» » “Mən fransız dilində danışıram” müsabiqəsində Bakı Avropa Liseyi birinci yerə layiq görülüb

“Mən fransız dilində danışıram” müsabiqəsində Bakı Avropa Liseyi birinci yerə layiq görülüb

 
“Mən fransız dilində danışıram” müsabiqəsində Bakı Avropa Liseyi birinci yerə layiq görülüb

Fevralın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Təhsil Nazirliyinin və Fransanın ölkəmizdəki səfirliyinin iştirakı, "Total E&P Azerbaijan” şirkətinin dəstəyi, "Institut Français d’Azerbaidjan”ın tərəfdaşlığı, "Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin ənənəvi "Mən fransız dilində danışıram” müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, artıq on beşinci dəfə keçirilən müsabiqədə Bakı Oksford Məktəbi, "Evrika” liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Bakı Avropa Liseyi, 132-134 nömrəli Təhsil Kompleksi və 46 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Onlar üç mərhələ üzrə (təqdimat, musiqili nömrə, səhnəcik) yarışıblar. İştirakçıların bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nəticələrə əsasən, Bakı Avropa Liseyi birinci yerə layiq görülüb. Bakı Oksford Məktəbi və "Evrika” liseyi ikinci yeri tutub, Bakıdakı 46 nömrəli tam orta məktəb isə üçüncü yerdə qərarlaşıb.
Qaliblərə xatirə hədiyyəsi və diplomlar təqdim edilib. Həmçinin münsiflər heyətinin üzvlərinə xüsusi hədiyyələr verilib. Müsabiqədə iştirak edən bütün şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub.

Mənbə:https://azertag.az/xeber/Men_fransiz_dilinde_danisiram_musabiqesinde_Baki_Avropa_Liseyi_birinci_yere_layiq_gorulub-1137783

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz