» » Qadınlar üçün vacib olan sağlamlıq testləri

Qadınlar üçün vacib olan sağlamlıq testləri

 

Qadınlar üçün vacib olan sağlamlıq testləri


Çoxumuz xəstəlik əlamətləri ilə rastlaşmadan həkimin qapısından belə geçmirik. Yəqin "Mən özümə diqqət edirəm, sağlam yaşayıram." deyə özümüzə güvənirik, ya da qorxub-çəkinirik. Bəzilərimiz qadın xəstəliklərindən xəbərdar belə deyil, həyatında bir ginekoloq tərəfindən heç müayinə edilməmiş qadınlarımız belə vardır.
Şüurlu olduğu halda, ya vaxt olmadığından, ya da əhəmiyyət vermədiyimizdən gecikdirdiyimiz sağlamlıq testlərindən davamlı keçməmiz çox vacibdir.
Biz qadınlar romantik canlılarıq və çox təəssüf ki, ən kiçik bir narahatlıq hiss etdiyimizidə mənəvi tarazlığımız asanlıqla alt-üst ola bilər. Buna görə pis sürprizlərlə qarşılaşmamaq və daha sağlam yaşamaq üçün aşağıda bəhs edəcəyimiz testləri indidən təqvimə qeyd edin.
18 yaşdan yuxarı və aktiv cinsi həyatı olan bütün qadınların etdirməsi lazım olan bir test "pap smear" testidir. Tez-tez rast gəlinən xərçəng növlərindən olan uşaqlıq ağızı xərçənginin təsbitini təmin edən ağrısız asan bir əməliyyatdır. 40 yaşına qədər 3 ildə bir, 40 yaşını keçdikdən sonra isə hər il etdirməliyik.

Qadınlar üçün vacib olan sağlamlıq testləri


Vaginal USM

Bir çox qadında rast gəlinən şokolad kisti və mioma diaqnozunu qoymaq üçün bu müayinə əməliyyatı yumurtalıq və uşaqlığın ətraflı yoxlanılması üçün ən yaxşı üsuldur. İldə 1 dəfə müayinə edilməlidir.

Mamografiya

Ən çox rast gəldiyimiz döş xərçənginin, kütləvi meydana gəlmədən daha əhənglənmə mərhələsində diaqnoz qoyulmasını təmin edən bir test növüdür. Hamımız hər ay, aybaşı dövrü bitəndən sonra əllə döş müayinəsi etməliyik və necə edilməsi lazım olduğunu mütəxəssis həkimlərdən öyrənməliyik. Həkim nəzarətindən reallaşan mamografiya əməliyyatı isə 40 yaşına qədər 2-3 ildə bir, 40 yaşından sonra isə hər il edilməlidir.

    Qadınlar üçün vacib olan sağlamlıq testləri

                              Qadınlar üçün vacib olan sağlamlıq testləri                                        

Sümük sıxlığı ölçülməsi


Genetik təsirləri olan osteoporoz riskinə qarşı klimaks dövrünə qədər ən az 1 dəfə, menopozdan sonra isə 2 ildə bir edilməsi lazımdır. Çünki qadınlar üçün qorxulu olan sümük əriməsi ən tez, klimaks (menopoza) dövrünün ilk 5 ilində görülməkdədir.

Dəri müayinəsi

Bədənində çox xalı olan qadınların ölümcül nəticələr doğura biləcək melanoma xərçənginə qarşı ildə 1 dəfə rəqəmsal dermatoskopiyadan keçməlidirlər.

Qan testləri

 

Qadınlar üçün vacib olan sağlamlıq testləri

 

Bədəndəki infeksiya və allergiya vəziyyətlərin varlığını təsbit etmək üçün aparılan qan təhlilləri xolesterol və qan şəkərinə dair də məlumat verir. 35 yaşını keçmiş qadınların 2 ildə bir keçmələri vacibdir.

Kolonoskopiya və qastroskopiya

Ən çox görülən xərçəng növlərinin 3-cüsü olan bağırsaq xərçəngi 50 yaş və artıq yaşda olan qadınlarda rast gəlinir. Qastrokopiya mədə və bağırsaq müayinəsini təmin edir. Qalın bağırsaqdakı şişə çevrilə biləcək polipləri aşkar edən kolonoskopiyadan, 50 yaşını keçmiş qadınlar 2 və ya 5 ildə bir etdirməldir.
Hər xəstəlikdə erkən diaqnz daha müvəffəqiyyətli nəticələr əldə edilməsi üçün lazım olan bir gerçəkdir. "Sağlamlıq" bir seçim deyil, həyat formamız olmalıdır.

                                                                      Qadınlar üçün vacib olan sağlamlıq testləri
 
                                                                                        Özünüzə yaxşı baxın!


 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz