» » “Hazırcavablar” intellektual oyununun növbəti qalibi 67 nömrəli məktəbin komandası olub

“Hazırcavablar” intellektual oyununun növbəti qalibi 67 nömrəli məktəbin komandası olub

“Hazırcavablar” intellektual oyununun növbəti qalibi 67 nömrəli məktəbin komandası olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intellektual oyun keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, 58, 67, 93 və 167 nömrəli tam orta məktəblərin komandaları "Hazırcavablar” intellektual oyununda yarışıb. Məktəblilər "Dil və ədəbiyyat”, "Coğrafiya”, "Tarix”, "Ordan-burdan” və "Hansı?” bölmələri üzrə sualları cavablandırıblar.
İntellektual oyunun nəticələrinə əsasən, 67 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Qeyd edək ki, "Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTV-də yayımlanır.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.
 

“Hazırcavablar” intellektual oyununun növbəti qalibi 67 nömrəli məktəbin komandası olub 

 Mənbə:https://azertag.az/xeber/Hazircavablar_intellektual_oyununun_novbeti_qalibi_67_nomreli_mektebin_komandasi_olub-1138247

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz