» » Elmə, təhsilə və insan salamlığına həsr olunan ömür

Elmə, təhsilə və insan salamlığına həsr olunan ömür

 

Müəllim  şagirdi haqqında

 

Bağban ol, bəhrəli bostan qoyub get,
Şair ol, şaxəli dastan qoyub get.
Əlindən iş gəlmir? Canın sağ olsun,
Barı, adam kimi vicdan qoyub get.
Qabil

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

  

Bir insan ömrünün dəyəri yaşadığı illərin sayı ilə deyil, bu illərin içindəki həyatın özü ilə ölçülür, yəni, insan həyatını necə yaşamışdır, "cahan süfrəsinə” verdiyi töhfələr nədir; cəmiyyətdə, el arasında insanlar onu necə tanıyır, necə qəbul edirlər. Bunun üçün yaş önəmli deyil, önəmli olan insanın yaşadğı həyatın özüdür, onun əməlləridir.
Səfəvilər dövlətinin banisi və ilk hökmdarı Şah İsmayıl Xətai 36 yaşında vəfat edib. Azərbaycan musiqisi tarixində ilk romansların müəllifi və "Uşaq süitası" əsəri ilə uşaq musiqisinin əsasını qoymuş Asəf Zeynallı cəmi 23 il ömür sürüb. Tofiq Quliyev, Qara Qarayev kimi dünyaca məşhur bəstəkarlar bu 23 yaşlı talant sahibinin tələbələri olmuşlar.
SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanda neft kimyasının əsasını qoymuş , yüksəkoktanlı yanacağın sənaye istehsalının təşkilatçısı olmuş böyük alim Yusif Məmmədəliyev həyata 55 yaşında vida edib.
Bu məşhur şəxsiyyətlər qısa ömür sürsələr də, onların hər birinin şərəfli həyatı bizim üçün örnəkdir. Onlar hər zaman bizimlədir, bizimlə birgə daim gələcəyə doğru addımlayırlar.
Vətənə, xalqa xidmət etməyin xüsusi bir yolu yoxdur. Örnək gətirdiyimiz şəxsiyyətlərdən biri ictimai xadim, biri bəstəkar, biri elm adamı- alimdir. Bəxtiyar Vahabzadə demiş:

Yoxdur vəzifənin, işin sənətin,
Böyüyü, kiçiyi deyirəm bizdə.
Vəzni, dərəcəsi hər bir sənətin,
Hünərlə ölçülür Vətənimizdə.

Vətənə, xalqa öz övladlıq borcunu ödəyən sürücünün də, mühəndisin də, müəllimin də, həkimin də əməyi fərq qoyulmadan hamısı eyni dərəcədə müqəddəsdir, hamısı eyni dərəcədə lazımlıdır. Çünki ictimai ideallara xidmət edir.
Ictimai ideallara xidmət etmək insanın məqsədi olmalıdır. Məqsədi və bu məqsədə çatmaq üçün inamı olmayan heç kim müvəffəqiyyətə, böyük uğurlara nail ola bilməz.
Bəzən həyatda başqalarının uğuruna paxıllıq edən qaraürəklilər, xəbislər olur və onlar deyirlər ki, "filənkəsin bəxti gətirdi” inkişaf etdi, irəli çəkildi. Belə deyil axı. Nəyəsə zəhmətsiz, əziyyətsiz ancaq lotereya oyunlarında nail olmaq olar: şansla, bəxtlə.
Lap ola da bilsin ki, kiməsə nüfuz verilsin. Lotereyada bəxt təsadüfi olduğu kimi, verilmiş nüfuz da heç də həmişə özünü doğrultmur. Bir də var ki, nüfuzu, etimadı sən zərrə-zərrə özün qazanırsan, "təyyarə kimi məqsədinə dümdüz gedirsən”, bu, daha etibarlı və daha dayanıqlıdır.

"İnsanın özünü fəth etməsi qələbələrin ən böyüyüdür."
Platon, filosof
"İncilər sahildə olmazlar, əgər bir dənə istəyirsənsə, dənizin dərinliklərinə baş vurmalısan".
Çin atalar sözü
"Həyat insanın cəsarətinə görə böyüyür və ya kiçilir."
Anais Nin, yazıçı

Tibb elmləri doktoru, ATU-nun urologiya kafedrasının professoru; Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri İlham Əhmədovun həyat yolu da belə mənalı və dəyərli bir ömrün nümunəsidir.
İlham müəllimin bu gün 54 yaşı tamam olur.
Mənim qardaşımdır. Alim olmasa belə, həyatımızı borclu olduğumuz bir ananın bətnində nəşvü-nüma tapmışıq, bir "qarın+daş”- lıq haqqı onsuz da bizi bir-birimizə bağlayır.
Fəqət, İlham həkimin uğurlarından həm də müəllimi və sinif rəhbəri kimi də böyük fəxarət duyuram. Eləcə də zəhmətimizcə yetişmiş hər bir şagirdimizin uğuruna.
 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

İlham müəllim:
 
1964-cü il martın 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur.

 1981- ci ildə Nohurqışlaq kənd orta məktəbini bitirib.

1983-85-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.

1986-cı ildə Azərbaycan Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinə qəbul olunub.

1992-ci ildə institutu "Lenin” təqaüdü ilə başa vuraraq baş laborant kimi urologiya kafedrasında  saxlanılmışdır.

1999-2013- cü illərdə urologiya kafedrasında assistent, 2013-2017-ci illərdə dosent, 2017-ci ildən isə professor kimi fəaliyyət göstərməkdədir.

2000-ci ildə "Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda namizədlik , 2010-cu ildə "Erektil disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü, Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvü, Amerika Seksual Tibb Cəmiyyətinin üzvü, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədridir.

"Üzünüzə bağlanılan qapılar ilə qətiyyətiniz, ardından örtülən qapılar ilə də cəsarətiniz test edilir."

Tayfun Topaloğlu , alim

"Gözləsən, yalnız sənə gələni alarsan, amma hədəfə doğru getsən, istədiyin hər şeyi".
 Tayfun Topaloğlu, alim
  

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

   

Andrologiya tibbin kişiləri, kişi anatomiyası və fiziologiyasını, kişi cinsi xəstəlikləri və onların müalicəsi metodlarını öyrənən tibb sahəsidir.
Azərbaycanda indiyə kimi ayrıca ixtisaslaşdırılmış və sistemli androloji xidmətin olmaması bir çox tibbi, ekoloji və mənəvi amillllərlə bağlıdır. Bu sıraya islam dəyərlərini də əlavə etmək lazımdır. Yəni, 35-40 il bundan əvvəlki həyat tərzi, sağlam təbiət, intim həyata insanların özlərinin mühafizıkar baxışları belə problemləri tənzimləyirdi.
Haşiyə: Himalay dağlarının ətəklərində - Hindistanla Pakistan sərhədindən 2000 metr yüksəklildəki təbiətin gözəl bir guşəsində Xunza adlı kiçik bir kənd var. Əli Əxtar adlı pakistanlı həkim bu kənddə 8 çarpayılıq xəstəxana açır. Həkim bir neçə il burada yaşayır, amma bu müddətdə heç kim səhhəti ilə bağlı ona müraciət etmir. Çünki xunzalılar təbiətin saf qoynunda yaşayırdılar, sağlam həyat tərzi keçirirdilər.
Həm də o vaxt xarici ölkələrdən indiki qədər yad təsirlər yox idi. Bu gün Qərb ölkələrindən əxlaqımıza, mənəviyyatımıza bir səlib yürüşü var. Televiziya və internet vasitəsilə yayımlanan seriallardakı sərhədsiz intim təsəvvürlər, açıq-saçıqlıq birbaşa və dolayısı ilə gəncləri cinsi iqtidarsızlığa sürükləyir, insanlar cinsi həyatın gigiyenasını və bir sıra sosial-mənəvi tərəflərini anlamadan, dərk etmədən əza həzzinə can atırlar.
Belə təsadüfi əlaqələrlə onlar cinsi infeksiyalara tutulur və bu infeksiyalar cinsiyyət orqanlarını zədələyərək təhlükəli patologiyalar törədə bilir.
Cinsi xəstəliklər xəstə doğulacaq uşaq deməkdir. İnsanlığın davam etməsi, cəmiyyətin mövcud olması üçün sağlam ailələrin olması dövlətimizin prioritetlərindən biridir. Çünki sağlam uşağı dünyaya ancaq sağlam orqanizm gətirə bilr.
Sirr də deyil ki, bu gün kişi sonsuzluğu cəmiyyətin ən aktual problemlərindən biridir, elə pozulan nikahların əksəriyyəti də bu səbəbdən baş verir.
Ümumiyyətlə, istər sonsuzluq, istərsə də cinsi problemi olan adamlar psixi cəhətdən küskün, laqeyd olur, bu, onları passivləşdirir, fəal həyatdan çəkindirir.
Odur ki, kişi sonsuzluğu, hipohonadizm, kişi kontrasepsiyası, kişilərdə cinsi funksiyanın pozulması, piylənmə problemləri andrologiyanın həm elm kimi, həm də praktiki olaraq ayrıca bir sahə kimi yaradılmasını və inkişaf etdirilməsini zəruri edirdi. Bu, böyük bir sosial problemin həlli üçün göstərilən məqsədyönlü səy deməkdir.
İlham Əhmədovun mamizədlik dissertasiyasının elmi həlli "Prostat vəzi xərçənginin diaqnostikası və müalicəsi" mövzusuna həsr edilsə də, doktorluq dissertasiyasının mövzusunu andrologiya üzrə götürməsi mövcud aktuallıqla bağlıdır.
Gənc alim hər gün bu məqsədlə androloji bilikləri, dünyada andrologiya sahəsi üzrə baş verən yenilikləri öyrənməyə səy edir və çox keçmir ki, elmi rəhbəri böyük alim və səhiyyə xadimi, AMEA-nın müxbir üzvü S.B.İmamverdiyevin təşəbbüsü və təklifi ilə "Erektil disfunksiyanın diaqnostikası və müalicəsi" mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə başlayır. Azərbaycan mühiti üçün yeni olan bu sahədə ilk addımlar atmaq, əsaslandırılmış elmi fikirlər və praktiki həllər təqdim etmək üçün gərgin axtarışlara, dünya tibb elminin nailiyyətlərini öyrənməyə, zəngin təcrübəyə, ehtiyac vardı. Bu məqsədlə İlham həkim 2004-cü ildə elmi axtarışlarımı davam etdirmək üçün Türkiyə İstanbul Universitetinin tibb fakültəsinin androloji bölməsinə ezam edilir. Bu nəhəng ali təhsil ocağında İlham Əhmədov 1 il səylə axtarışlar aparır, xüsusilə praktik işlərə maraq göstərir, androloji tədris kurslarına və ən ciddi androloji cərrahiyyə əməliyyatlarına qatılır.
Türkiyədə olduğu müddətdə gənc alimin 10-dan artıq məqaləsi dərc olunur, burada androloji tədris kitablarının hazırlanmasında iştirak edir və həmin dərsliklərdə bir neçə bölmənin həmmüəllifi olur.
 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

İlham Əhmədov Azərbaycana qayıtdıqdan sonra Türkiyədə öyrəndiklərini böyük həvəslə həyata keçirməyə başlayır. Elmi rəhbəri S.İmamverdiyevin qayğı və köməyi ilə Urologiya kafedrasının nəzdində Androloji kabinet yaradılır. Kabinet androloji müayinə və müalicəyə müasir baxışlardan yanaşmağa imkan verən müasir tibbi avadanlıqlar və tədris vəsaitləri ilə təmin edilir .
2006-cı ildə Bakıda Azərbaycan-Türkiyə androloji birliklərinin ilk simpoziumu keçirilir. İlham Əhmədovun səyləri nəticəsində bir il sonra ölkəmizdə də Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası yaradılır və alim bu assosiasiyanın sədri seçilir. Artıq Assosiasiyada 10 ildən artıqdır ki, hər il maraqlı elmi simpozium və toplantılar keçirilir, ölkəmizdə andrologiyanın perspektivləri müzakirə olunur, təcrübi biliklərin mübadiləsi aparılır, dünya ölkələrində olan qabaqçıl müayinə və müalicə metodları ölkəmizə gətirilir.
İlham Əhmədov bu illər ərzində həm də Türkiyədə, Belçikada, Amerikada, Fransada, İtaliyada, isveçdə, Brüsseldə,Hollandiyada Kiyevdə və s ölkələrdə beynəlxalq konfranslarda iştirak etmiş, bu toplantıların hər birindən zəngin təəssürat və yeni elmi məlumatlarla qayıtmışdır.
Alimin indiyə kimi ölkə və xarici tibb mətbuatında andrologiya sahəsi ilə bağlı 50-dən artıq elmi məqaləsi dərc olunub. 1 dərslik kitabı, həmkarları ilə birgə hazırladığı monoqrafiya və metodik tövsiyələr ali tibb təhsili alan tələbələr üçün dəyərli tibbi vəsaitləridir. Məqalələrinin 17-si dünya ölkələrinin nüfuzlu tibb jurnallarında dərc edilmişdir.

İlham Əhmədov:

- 2003-2004-cü illərdə İstanbul Çapa Tibb fakultəsində birillik androloji ;

-2007-ci il 1iyul-1sentyabr tarixlərində İngiltərədə mikroskopik androloji əməliyyatlar;

- 2008-ci il 1iyul-1sentyabr tarixlərində Ankarada rekonstruktiv androloji əməliyyatlar ;

- 2010-cu il 1iyul-1sentyabr tarixlərində Konyada endouroloji;

- 2011-ci il 1iyul-1sentyabr tarixlərində Konyada perkutan nefrolitotomiya kurslarında androloji əməliyyatların ən müasir üsullarına yiyələnib.

Alim-həkim artıq bu kurslardan əxz etdiyi yeni metodlarla 1000-ə mikroskopik (rekonstruktiv), plastik əməliyyatlar həyata keçirib və hamısı da uğurlu.
 
Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür
 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir.Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.
A.P.Çexov, yazıçı-həkim

Dahilərin əməyi xəlbirlənmiş, yuyulub təmizlənmiş, çox çətinliklə əldə edilmiş qızıla bərabərdir.

L.N.Tolstoy, rus yazıçısı

Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır.
N.Piraqov, cərrah-alim

Professor İlham Əhmədovun həyat yolunu əks etdirən rəqəmlər və tarixlər, sadəcə, bir xrnologiya göstəricisi deyil. Hər bir rəqəmin, tarixin arxasında elmi uğurlara hədəflənmiş niyyətlər var. Fikirləşəndə ki, bu niyyətlərin gerçəkləşməsi elmi uğurlarla yanaşı, həm də tibbi nailiyyətlər deməkdir və bu nailiyyətlər son dövrlər üçün aktual olan kişi sonsuzluğu kimi ağrılı bəlanın aradan qaldırılmasına xidmət edəcəkdir, onda niyyətin də, məqsədin də əhəmiyyəti və əhatə dairəsi bir qədər də geniş olur.
İlham Əhmədəov əmək əaliyyətinə 1992-ci ildə ali tibb təhsilini başa vurub başlasa da, əslində, tələbəlik illərindən xəstəxanalarda, təcili tibbi xidmət stansiyalarında işləyirdi. İşləyirdi və oxuyurdu. Dərsə gedib-gəmirdi, oxuyurdu...”Lenin” təqaüdçüsü idi. İnstitutun ictimai həyatında fəal idi. Yazımızın əvvəlində İlham həkimin elm adamı olaraq fəaliyyətinin dinamikasını əks etdirən xrnologiyanı diqqətinizə çatdırdım. Gərgin və zəngin bir alim ömrüdür bu ömür.
Həm də şərəfli həkim ömrü.

Xəstə ilə münasibətdə həmişə ona qarşı həssas olun və düşüncəli rəftar edin. Çünki heç bir texnika həkimin ağlını və ürəyini əvəz edə bilməz.

V.Preobrajenskiy
Həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir.
Ştefan Zveiq

- Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir.
- Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.

Hippokrat, təbabətin ən məşhurlarından biri, yunan həkimi

Yazımı hazırlayarkən internetdən onun haqqında verilən məlumatları, rəyləri aradım. Ancaq uğur və nailiyyət, minnətdarlıq və ehtiram ifadə edən fikirlər şəhadətlik etdi:

Ramiz Əkbərov (tibb elmləri üzrə fəlsəfə doktoru): "Təbrik edirəm,professor, Sizinlə fəxr edirik. Allah Sizi qorusun”.
Ehtiram Azimov(alim): "Gözəl insan, gözəl həkim, fəxrimiz, professor, İDEALIM İlham doktor.
Uğurların bol olsun!!!”
Naneagamaliyeva (teleaparıcı ): "Azərbaycanımızın fəxri professor İlham Əhmədov - uroloq-androloq çox gözəl insan, var olun. Allah Sizin kimi həkimlərimizi qorusun!
Mobil İsmayılov:  "Sizin kimi insaflı doktorlar cox olsa yaxşıdlr.”
Seva Salehli (həkim): "Fəxrimizsiniz, dəyərli tələbə yoldaşımız. Afərin olsun. Ugurlarınız bol olsun.”
Fuad Quliyev: " Gözəl insan, dahi şəxsiyyət . Əziz professor İlham Əhmədov, can saglıgı, işlərinizdə ugurlar.”
Миirbaba Мiriyев: "Gözəl insan, gözəl həkim,gözəl dost, böyük şəxsiyyət.Tanri sizi qorusun. Azərbaycanın fəxri.”
Ramil Nəcəfli: "Allah cansaglıgı versin gözəl muəllim, nümmunəvi insan. Var olun..”
Qabil Huseynov:”Dəyərli müəllimim, əvəzsiz insan, sevimli professorumuz İlham hocam, ad gününüz mübarək olsun! Daim belə pozitiv, energetik və sağlam qalasız. !!!”
Миirbaba Мiriyев: "Gözəl insan, gözəl həkim,gözəl dost, böyük şəxsiyyət.Tanri sizi qorusun. Azərbaycanın fəxri.”
Mahir Məmməd oglu Məmmədli: " Azərbaycanda andrologiya elminin,məktəbinin inkisafı, formalasması, tədrisində XÜSUSİ ROLU olan alim qardaşım, esq olsun!!” və s.

İlham həkim bu gün 55 yaşına qədəm qoyur. Amma yenə gənclik gümrahlığı və həvəsi ilə çalışır, elmi axtarışlar aparır, Tibb Universitetində mühazirələr oxuyur, gələcəyin andrologiya mütəxəssislərini yetişdirir. İmkan düşdükcə futbol da oynayır, gəzintiyə də çıxır, at da çapır, üzgüçülüyə də gedir...
Oğlu Cavid Əhmədzadə də atasının yolunu seçib, Türkiyədə ali tibb təhsili alır: ueoloq-androloq olacaq.
Bacısı Pnar isə hələ məktəblidir.
Yaşadığınız ömürdən, elmi nailiyyətlərinizdən zövq almağa dəyər. Bir alim kimi, yüksək dərəcəli həkim kimi hansı ucalığa yüksəlmisinizsə, bunların hamısının arxasında bir dəmirçi, əkinçi halallığı var.
Halalın olsun…

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 


Axan çaylar, sən kiminsən? -
Mənə körpü salanın!
Doğan Günəş, sən kiminsən? -
Məndən işıq alanın!
Sonsuz fəza, sən kiminsən? 
Mənə qanad çalanın!
Həyat, söylə, sən kiminsən? -
Mən həyatı öyrənənin,
bacaranın, alanın!

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

 

Elmə, təhsilə və insan salamlığına  həsr olunan ömür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz