» » Beynəlxalq Uşaq Kitab Günündə Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən C.Cabbarlı adına Mərkəzi Kitabxana haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən C.Cabbarlı adına Mərkəzi Kitabxana haqqında xoş sözlər

 

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Bu gün məşhur nağılçı Hans Xristian Andersenin doğum günüdür, həm də Beynəlxalq Uşaq Kitabı Günü.   Alman yazıçısı Yella Lepman 50 il bundan öncə   belə  bir ideya  irəli sürüb ki,  Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunsun.Və 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən bu ideya dəstəklənib, alqışlanıb və həmin vaxtdan hər il aprel ayının 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.
Böyük bayramdır, çünki dünyanın, insanlığın xilası naminə kitabın, kitabın görə biləcəyi işin vəzni, çəkisi bütün xidmət və fəaliyyətlərin ən birincisidir.
Mən düşünürəm ki, bizim mühitdə "kitab” dedikdə ancaq dərs kitabları başa düşülüb, yəni, oxuyub ali məktəbə gedəcək, oradakı kitabları da oxuyub hansısa ixtisas qazanacaq, peşəyə yiyələnəcək, çörək qazanacaq. Təbii ki, bunlar da var. Amma "kitab” deyəndə ancaq dərs kitabları başa düşülsəydi, onda "ədəbiyyat” anlayşışna ehtiyac da olmazdı. Ədəbiyyat daha böyük anlayışdır, tədris kitabları da bu anlayışın bir tərkib hissəsindədir.
Ədəbiyyat həyatı bədii surətlərlə əks etdirən söz sənətidir. Həyatı gözəlləşdirən, insanı həyata bağlayan, onun duyğularını zənginləşdirən, həyatı mənalandıran ədəbiyyatdır.
Bir türk yazıçısı necə gözəl deyib : "Ədəbiyyat ən böyük sevgi pəncərəsidir.”
Bu pəncərə olmasa, insan sabahlara ümidli ola bilməz, mübariz ola bilməz, insanşünas ola bilməz.
Ədəbiyyat oxumayan ən azından nə istədiyini çatdıra bilməz, cavab tapa bilməz, problemini həll edə bilməz.
Ona görə də kitab oxumaq insan üçün mütləqdir. Türk yazıçısı Əhməd Ümid çox sərrast deyib ki, qida insanın bədənini, ədəbiyyat isə ruhunu təmin edir.
Həyat bunu dönə-dönə sübut edir. İnsanın əsl insan kimi formalaşması üçün, torpaq, Vətən təəssübü çəkməsi, xeyirhax, mərhəmətli olması üçün onun çoxlu ədəbiyyat oxumağa ehtiyacı vardır. Bəs insan nə vaxtdan oxumağa başlamalıdır soruşulsa, təbii ki, uşaqlıqdan, lap körpə yaşlardan.
Məktəbə gedənə,  hərfləri tanıyana, oxuyub-yazmaq öyrənənə kimi,  illüstrasiyalı kitab və jurnallarla onda gələcək kitab sevgisinin təməlini qoymaq lazımdır. Məktəbəqədər dövrə kimi valideynləri, nənəsi, babası tərəfindən oxunan belə kitablar uşaqların nitq inkişafına kömək edir, uşağın özünü tanımasına imkan verir. Uşaq tənhalıqdan,səssizlikdən uzaq olur Kitab və jurnalların doğurduğu fərəh, sevinc, şadyanalıq ona xoş gəlir, uşağın psixi sağlamlığını təmin edir.
Məktəbəqədər dövrdə uşaqlarda kitab sevgisi yaratmaqda illüstrasiyalı kitablar daha əlverişlidir.

 

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

 

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Çünki rəsmli kitablar uşaqların yaddaşından güçlü obraz anlayışları yaradır,  hafizəsində dərin iz buraxır, duyğu hisslərini inkişaf etdirir.
Uşaqlarda təsnifat, qruplaşdırma, xatırlama, diqqət kimi vacib keyfiyyətlərin təməlini qoyur.
Beləliklə, insan uşaqlıq dövründən etibarən nə qədər kitab oxusa, onun şəxsiyyət olaraq yetişməsi bir o qədər mükəmməl olur, uşaqlar kitabların onlarda yaratdığı duyğulara doğru meyillənirlər. Bu, getdikcə daha cilalanır və uşaq cəmiyyətin fəal, ahəngdar inkişaf etmiş vətəndaşına çevrilir.
İnsan kitab oxuduqca düşünə bilir, fərqləndirə bilir; hadisə və həərkətlər arasında zaman ardıcıllığını, səbəb-nəticə əlaqələrini müəyyən edə bilir.
Kitab oxumaq bizi əhatə edən kainata, səmaya  zəngin təəssüratlarla dolu  bir səfərdir. Bu səfərin hər addımında o, yeni nə isə bir şey öyrənir. Bu, çox vacibdir. İnsanın arzuları bitib-tükənməz olduğu kimi axtarışları da tükənməz olmalıdır. İnsana həmin  səfərdə bələdçilik edə bilən ən etibarlı bələdçi, ən sadiq dost elə "ömrümüzün yollarına nur çiləyən bu kitablardır.”
Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Odur ki, bu gün yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsində, onların elmli-bilikli şəxslər kimi yetişməsində ədəbiyyatın, kitabların rolu yüksək dəyərləndirilir, kitabxana şəbəkələrinin yenidən qurulmasına, yeni kitabxanaların yaradılmasına, ana dilində kitabların nəşrinə, uşaq ədəbiyyatının təbliğinə xüsusi diqqət və qayğı göstərilir.
Mən bu sahəyə yaxın bir adam olaraq kitablaxanalarla hər zaman ünsiyyətim var. Təbii ki, sevindiricidir: istər kitabxana şəbəkələrinin genişlənməsi, istərsə də bu sahədə çalışan əməkdaşların peşə-ixtisas keyfiyyətlərinin qənaətbəxş olması ilə.
Kitabxanaların bəziləri ilə sosial şəbəkələr vasitəsi ilə ünsiyyət qururuq. Bildiyim qədər, artıq ən ucqar ərazilərimizdə belə, informasiya-kommunikasiya texnologiyaları ölkəmizin bütün ərazisi ilə ünsiyyət qurmağa imkan verir.
Məsələn, Qax rayon Mərkəzləşdirilmiş Kİtabxana Sisteminin C.Cabbarlı adına Mərkəzi Kitabxanası belə mədəniyyət ocaqlarından biridir. Sosial şəbəkədə "Kitabsevər uşaqlar” səhifəsi diqqətimi cəlb etmişdi. Qısa-maraqlı məlumatlar, uşaqlarda təbəssüm yarada biləcək illüstrasiyalar, tapmaca, hikmətli sözlərlə zəngin olan bu səhifə ilə tanışlığımız başladı. Kitabxananın Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Aytən Məhyəddinova hərdən səhifə ilə bağlı fikirlərimizi bölüşdük.

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

 

Aytən Məhyəddinova Şuşa mədəni maarif texnikumunu 1995- ci ildə fərqlənmə diplomu ilə bitirib. Kitab təbliği, mütailə mədəniyyəti, uşaq ədəbiyyatı ilə kifayət qədər məlumatlı əməkdaşdır. Bu yazını yazana kimi, elə bilirdim ya BDU-nun kitabxanaçılıq, ya da filologiya fakültəsini bitirib.
Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanasında olmasam da, social şəbəkədəki səhifələri vasitəsi ilə məndə   ölkəmizin bu bölgəsində kitaba, oxu mədəniyyətinə diqqət və dəyər verildiyinə tam əminlik yaranmıdır.
Qax MKS-Nin kitab fondunda  bu gün  305 579  ədəbiyyat var , oxucularının sayı  22 090 nəfərdir. C. Cabbarlı adına Mərkəzi kitabxananın isə  kitab fondu 51 852, oxucusu isə  5017 nəfərdir. Uşaq şöbəsi Mərkəzi kitabxananın tərkibindədir. Uşaq şöbəsinin kitab fondu 12 230, oxucusu 2 000-nəfərdir.
Kitabxanada keçirilən tədbirləri əks etdirən şəkillər kitabxananın uğurlu fəaliyyətindən xəbər verir.
Əslində, biz bu yazımızı Beynəlxalq Uşaq Kitab Gününə həsr edəcəkdik. Amma borc bildik ki,   hər dəfə belə mövzulara müraciət etdikcə, fürsətdən istifadə edib,  kitabxana sistemində çalışan   nəcib peşə sahiblərindən kiminsə və ya hansı kollektivi haqqındasa ehtiramımızı ifadə edək.
2 aprel  Beynəlxalq Uşaq Kitabı Günü onların bayramıdır. Bu münasibətlə  Qax rayonu C.Cabbarlı adına Mərkəzi kitabxanananın direktoru Güllü Əhmədovanı, direktor müavini Ahidə Əfəndiyevanı, informasiya-resurs şövəsinin müdiri- "Kitabsevər uşaqlar” səhifəsinin admini Əsli İbrahimovanı, Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Aytən Məhyəddinovanı, Metodiki-biblioqrafiya şöbəsinin müdiri Reyhan Xəlilovanı, onların  simasında Azərbaycanda fəaliyyət göstərən bütün kitabxana əməkdaşlarını bu bayram münasibəti ilə təbrik edir, şərəfli peşələrində onlara  tükənməz enerji, cansağlığı,  uzun ömür və oxucu məmnunluğu arzulayırıq.

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

 

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

 

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Beynəlxalq Uşaq Kitab Günündə   Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən  C.Cabbarlı adına Mərkəzi Kitabxana    haqqında xoş sözlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz