» » Ali təhsi, yoxsa peşə təhsili?

Ali təhsi, yoxsa peşə təhsili?

 

Ali təhsi, yoxsa peşə təhsili?

 

"Şərq” qəzetində Aysel Aslanın imzasıyla  maraqlı bir yazı oxudum. Mövzu günümüz üçün çox aktualdır. Sərlövhənin adı da belədir: "Yaxşı oxuya bilmirsənsə, yaxşı peşə öyrən! - Diplom vacib deyil”  
Mövzu haqqında tanınmış təhsil ekspertləri Nabatəli Qulamoğlu və Rizvan Cəfərlinin fikirləri də yazıda yer alıb.
Hər iki təhsil eksperti də cəmiyyətin, pedaqoji ictimaiyyətin kifayət qədər tanıyıb qəbul etdiyi təhsil ekspertləridir. Mütəxəssislər çox doğru olaraq gənclərimizin xalq təsərrüfatının müxtəlif sahələrində ehtiyac hiss edilən peşə-sənət sahələrinə maraqlarını artırmaq üçün öz fikirlərini ifadə etmişlər.
Məsələn, N.Cəfərlinin yazır: "Qeyd edim ki, Böyük Britaniyada ən çox qazanan peşələrdən biri avtomobil ustalarıdır. Onların aylıq gəliri, manatla hesablasaq, 20 min manatdan çox olur. Ona görə, sosial çarxlar, televiziyalarda aparılan müzakirələr vasitəsilə insanları maarifləndirmək lazımdır. Diplom almağa deyil, yaxşı təhsil yaxud yaxşı peşə öyrənməyə çalışmaq vacibdir”.
Lap Azərbaycanın özünündə də sənətkarlar ali təhsilli ziyalılardan da yaxşı əməkhaqqı qazana bilir. Bu şərtlə ki, gərək işinin ustası olasan.
Amma ümumtəhsil məktəblərində peşə öyrətmirlər, bizim məktəblər politexnik məktəblər deyil ki. Avropa ölkələrindən nümunə gətirilən peşə , ixtisas səviyyəsi isə ümumtəhsil məktəblərində verilə bilməz. Ümumtəhsil məktəbləri, sadəcə, peşəyönümü istiqamətində hərf kəsin qabiliyyət və bacarığına görə bələdçilik edə bilər. Birftərəfli qaydada şagirdləri ayda 200 min manatdan çox məvacib alan avtomobil ustası olmağa yönəltmək təhsilin keyfiyyətinə zərbə vura bilər. Onda kim özünü təhsilə fəda edər ki? Onda məktəbə kim gedər ki? Lap bu yaxında bir 10-cu sinif şagirdi ilə söhbət etdim. Soruşdum ki, siz bu vaxtı dərsdə olmalısınız, niyə bəs burdasınız? Cavab verdi ki, mən dərsə aradabir gedirəm, restoranda işləyirəm.
 

Ali təhsi, yoxsa peşə təhsili?

 

Kim deyə bilər ki, hansısa bir məmurun oğlu diplom(yəni ali təhsil almaq yolu ilə) narahatçılığı keçirməyəcək, məktəbi bitirib kamal attestatını alan kimi, peşə-ixtisas məktəblərinin birinə yazılacaq, usta yanında şagird dayanacaq və sair? Ağlasığmaz xəyaldır və heç ali təhsil üzrə davam etməsə də, davam edə bilməsə də, onlar heç vaxt bu sahəyə üz tutmazlar. Bütün zamanlarda peşə sahibləri hamısı sadə adamların övladları olub və belə də davam edəcək.Onda təbəqələşmə yaranacaq. "Prestijniy” ixtisaslara imkanlıların övladları hazırlanacaq, faytonçu oğlu da faytonçuluğa, papaqçı oğlu da papaqçılığa gedəcək, o da istəsə. İndi belə ixtisaslara maraq getdikcə itmək üzrədir.
Yazılarda, çıxışlarda, kitablarda şagirdlərin peşələrə istiqamətləndirilməsindən çox danışırlar: karyera hazırlığı söhbətləri, görüşlər və s. bu mövzulu tədbirlər demirəm ki, heç yoxdur, aparılmır… Bunlar var, amma keyfiyyəti artırılmalı, böyük işlər görülməlidir.
Şagirdlərimiz savadlı olmalı, daim biliklərə can atmalıdır. Fəqət, heç də hamının savad dərəcəsi eyni olmur. Bax, bu nöqtədən başlamaq lazımdır. 9-cu sinifdən şagirdlərin bu qabiliyyətləri etimad və qarşılıqlı anlaşma ilə müəyyən edilməli, belə şagirdlər peşə-ixtisas məktəblərinə istiqamətləndirilməlidirlər. Peşə məktəblərimizin nüfuzunu qaldırmaq lazımdır.Cəmiyyətdə elə qəbul olunur ki, yumşaq desək, peşə məktəblərində oxuyanlar dəcəl, intizamsız, valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bunu da deyirlər ki, peşə məktəblərində elə uşaqların özünə uyğun müəllim və ustalar fəaliyyət göstərir.
Bu mifi dağıtmaq lazımdır.Peşə-ixtisas məktəbləri ilə ümumtəhsil məktəbləri arasındakı fərqləri aradan qaldırmaq lazımdır.
O qədər məşhur adamlarımız olub ki, onların karyera yolu peşə məktəblərindən başlayıb.
Bu istiqamətdə görülməli işlərimiz çoxdur. Peşə məktəblərimizdə şəgirdlər özlərini fəal cəmiyyətdən təcrid olunmuş kimi hesab etməməlidirlər. Onlar əmin olmalıdırlar ki, burada peşə öyrənməklə bərabər, təhsillərini də davam etdirirlər. O vaxtlar peşə məktəblərini qırmızı diplomla bitirənlər ali məktəblərə bir imtahan verirdilər.
Bir stimullaşdırma da bundan ibarət olmalıdır ki, peşə-ixtisas məktəblərini bitirənlər işsiz qalmayalar. Peşə məktəbləri öz məzunlarının həyat və əmək yolunu həmişə izləyə.
Bu şəkildə peşələrə istiqamətlənmə, peşə öyrənmə olarsa, hesab edirəm ki, xalq təsərrüfatı sahələri üçün vacib olan ixtisasları şagirdlərimiz şüurlu olaraq seçərlər.
 

Ali təhsi, yoxsa peşə təhsili?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz