» » Mükafat uşaqlara necə təsir edir?

Mükafat uşaqlara necə təsir edir?

Müəllif: Dəyanət от 12-03-2018, 00:20

Uşaqları mükafatla cəzalandırmayın

1-ci bölüm

Mükafat uşaqlara necə təsir edir?

 

1950-ci illərdə çox böyük bir xarici şirkət cazibədar bir təkliflə Türkiyə Enerji Nazirliyinə gəlir. Türkiyə üçün böyük bir layihələrinin olduğunu, bu layihəylə Türkiyənin bölgədə fəal qüvvə olacağını və iqtisadiyyatda böyük bir mərhələ qət edəcəklərini deyir. Nazir təklifə maraqla qulaq asır və öz qeydlərini götürür. Layihə nazirin çox xoşuna gəlir ancaq yenə də fikirləşmək üçün ona bir az vaxt vermələrini xahiş edir. İki həftə boyunca məsləhətçiləri və mütəxəssislərlə layihə üzərində çalışırlar. Nəhayət ki, bu layihənin Türkiyə üçün çöx böyük bir əhəmiyyətə malik olduğuna və bu layihəni təsdiq etməyə qərar verirlər. Şirkət nümayəndləri ilə görüş təyin edirlər. Şirkət nümayəndələri gəlirlər, oturub çaylarını içirlər. Nazir tam da qərarını açıqlamaq üzərə ikən nümayəndələrdən biri, "Cənab Nazir, bu layihə sizin üçün də yaxşı olacaq” deyərək, üstü örtülü rüşvət təklif edir. Nazir, "Bu rüşvət təklifi hardan çıxdı” deyə düşünür və ağlında elə anındaca təbəddülat baş qaldırır. Dərhal ordaca qərarını dəyişir və "Hörmətli nümayəndələr, layihə təklifiniz üçün çox təşəkkür edirəm, ancaq ölkə olaraq bu layihəni təsdiq etməyimiz bu dəqiqə mümkün deyil”,- deyərək layihəni rədd edir. Nazir, əslində,
layihənin ölkə üçün əhəmiyyətli olduğu qərarına gəlmişdi. Rüşvət təklifini rədd edib, layihəni təsdiqləyə bilərdi. Ancaq eləmədi. Görəsən bu rüşvət təklifi nazirə layihəylə əlaqəli nə kimi mesajlar verdi? Nazirin ağlında nə kimi sullar əmələ gəldi?
* * *

İl sonu gəldikdə Fatma müəllimə çox sevincli idi. Çünkü kitabxana qeydlərinə baarkən bütün şagirdlərinin yay tətili üçün kitabxandan kitab aldıqlarını gördü. Tətil boyunca, bu sevinc içində yaşadı. Şagirdlərinə kitab oxumağı sevdirmək onun üçün çox əhəmiyyətli idi. Sentyabrda məktəblər açıldı. Şagirdlər məktəbə gəlməyə başladılar. Amma şahid olduğu mənzərə Fatma müəllimənin bütün sevincin alt-üst etdi. Çünkü şagirdlərinin çoxu harda nazik kitablar var, onları seçmişdilər. Bundan başqa, kitabların çoxu şagirdlərinin səviyyələrindən aşağı idi. Müəlliməni ən çox kədərləndirən isə o idi ki, çox kitab oxuyan şagirdlər belə, ən nazik və ən sadə kitabları seçmişdilər. Bu problemi o an üçün bir kənara qoyaraq kitabları müzakirə etməyə qərar verdi. İlk sualını soruşdu: "Əziz şagirdlər, oxuduğunuz kitablarda baş qəhrəmanın yaşadığı ən böyük daxili ziddiyət nə idi?”. Uşaqlardan cavab gəlmədi. Başqa bir sual soruşdu: "Baş qəhrəman üçün dönüm nöqtəsi nə idi?”. Yenə cavab gəlmədi. Bu dəfə daha asan bir sual soruşdu: "Oxuduğunuz kitabda hekayə harda baş verir?” Bu suala bir neçə cavab gəldi. Fatma müəllimə vəziyyəti başa düşmüşdü. Uşaqlar kitabdakı hadisələri və qəhrəmanları xatırlayırdılar, ancaq kitabı tam başa düşməmişdilər və real həyatla əlaqəsini qura bilməmişdilər. Yəni, oxumalar səthi bir oxuma olmuşdu. Bir an fikirləşdi və uşaqların niyə ən nazik və ən sadə kitabları aldığını, niyə anlamadan oxuduqlarını başa düşdü. Böyük bir xətaya yol vermişdi. Nə idi o xəta?
1970-ci illər idi. Davranışçılıq nəzəriyyəsinin güçlü olduğu illər idi. Pavlovdan və Torndaykdan (Thorndike) təsirlənən Harvard professoru Skinner, mükafat verərərək siçanlara və göyərçinlərə bir çox davranış öyrədə bildi. Məsələn, göyərçinlər, müküfatla tennis oynamağı öyrətdi. Skinner, o illərdə o qədər məşhur olur ki, Amerika ordusu ona belə bir təklif edir: Göyərçinlərə raket atmağı öyrədə bilərmi? Skinner təklifi eəbul edir və ordudan bu məqsədlə tədqiqat fondu da ayrəlır. Skinner göyərçinlərə radarda yad bir maddə gördüklərində raket hərəkətə keçirəcək düyməyə basmağı öyrədir. Necəmi? Göyərçin, radardakı nöqtəni görüb, düyməni dimdiklədiyində ona mükafat olaraq buğda dənəsi verir. Bir müddətdən sonra göyərçinlər mükafat almaq üçün nöqtəni görən kimi düyməni dimdikləyirlər. Demək olar ki, sıfır xətayla düyməyə basmağı öyrənən göyərçinlər, qısa bir müddət içində müharibədə istifadə olunmağa hazır hala gəlirlər. Ancaq son anda layihə, ordu tərəfindən riskli olmağı səbəbiylə tətbiq edilmir. Layihə tətbiq olunmasa da, Skiner hədəfinə çatmışdı. Nəzəriyyəsi və metodu ən üst səviyyədə qəbul edildi.
Ancaq bu, eyni zamanda təhsil dünyasında bir sonun başlanğıcı olur. Mükafatın heyvanlar üzərində işə yaradığını görən təhsil adamlarının ağlına dahiyanə (!) bir fikir gəlir: Mükafat heyvanlarda müəyyən davranışları mükəmməl bir şəkildə öyrədə bilirsə, eyni metodla məktəblərdə uşaqlar üzərində niyə təsirli olmasın? Bu şəkildə davranışçılıq nəzəriyyəsi məktəblərə yol tapır, daxil olur və məktəblərdə mükafatdan istifadə edilməyə başlanır. Əslində, mükafat sistemi 1800-cü illərdən arabir istifadə olunurdu, ancaq Skinner ilə bərabər sistematik olaraq təhsildə bir metod olaraq yayğınlaşdı. Amma eyni zamanda iki psixoloq: Roçester (Rochester) Universitetindən professor Edvard Desi və Stanford Universitetindən professor Mark Lepper mükafatın heç də təsirli bir metod olmadığını, əksinə, uşaqlara zərər verdiyini iddia edirlər. İşin maraqlı tərəfi budur ki, Desi də Skiner ilə eyni məktəbdən məzun olub və onun fikirlərini yaxından təqib etməkdədir. Hər iki psixoloq mükafatın insan motivasiyasını idarə etməkdə çox qənaətbəxş olmadığını yaxşı bilməkdədir. Nəzəriyyələrini isbatlamaq üçün çalışmalara başlayırlar. Bəs uğurlu ola bilirlərmi?

Mükafat uşaqlara necə təsir edir?

 

Doktorantura dissertasiyamı hazırlayarkən, müəllimlərin şagird davranışları üzərindəki təsirlərini araşdırırdım. Bu arada Alfie Kohn adlı yazıçının Punished by Reward (Mükafatla Cəzalandırılan) kitabı ilə tanış oldum. Kohn "Davranışlara mənfi yöndə təsir edən ən böyük amil, müəllimlərin və ailələrin istifadə etdikləri mükafat və tərifləmə mexanizması idi”,- yazmışdır. Sinifdə müşahidələr aparmağa başladım və mükfatın sinifə təsirlərini birbaşa müşahidə etdim. Vəziyyətin tam olaraq Kohnun dediyi kimi olduğunu gördüm və bu metodların faydadan çox zərər verdiyinin şahidi oldum. İşə yaradığı vaxtlar olurdu, ancaq o zaman da fərqli səbəblərdən işə yarayırdı. Elə isə, yetişkinlər niyə mükafatlandırmadan istifadə edirdilər? Mükafat nə vaxt işə yarayır, nə vaxt işə yaramırdı? Motivasiyaya necə təsir edirdi? Psixologiya, sosial psixologiya, antropologiya, təhsil elmləri, iqtisadiyyat və nevrologiya sahəsində son yetmiş ilin bütün elmi ədəbiyyatını gözdən keçirdim və bu sualların cavabların axtardım. Bu istiqamətdə seminarlara başladım. Müəllimlərlə məsafə qət edirdik, amma uşağın inkişafı evdə dayanırdı. Bundan başqa, müəllimlərlə valideyinlər arasında ziddiyətlər ortaya çıxırdı. Valideyin uşağın müəlliminə zəng vuraraq uşağını müküfatlandırmağı tələb edirdi. Bu səbəblə valideyinləri də maarifləndirmək üçün seminarlar keçirməyə başladım. Seminarlarda mükafatsız təhsilin prinsiplərini izah etdim, valideyin və müəllimlərlərlə tətbiqlərə başladıq. Bu tətbiqlər müddətində gördük ki, ən təsirli təhsil, mükafatsız təhsildir. Bəs müküfat vermək əvəzinə nə etdik? Müküfat işə yaramırdısa, nə işə yarayırdı? Bu kitabda bu saulların cavablarını sizə təqdim edəcəyik. İlk olaraq mükafatın zərərləri üzərində duracağıq, alternativ metodlari incələyəcəyik və nəhayət, uğurlu və xoşbəxt uşaqlar üçün "şərtsiz təhsil”in əsaslarını qoyacağıq.

Mükafat nədir?

Mükafat - hansısa şərtə bağlı olaraq verilən və verilən adam tərəfindən cəzbedici görünən bir əşya və ya fəaliyyətdir. Bu əşyanı mükafat halına gətirən, onun "şərt” qarşılığında verilməsidir. Şərt qarşılığında verilməyən əşya mükafat sayılmaz. Bir ana, "Mən uşağıma, sinifdən-sinfə keçəndə tablet alacağıma söz vermişdim. Almayımmı?”,- deyə soruşdu. Mən də dedim: "İndi burdan çıxdığınızda bir tablet alın və bax oğlum, sənə hədiyyə aldım,- deyin” Sinifdən-sinfə keçərsə, tablet alacam dediyiniz təqdirdə tableti bir şərt olaraq təqdim edirsiniz. Onda tablet mükafat olur. Ancaq istəyərək tablet alırsınızsa, bu, mükafat deyil, hədiyyə sayılır. Bu, uşağa zərər verməz. (Təbii ki, ən düzgün olanı odur ki, uşaq öz cib xərcliyini yığaraq öz tabletini alsın. Bu vəziyyətdə uşaq dəyər verməyi öyrənər. O da ayrı bir mövzudur.)
Əmək qarşılğınıda verilən əşya və ya pul mükafat deyildir. Ayın sonunda verilən maaş və yə gördüyü iş qarşılıında verilən pul, əməyinin qarşılığıdır. Ancaq pul şərt olaraq verilirsə, mükafat olur. Məsələn, maaşına əlavə olaraq, ən çox satışı həyata keçirən bir satıcı əlavə bir miqdar pul, bonus ya da həvəsləndirici bir əşya mükafat olur. Çünkü bu əlavə pul, ən çox satış eləmək şərtinə bağlıdır. Yeddinci bölümdə də bü tip mükafatın şirkətlərə necə zərər verdiyini izah edəcəyik.
Şərt baxımından məsələyə nəzər yetirsək, mükafat dörd növə ayrılır. Bü mükafat növlərini bir-birindən fərləndirmək lazımdır, çünkü mükafatın növünə görə verdiyi zərər də fərqlilik göstərir. Hər mükafat eyni təsiri icra eləməz.

Mükafat uşaqlara necə təsir edir?

Bir də, "sosial mükafat” olaraq adlandırılan davranışlar da vardır. Bunlara isə cəsarətləndirmə, təqdireləmə, tərifləmə kimi davranışlar daxildir. Sosial mükafat da tərifə asılılıq yaratdığı və etdiklərinin başqaları tərəfindən görülməsinə ehtiyac əmələ gətirdiyi üçün təhlükəlidir. Hər insanın başqaları tərəfindən təqdir edilməsinə ehtiyacı vardır, ancaq bu, hər hansı bir mühakiməyə və ya şərtə bağlı olmamalıdır. Sosial mükafat, içərisində mühakimə və ya şərt varsa, təhlükəlidir. Şərt olmasa, bu onsuz da mükafat deyil, rəy və ya xəta bildirmə olur. Tərifin zərərlərini başqa bir kitabda daha izah edəcəyik. Rəybildirmə münasibətinə isə ikinci qisimdə daaha geniş şəkildə toxunacağıq..
Yuxarıdakı nümunələrdə də görüldüyü kimi, mükafat, fərqli meyarlara görə şərt qoyur. Şərt isə zərərlidir. Bəs şərt niyə zərəlidir? Uşaqda necə bir təəssürat oyadır? Desi və Lepper mükafatın zərərlərini əsaslandıra bildilərmi? Skinnerin nəzəriyyəsi məktəblərdə öz hökmünü itiribmi?

Mükafat uşaqlara necə təsir edir?
Müəllif: Bəxtiyar Mirzəcanov

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz