənfi təsirlərini diqqıtdən qaçırmayın .
Uşağınızla yaxşı ünsiyyət yaratmağınız vacibdir. Anası ilə olduğu kimi, eynilə sizinlə də yaxın və isti münasibət qurması və kədərini və sevincini sizinlə bölüşməsi lazımdır.
Ataların da eynilə analar kimi, uşaqlarını hər addımda (uğurlarında da uğursuzluqlarında da) uşaqlarına onları sevdiklərini ifadə etməsi sağlam bir etimadın inkişafı üçün çox əhəmiyyətlidir

Ata uşağı necə ünsiyyət qurmalı

Valideynlə uşaq arasında sağlam ünsiyyətdə əsas nöqtələr hörmət, qayğı, dinləmə və düşüncədir. Ata uşaqları yaxşı bir ünsiyyət qurmalıdır. Ünsiyyət qurarkən də bəzi nöqtələrə diqqət etməlidir.
Bu nöqtələri belə sıralaya bilərik;

Uşağın da bir fərd olduğu və hörməti layiq olduğu unudulmamalıdır

Uşağın böyüməsinə icazə verilməlidir. Ailədə oğlan uşaqlarına məsuliyyət verilməməsi, gələcək həyatlarında da problemlərə yol açır. Oğlan uşağı ailələri istirahətə hazırlaşarkən , o, evdə qalıb gitara kursuna getmək istəyərsə, validetnlər narahat olar, məsələn tək qalıb qapını kilidləməyə unudacağı, qaz, su və elektriklə ehtiyatsız davranacağı səbəbilə icazə verməz. Uşaq da bu fikirlərlə razılaşmayanda qarşıdurma yaranır. Ata bu zaman uşaq evdə tək qalanda ona nə kimi məsuliyyətləri olacağını izah etməli, bunları yerinə yetirdiyi təqdirdə qalacağını bildirərək icazə verməlidir.
 

Atanın rolu

Uşaq dincəlməli, anlamağa çalışmalı, qayğı göstərilməlidir.
Uşaq atadan qorxmamalı, atası ilə əlaqəsi nüfuz hörmət və sevgi ehtiva etməlidir. Uşaqlar atadan qorxusundan deyil, səhv olduğu üçün bəzi şeyləri etməkdən çəkinməlidir.
Uşaq hər zaman idarə edilməyə ehtiyac duyur. Evdə mütləq həssas, ardıcıl qaydalar olmalıdır.
Bu normalardan çox güzəşt verilməməlidir.
Uşağın hər istədiyi qəbul olunmamalıdır. Bu uşağı məsuliyyətsizliyə, özbaşınalığa itələyir.
Fiziki və emosional cəzadan uzaq durmalıdır. (Şiddət, , təhqir, söyüş və s).
Uşaqla dost olmaq əvəzinə, onunla dostyana davranılmalı. Ailələrin günümüzdə ən çox etdikləri səhvlərin başında ana - ata şəxsiyyətlərindən ayrılaraq yoldaşı kimi davranmaları gəlir. Xüsusilə gənc oğlan uşaqlarına yoldaşı kimi davranmaq əvəzinə, ona atası olduğunuzu, daim ona dəstək verəcəyinizi hiss etdirərək ata olmalısınız.
Uşaqlarınızı başqa uşaqlarla müqayisə etmək onun özünü aciz və ümidsiz hiss etməsinə səbəb olur. Bunun əvəzinə, atanın uşaqdakı fərqlilikləri görüb, bu istiqamətləri inkişaf etdirməsinə yardımçı olmalıdır.
Uşaqlarla inad etməkdən qaçılmalıdır. Uşaqlar özlərini sübut etmək məqsədilə münaqişəyə girirlər. Bu hallarda ana və atalarının dəstəyinə ehtiyacı olan uşaqla inad etmək, ifrat və məntiqsiz yasaqlarda etmək, əksinə, onların daha inad etmələrinə yol açır: evdən qaçma, məktəbi qoyma kimi mənfi nəticələr doğurur.

Evdə ata fiquru olmayan ailələrdə müşahidə edilən mənfi davranışlar nədir?

Boşanma və ya itki və ya digər hallardan görə evdə ata yoxluğu yaşayan uşaqlarda əsasən 2 tip mənfi davranış müşahidə olunur.

Təcavüzkarlıq və davranış problemləri

Evdə ata nüfuzunun olmaması hakimiyyət boşluğu yaradır. Uşaqlar bu boşluqda tərəddüdlü olur və hərəkətlərini tənzimləyə bilmirlər. Diqqətsiz olurlar, təhsillərində uğursuzluq baş verir, yalan demə müşahidə olunur. Əgər evdə ana də müsbət bir mövqe nümayiş etdirmirsə, bu münasibətlər davam edir və getgdikcə də artır.
Bu tip uşaqlar isə içlərinə bağlanırlar. İctimai həyata və tanımadığı adamlara qarşı olduqca məsafəli və ürkəkdir, qorxuları olur. Əgər ana uşağına atasının yoxluğunu müsbət bir şəkildə əvəz edə bilməsə, bu problemlər davam edir. İnam çatışmazlığı səbəbindən həyata dair baxışları mənfiliyə meyillənir. Belə hallarda oğlan uşaqlarında qabarıq, hədsiz və şişirdilmiş kişiyə oxşayan davranışlar müşahidə eddiyi kimi, qadın (qız) davranışları müşahidə edilə bilər. Qız uşaqlarında da eyni xüsusiyyətlər müşahidə olunur. Həddindən artıq kişi davranışları və ya yaşlarından böyük qadın davranışları baş qaldıra bilər. Bu zaman mütləq bir böyüyün köməyi olmalıdır. Bir çox halda ana bu rolu oynayır. Ata fiquru olmayan evlərdə anaya olduqca çox vəzifə düşür.

Atanın rolu


Qeyd: Yazı türk saytından tərcümə ilə təqdim olunur

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz