» » Şam ağacının tibbi əhəmiyyəti

Şam ağacının tibbi əhəmiyyəti

Müəllif: Anaveusaq.az от 1-05-2018, 00:20
ŞAMKĠMĠLƏR – Pinaceae Lindl. fəsiləsi
Eldar şamı – Pinus eldarica Medw.

Dünya florasının tərkibində şam fəsiləsi 11 cinsi, 250-yə qədər növü əhatə edir. Bunlar ağac, kol, kiçik kolcuqlar olub, əsasən Yer kürəsinin Şimal ərazilərində yayılmışlar. Şamkimilər (Pinaceae Lindl.) çılpaqtoxumlular arasında ən geniş yayılmış və böyük xalq təsərrüfatı əhəmiyyətli növlərin spektrini özündə birləşdirir.
Şam ağacının  tibbi  əhəmiyyətiYer kürəsində ġam (Pinus L.) cinsinin 100-dən artıq növü yayılmışdır. Azərbaycanda şamın 2 növü: Eldar şamı - Pinus eldarica Medw., Koxşamı - P.kochiana Klotzsch. ex C.Koch yayılmışdır. Eldar şamı hündürlüyü 8-12 m olan, əlverişli şəraitdə isə 20 m-ə çatan, düz və əyrigövdəli ağacdır. Onun aşağı əyilmiş uzun budaqları geniş çətir yaradır. Köhnə gövdələrin qabığı qonur-boz olur, üzəri çat-çatdır, cavan gövdələrinin qabıqları açıq-boz rəngdədir. Eldar
şamı Azərbaycanda mədəni halda yaşıllaşdırma məqsədi üçün geniş surətdə əkilib-becərilir. Şam bitkisi çılpaqtoxumlular tipinin elə bir növüdür ki, bunlar çiçəkli bitkilərin yer üzərində ilk inkişafı zamanı öz çiçəklənmə dövrünü baŞa vurmaqda idi. Lakin şamkimilərin içərisində elə cinslər də vardır ki, onlar nəinki yox oldular, hətta çoxaldılıb, yer üzünün şimal hissələrinə qədər gəlib çatdılar. Şam da belə bitkilərdən biri hesab edilə bilər. şam ağacı ən çox yayılan meşə mənşəli bitkilərdəndir. Əzəmətli, gözəl görünüşə malik olub, xoş ətrini ətrafa yayaraq havanı təmizləyir, insanın nəfəs almasını asanlaşdırır. Ağciyəri xəstə olanlara şam meşələrində dincəlməyi məsləhət görürlər. Qədim yunan əfsanələrində qeyd edilir ki, şam ağacı antik dövrdə Allahlar içərisində ən şux və şən görünən Papa Allahının ağacı hesab olunurdu.
Şam ağacı dünyanın bir çox xalqları arasında sevilə-sevilə əkilib-becərilir. Belə ki, Yaponiya və Çin xalqları arasında şam ağacı əbədilik və uzunömürlülük, Finlandiyada isə həyat, Koreyada doğruluq və dözümlük rəmzi kimi təsvir edilir. Kiçik Asiya ölkələrində isə şam ağacı ölməzlik və bərəkət simvolu hesab edilir. Slavyan xalqları isə toyları, şən mərasimləri, bayramları şam ağaclarının ətrafında qeyd edirlər.
Şam ağaclarının yayıldığı sahələr ağ, enliyarpaq və çayır göbələklərinin xəzinəsi hesab edilir. Nahaq yerə demirlər ki, "ġam kəsiləndə göbələklər bir-biri ilə pıçıldaşır”.
Şam meşələrindəki cığırlardan keçərkən sanki iynəyarpaqlardan toxunmuş qalın yumşaq xalça üzərində yeridiyini hiss edirsən.
Çox qədim zamanlardan insanlar şamın bal kimi şirin tozcuqlarını müalicə məqsədləri üçün
qidalarına qatıb yeyərmişlər. Aclıq illərində şamın iynə yarpaqlarını qurudub, sonra toz halına salaraq çovdar ununa qatıb, sıyığını hazırlayıb yeyərdilər. Leninqrad mühasirəyə alındığı günlərdə əlavə qida məhsulu kimi Şamın iynə yarpaqlarından vitaminli "surroqat” içkisinin istehsalı təşkil edilmişdir.
Şam qədim dərman bitkilərindən hesab edilir. Belə ki, bizim eradan 3 min il əvvəl şumerlərin gildən düzəltdiyi cədvəldə verilmiŞ 15 dərman bitkisinin siyahısında şamın da adı çəkilir.
Qədim şumerlər şamdan hazırladıqları sarğıları bədənin ağrıyan nahiyəsinə qoymaqla ağrını
kəsərmişlər. Tarixi mənbəyi araŞdırarkən məlum olur ki, XVIII əsrdə şam tumurcuqlarını qurudub, un şəklinə salıb bal ilə bişirərək böyrək xəstəliklərini müalicə edərmişlər. XIX əsrdə təşkil olunan bir çox ekspedisiyalarda, əsasən, şam tumurcuqları toplamaqla məşgul olmuşlar.
Şamın bütün hissələrindən: qabıqlarından, tumurcuqlarından, qozalarından, cavan budaqlarından, yarpağından, şirəsindən, qatran, kanifol və s. hazırlanan dəmləmə, cövhər, məlhəm və digər preparatlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilmişdir.
Şamın bütün hissələrinin tərkibindən 3,5%-ə qədər qatran turŞusu, tumurcuğundan isə 0,35% efir yağı, 5,0% aşı maddəsi (aşı maddə pinicikrin – C22H36O11), iynə yarpaqlarından 0,1-0,3% askobrin turşusu, 5% aŞı maddəsi, 0,13-1,30% efir yağı, toxumundan 26-32%-ə qədər piy yağı, yarpaq və qabıq hissəsindən isə antosian tapılmışdır. Oduncağından qatı terpentin maddəsi alınır ki, bunun da tərkibi çoxlu efir yağından və terpenoidlərdən ibarətdir. Su ilə destilə etməklə qatı qatran alınır. Qatranın tərkibi isə yağ, fenol, ksilol və toluoldan ibarətdir. Qatı maddəni adi destilə etdikdə skipidar alınır.
Müasir tibbdə şam tumurcuqlarından hazırlanan dəmləmələrdən bəlğəmgətirici, dezinfeksiyaedici, sidikqovucu vasitə kimi istifadə edilir.
Leninqrad (Sankt-Peterburq) şəhərində yerləşən Meşə-texniki Akademiyasının laboratoriyalarında şamın iynəyarpaqlarından yağda həll olunan xlorofil-karotin pastası əldə edilmişdir. Həmin pastadan cərrahiyədə, stomatologiyada və tibbin müxtəlif sahələrində müvəffəqiyyətlə istifadə edilir. Bundan başqa iynəyarpaqdan daha qiymətli karotin-xlorofil maddəsi alınmışdır ki, bu da xoşagəlməz iylərin aradan qaldırılmasında istifadə olunur; laboratoriyada hazırlanmış "Lesnaya” diş pastasının köməyi ilə ağız boŞluğunu dezinfeksiya etməklə yanaşı, diş qanaxmalarının aradan qaldırılmasında da istifadə edilir. Iynəyarpağından hazırlanan "meşə” adlısabun kiçik kəsikli yaraları tez sağaldır, yanıqları müalicə edir.
Şam ağacının  tibbi  əhəmiyyətiŞamın iynəyarpaqlarından hazırlanan cövhər və dəmləmələrdən müxtəlif soyuqdəymələrdə, bəlğəmgətirici və dezinfeksiya vasitəsi kimi istifadə edirlər. Hazırda skipidardan hazırlanan terpinhidrat bronxial astmada bronxlarda olan bəlğəmin tezliklə kənar edilməsində istifadə edilir.
şamın iynəyarpaqları qiymətli vitamin mənbəyi sayılır. Ondan hazırlanan cövhər və qarışıqlar hipoavitaminozlarda işlədilir.
Ev şəraitində şamın iynəyarpaqlarından tərkibində zəngin C vitamini olan konsentratı aşağıdakı kimi hazırlayırlar:
4 stəkan yaxşı yuyulmuş iynəyarpağı və qabaqcadan hazırlanmış 8%-li sirkə turşusunu 2 stəkan soyuq suyun üzərinə tökürlər. Sonra turşulaşdırılmış suda olan iynəyarpaqları 3 gün soyuq mühitdə dəmləyirlər. Bundan sonra ekstraktı təmiz parçadan və yaxud pambıqdan süzürlər. Cövhər ağızda acı dadıverəcəkdir. Bu acılığı aradan götürmək üçün cövhərin üzərinə ya şəkər, ya da meyvə şirəsi əlavə edib, gündə 1 stəkan daxilə qəbul etməyi məsləhət görürlər. Bununla da orqanizmin C vitamininə olan tələbatını təmin edirlər.
Müasir kosmetika və dermatologiya sahəsində şamın tumurcuq və iynəyarpaqlarından hazırlanan preparatlarla uzun sürən sağalmaz yaraların, tezliklə qaysaq bağlayıb yeni epiteltoxuması ilə bərpa edilməsində, yanıqlarda, donvurmalarda, ekzemaların müalicəsində, soyuqdəymədə, tonusun artırılmasında və s. işlədilir.
Bundan əlavə şamdan hazırlanan krem və məlhəmlərdən (mazlardan) əl və üz dərisinin qidalandırılmasında, ağız boşluğu soyuqdəymələrində, dişlərin dibində baş verən qanaxmaların dayandırılmasında istifadə olunur.
Slavyan xalqları dəridə olan ekzema və dəmrovun müalicəsində şamın qatran maddəsindən istifadə edirlər.
Bolqarıstan kosmetoloqları şamdan hazırlanan dəmləmə, cövhər və vannalardan bir sıra dəri xəstəliklərinin müalicəsində, Çində isə dəri və ayaqlarda əmələ gələn göbələk xəstəliklərinin müalicəsində istifadə etməyi məsləhət görürlər.
Xalq təbabətində şam tumurcuğundan hazırlanan dəmləmə və cövhərindən bədən boşluqlarında toplanan suların, bronxitin, yuxarı tənəffüs yollarının soyuqdəynəsində, öd kisəsi xəstəliklərində, eləcə də qantəmizləyici vasitə kimi dəri xəstəliklərində, maddələr mübadiləsinin pozulmasında, aybaşı zamanı kəskin qanaxmaların qarşısının alınmasında, raxit, böyrəkdə, sidik kisəsində olan daş və qumların təmizlənməsində geniş tətbiq edilir.

Şam ağacının  tibbi  əhəmiyyətiŞam ağacı iynəyarpaqlarından müalicə preparatlarının hazırlanması

Şam iynəyarpaqlarının külü ilə diabetin müalicə edilməsi

 4 xörək qaşığı kül götürüb 1 litr qaynar suya töküb 1 gün ərzində dəmləyin. Sonra ehtiyatla süzüb, gündə 3 dəfə 3 xörək qaşığı qəbul edin. İki həftə qəbul edib, 5 gün istirahət verdikdən sonra müalicəni yenidən təkrar edin. İl ərzində müalicə kursunu 5-6 dəfə təkrarlayın. Müalicə kursunu qəbul edən zaman keyfiyyətli qidaməhsullarından istifadə etmək məsləhət görülür.

Şam qatranı ilə soyuqdəymə və öskürəyin müalicə edilməsi

Bunun üçün birinci dəfə 2-3 q, şəklinə bilərsiniz. Bu sonra isə 4-5 q qətrandan dilinizin üstünə qoyub, yavaş-yavaş sormağa başlayın. Qatranı cökəsalıb, çeynəyə də əməliyyat yatanda da sizi narahat etməz. Sonra fitonsid nəfəs almanı yaxşılaşdırmaqla yanaşı tənəffüs yollarını dezinfeksiya edəcəkdir.

Şam ağacı oduncağının kəpəyi ilə damar ağrılarının müalicə edilməsi

 500 q təzə şam kəpəyindən götürüb 1,5 litr qaynar suya tökün. İsti yerə qoyub 2-3 saat cövhərini hazırlayın. Sonra isti halda ağrıyan nahiyəyə kompres kimi qoyun. Kompres soyuduqdan sonra sarğını açın.

Doğranıb xırda hissələrə salınmış şam yarpaqları ilə qrip və soyuqdəymənin profilaktikası

Şam yarpaqlarını xırda hissələrə doğrayıb, nimçəyə və yaxud qutuların içərisinə sərib xəstə yatan otağa qoyun.
Şam balışı ilə öskürək və kəskin bronxitin müalicəsi. Tənzifdən düzəldilmiş balış üzü içərisinə şam yarpaqları doldurub üzərinə ağ şam və yaxud adi şam şirəsi damızdırın. Bu cür balışda xəstə bir neçə gün yatdıqdan sonra sağalmağa başlayacaqdır. Şam yarpaqlarının 1:1 nisbətində propolislə qarışığı daha effektli müalicəvi təsir göstərəcəkdir.

Şam ağacı oduncağı tilişgəsi ilə dəmrovun müalicəsi

Şam tilişgəsindən hazırlanan qatrandan götürüb yandırın. Sonra söndürüb tüstüsünü dəmrov olan nahiyəyə yönəldin. 7-8 dəfəaparılan əməliyyatdan sonra dəmrovun tamamilə sorulub sağaldığının şahidi olacaqsınız.

Şam ağacı şirəsi ilə diş dibinin, soyuqdəymə və öskürəyin müalicəsi

Cavan şam ağacınınqabığını gövdəsindən ayırın. Qabıq və gövdənin arasında şirəli və dadlı kambi qatı yerləşdiyini
görəcəksiniz. Onu gövdədən qaşıyıb çıxardaraq, yavaş-yavaş çeynəyib, şirəsini udun.

Qatrandan hazırlanmış qoğal ilə çətin sağalan irinli yaraların müalicəsi

Bir və yaxud, bir neçə tikə şam qatranından götürüb, barmaqlarınızla əzib azca su əlavə edərək qarışdırıb qoğal halına salın. Sonra qoğalı ağrıyan yaranın üzərinə yaxıb (qoyub) sarıyın. Sarğını 1-2 gün saxlayıb açın,
azca istirahət verdikdən sonra əməliyyatı yenidən təkrar edin. Əməliyyatı yara tam sağalana qədər
davam etdirin.
Şam ağacı tumurcuqlarını erkən yazda və yaxud qış dövründə toplayır və qurudub saxlayırlar.
Qurudulmuş xammalın saxlama müddəti 2 ildir.

 Müəlliflər: 1. Tofiq Sadıq oğlu Məmmədov; AMEA Dendrologiya İnstitutunun direktoru,
biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
 
2.Mais Qasımov; biologiya elmləri doktoru, professor

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz