» » Uşaqları stresdən qorumaq üçün bu vərdişləri onlara öyrədin

Uşaqları stresdən qorumaq üçün bu vərdişləri onlara öyrədin

Uşaqları stresdən qorumaq  üçün   bu  vərdişləri  onlara öyrədin

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, mənəvi cəhətdən zəngin inkişaf etməsinə kiçik yaşlardan diqqətli olmaq lazımdır.
Uşaqlar hələ həyata hazırlanırlar. Onlar həyatı böyüklər kimi dərk etmirlər, böyüklər kimi mürəkkəb vəziyyətlərdə çıxış yolu seçə bilmirlər.
Bəziləri ərkəsöyün, bəziləri şıltaq, bəziləri əsəbi, bəziləri hövsələsiz, bəziləri susqun və passiv, bəziləri inadkar olur. Bəziləri ipə-sapa yatmır, öz həmyaşıdları ilə ünsiyyət qura bilmir, bəziləri də özlərindən kiçiklərə qarşı aqressiv olurlar.
Bu kimi hallar ailənin və məktəbin qayğılarıdır. Onların heç biri nəzərdən yayınmamalı, valideyn, məktəblə, psixoloqla qarşılıqlı əlaqədə övladlarının sağlam və ahəngdar inkişaf etmiş şəxsiyyət kimi yetişməsi üçün səylərini əsirgəməməlidir.
Adətən, valideynlər övladlarının daha çox stresli olmasındannarahatçılıq yaşayırlar.

Tükiyəli Prof. Dr. Müjgan Alikaşifoğlu bu xüsusda valideynlər üçün aşağıdakıları tövsiyə edir:

Problemi müəyyən etmək və həll etməyə başlamaq

Problem həll etmək üçün övladlarınıza uyğun variantları nəzərdən keçirməyi, onların yardım ala biləcə biləcəi şəxsləri və ya vasitələri müəyyən etməyi öyrədin. Onlara problemlərinin həlli yollarını özləri tapmalarına imkan verin, ən sonda nəticələrdən birlikdə istifadə edin.
 

Uşaqları stresdən qorumaq  üçün   bu  vərdişləri  onlara öyrədin

 

Nizamlı və keyfiyyətli yuxu

Uşağınızın sabit yuxu rejimi yaratmasına kömək edin. Çünki keyfiyyətli yuxunun həm fiziki, həm zehni həm də ruhi baxımdan sağlamlığa müsbət təsirləri danılmazdır.

Sağlam qidalanma vərdişi

Günə yaxşı bir səhər yeməklə başlama və sağlam qidalanma davranışı da uşağınızın sağlam inkişafı üçün həlledici şərtdir. Bu zaman qidalanmada B qrupu vitaminləri (taxıllar, yaşıl noxud, quru ərik və s), C vitamini (yaşıl yarpaqlı, narıncı və qırmızı tərəvəz və meyvələr), triptofan (toyuq, balıq, ət), seratonin metabolizmində rol oynayan dəmir (qırmızı ət, brokkoli, pomidor ) və maqnezium (banan, amerikan armudu, kərəviz və s) zəngin olmasına, kafi dərəcədə D vitamini almasına diqqət göstərin. Şirin qazlı içkilərdən, şəkərli qidalardan uzaq olmasını çalışın. Beləliklə, qaydasınca lan belə sağlam qidalanma davranışı uzun müddətdə bir vərdişə çevrilərək həm yeniyetmə, həm də yetişkinlik dövründə stresslə daha asan baş etməsinə və onun zərərli təsirlərindən qorunmasına yardımçı olacaqdır.

Xobbiyə təşviq edin

Uşağınızın maraqlarına diqqət edin. Onun zövq aldığı tədbirlərə vaxt ayırmasına və qoşulmasına təkan verin. Yeniyetmələr yaşıdları ilə qruplar halında etdikləri idman, musiqi, incəsənət və ictimai tədbirlərdən çox xoşlanırlar və bundan zövq alırlar. Bu tədbirlər bir tərəfdən onların sağlam inkişaflarını dəstəkləyir, bir tərəfdən, birlikdə nail olmaq və ya eyni məqsədə yetmə zamanı kollektiv üçün məsul olma, cavabdehlik və s. keyfiyyətləri formalaşdırır ki, bunlar da stresin qarşısını almaqda uşağınıza dəstək olur.

İdman etməsinə təşviq edin

Uşaqları stresdən qorumaq  üçün   bu  vərdişləri  onlara öyrədin


Ekran qarşısında keçirdiyi zamanı (telefon, oyun konsolu və TV daxil) minimuma endirmək, ətalətdən çəkinməsi və idmanla məşğul olmağa təşviq edin. Fiziki fəallıq, xüsusən, fərdin zövqlə iştirak etdiyi bir tədbir stressin ən vacib dərmanı olan endorfinin bədəndə dövr etməsini artıraraq stresi aradan qaldırır. Bundan başqa, orqanizmin dözümlülüyünü artıraraq çətin işlərin aparılmasını asanlaşdırır və insanın özünə inamını müsbət istiqamətdə təsir edir.
Uşağa aid olan vəzifə və ya tapşırığı özünüz etməyin
Valideynlər çox vaxt uşaqlarının əvəzinə məktəb tapşırıqlarını özləri etməyə çalışırlar. Halbuki, bu vəziyyət uşağınızın özünü qeyri-kafi hiss etməsinə yol açacaq. Bundansa, uşağınızın nümunəvi gün rejimi və tapşırıqlara ayrılma saatlarına əməl etməsinə nail olun.Bunun üçün uşağınızın nümunəvi şəraiti olsun. Uşağınıza burada təkbaşına çalışmağı öyrədin, ona ancaq ehtiyac duyanda yardım etməyə çalışın. Beləliklə, inam və həmrəylik duyğularının inkişafına dəstək olaraq övladızın qarşılaşa biləcəyi təşviş və stressin təsirini azalda, tamamilə yox edə bilərsiniz.

Tənqid etməzdən əvvəl fikirlərini ifadə etməsinə fürsət verin

Yetkinlik çağında valideynlərin verdiyi sosial dəstək həm yeniyetmənin sağlam inkişaf etməsi, həm də stresli həyat hadisələri ilə davranmaq baxımından əhəmiyyətlidir.
Tənqid, mühakimə etməzdən əvvəl uşağınızn duyğu və fikirlərini bölüşməsinə imkan verin. Bir problem olduqda paylaşma seçimini özünün öhdəsinə buraxın, onu paylaşmağa məcbur etməyin. Beləliklə, özünüzü ailənizdə təhlükəsiz hiss edə bilərsiniz. Etibarlılıq və həmrəylik hissi yaşandığı ailədə böyüyən canlı insan, özünü xarici dünyadakı çətinliklərdən və narahatlıqlardan qoruya bilər.

Keçmiş uğurlarını xatırladın

Valideynlər bəzn uşaqlara çox irad tutur, keçmiş yanlış əməlləri xatırladır. Əksinə, onlara özlərinin mənfi hisslərinə diqqət yetirməsi əvəzinə, stresə səbəb ola biləcək bir vəziyyətə düşməməsi üçün onu ruhlandırın.
Məsələn, imtahan öncəsi daha əvvəllərdə nail olduğu uğurlu olduğu sınaqları xatırladın. Onda nailiyyətlərini düşünərək özü özünü coşduraraq stresdən birbaşa nikbin inama doğru yönəlir.

Uşaqları stresdən qorumaq  üçün   bu  vərdişləri  onlara öyrədin

 

Qeyd: Yazı türk dilindən tərcümə ilə hazırlanmışdır.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz