» » Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması və istifadəsi

Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması və istifadəsi

Müəllif: Anaveusaq.az от 5-04-2018, 12:00

 

 

Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması və istifadəsi

 

 

Qarğıdalı saçaqlarından hazırlanan preparatlar soyuqdəymə, ödqovucu sidikqovucu, qan bərpaedici, arterial qan təzyiqinin və öd ifrazatının artırılmasında, qanda bilirubin maddəsinin azaldılmasında tətbiq edilir.

Sidik kisəsində olan daşların əridilməsində. 2 çay qaşığı doğranmış saçaqdan 2 stəkan qaynar suya tökün, su hamamına qoyub, 2 saat saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə yeməyə 1 saat qalmış stəkanın 0,5 hissəsi qədər istifadə edin. Müalicə kursu yarım ildən az olmamaq şərti ilə
aparılır.

Xroniki xolesistitin müalicəsində. 2 xörək qaşığı doğranmış qarğıdalı saçaqlarından götürüb stəkan yarım qaynar suya tökün, qaynama dərəcəsinə çatdırıb 30 dəqiqə saxlayın.
Dəmləmədən gündə 2-3 dəfə 2 xörək qaşığı yeməyə 15-20 dəqiqə qalmış qəbul edin.
Sistit və diabet xəstəliyi zamanı. 1 çay qaşığı doğranmış saçaqlardan 1 stəkan qaynar suya töküb vam od üzərində 1 saat qaynadıb süzün. Üzərinə su əlavə etməklə isti halda 1 stəkan həcminə gətirin.
Dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım qalmış qəbul edin.

Ürək mənşəli şişlərin müalicəsində. 1 xörək qaşığı doğranmış saçaqlardan 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyun, 30 dəqiqə dəmləyin və 2-3 xörək qaşığı bal qarışdırıb, 1 stəkan həcminə gətirin. Ekstraktdan gündə 3 dəfə yeməkdən qabaq 1-2 xörək qaĢığı qəbul edin.
Kəskin hepatitdə əlavə bir vasitə kimi. 2 çay qaşığı doğranmış saçaqdan götürüb 1 stəkan qaynar suya tökün, gündə 2-3 dəfə yeməyə 15-20 dəqiqə qalmış stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Müalicə kursu 4-6 aydır.

Piylənməyə qarşı. 1 xörək qaşığı doğranmış saçaqdan götürüb 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyun və 30 dəqiqə saxlayıb süzün. Sonra üstünə su almaqla 1 stəkan həcminə gətirib gündə 3-4 dəfə 1-2 xörək qaşığı 3-4 saatdan bir qəbul edin.
Klimakteria qanaxmaları, eləcə də abort zamanı baş verən qanaxmaların dayandırılmasında 2 xörək qaşığı doğranmış qarğıdalı saçağından götürüb termosa töküb üzərinə 1 stəkan qaynar su əlavə edin, 7-8 saat saxlayıb süzün.
Dəmləmədən gündə yeməyə 2 saat qalmış 5-6 dəfə 1-2 xörək qaşığı qəbul edin.

Sidik qanaxmalarında. Qarğıdalı saçağı, lobya qını, ayıqulağı otundan 100 q-adək götürüb qarşdırın. Qarışıqdan 40 q götürüb 1 litr qaynar suya tökün. Sonra zəif od üzərinə qoyub 15 dəqiqə saxlayıb, süzün. Dəmləməni gün ərzində 6 dəfə qəbul edin. Bu zaman duzsuz xörəklər yeməklə yanaşı, qrelkaya isti su töküb, böyrək və sidik kisəsi üzərinə qoyun.

Aterosklerozun müalicəsində görülən profilaktik tədbirlər zamanı. Qarğıdalı yağından 25 q götürüb gündə 3 dəfə yemək zamanı qəbul edin.
Bu zaman ümumi vəziyyətiniz yaxşılaşacaq, əsəb gərginliyi azalacaq, yuxunuz bərpa olunacaq.

 

 

Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması və istifadəsi


Müəlliflər: 1. Tofiq Sadıq oğlu Məmmədov; AMEA Dendrologiya İnstitutunun direktoru,
biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
 
2.Mais Qasımov; biologiya elmləri doktoru, professor

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz