» » "Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"

"Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"


"Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"

Məşhur rus psixiatrı, nevropatoloqu, insanı hərtərəfli öyrənən ilk elmi mərkəzin yaradıcısı, həm də  ölümsüzlük nəzəriyyəsinin banilərindən biri hesab edilən akademik Vladimir Mixayloviç  Bexterev (1857-1927)  çox haqlıdır ki,   həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir.

Keçən əsrlərdə yaşamış bu tibb aliminin fikirləri bir əsrə yaxındır ki, öz mahiyyətini saxlamaqdadır  və hesab edirəm ki,  nə qədər ki,   həyat var, insanın cansağlığı qayğıları var, bu fikir  də   hər zaman öz  aktuallığını saxlayacaqdır. Əsl həkim həkimlik zirvəsinə  yalnız  ixtisas  səviyyəsi ilə  deyil, həm də     yüksək  peşə səviyyəsi və əxlaqi keyfiyyətləri  ilə yüksələ  bilər:  xəstəyə, eləcə də  xəstəliyin gedişinə yalnız bu keyfiyyətlərin  qovuşuğunda şəfqətli  təsir göstərə bilər

 Bu yerdə  Bexterevin ruhundan  icazə istəyərək , həm də  çox ehtiyatla,  bu fikrə  bir balaca əlavə çalar qatmaq istəyirəm.

 "Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir”,- çox doğru. Amma   elə  həkimlərimiz  də var ki,  bu  şəfətin təsiri  həkimlə söhbətdən çox-çox  əvvəl  başlayır.   Səhhətinlə bağlı  problem yarananda,    dərhal  gedəcəyin  tibb müəssisəsi  və  həkim haqqında fikirləşirsən.   Artıq gedəcəyin  həkimin adını eşidəndən  səndə  sağalacağına ümidin, inamın ilk addımları başlayır.

Bu, vacib  şərtdir.

13-cü  əsrdə  yaşamış  həkim  və  yazıçı  Əbül-Fərəc   xəstələrinə deyirmiş ki, biz üçümüzük:  sən, mən və xəstəlik. Əgər sən xəstəliklə olsan, onda  siz ikiniz məni üstələyəcəksiniz.  Yox, əksinə, sən mənimlə olsan, biz ikimiz xəstəliyə mütləq qalib gələcəyik.

Həkim Hippokrat andı içsə də,  ən ekstremal şəraitdə   xəstəyə  tibbi yardım göstərməyə borclu olsa da,  əgər xəstənin ona inamı yoxsa və  bir sıra vacib   şərtlər mümkün deyilsə, o, müalicədən imtina edə bilər. Yəni,  deməyim odur ki, müalicə ünamdan başlayır.

 Təşəkkürümü ifadə edəcəyim   "MedEra Hospital” - nın  Ali dərəcəli həkimi – nevropotoloq- psixoterapevt  Dr. Rəhim Rəhimov da  bu cür inam qazanmış    həkimlərimizdən biridir.  Artıq neçə müddət idi ki, gərgin  zehni işdən yorulmuşdum, əsəblərimdə  də  müəyyən problemlər özünü göstərirdi.

Rəhim həkim haqqında eşitdiyim güvənli fikirlərə   əminliklə   "MedEra Hospital” – na getdim.  Bura  nünunəvi tibb müəssisəsi olmaqla bərabər, texniki işçilərindən, kiçik-orta tibb heyətindən tutmuş ali dərəcəli həkimlərə qədər mədəni və səmimi rəftarın, xoş münasibətin əhatəsində olursan.Bu da sağlamlığa təkanverən amildir.

Rəhim həkimlə  söhbətimiz kəkim-pasiyet mükaliməsi olsa da, həkim hərdən  haşiyələrə də yol verirdi, tam yəqin edirdim ki, guya  özüm bilmədən psixoloji  durumuma  diqqət verir. Amma  həkim bilmədən,  bunu hələ lap sonda deyəcəkdim, mən də onun bütün  hərəkətlərinə, suallarına, pasiyentlə rəftarına,   ünsiyyət formasına, tibbi personala  münasibətinə  kimi hər  hala jurnalist  marağı ilə diqqət verirdim.

 Nəbzimi yoxladı, bir dərman da  verdi, daha digər  müayinələri təyin etdi və sonda da müalicəsi yazdı. Mart ayında yenidən təkrar müayinəyə  gəlməyimi məsləhət gördü.

 Rəhim  həkim haqqında eşitdiklərimi   müayinə  prosesində  də yəqin etdim. 

"MedEra Hospital” –I 139 nömrəli  otağa inamla gəlmişdim, inamla da geri döndüm.

Təşəkkür edirəm,  Rəhim həkim.

Qəlbi çiçəklərdən, güllərdən təmiz,

Bizə sirdaş olan, mehriban həkim.

Yanına gəlirik olsa, dərdimiz,

Edirsən hər dərdə sən dərman , həkim.  

"Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"

"Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"

"Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"

"Həkimlə söhbətdən sonra xəstənin halı yaxşılaşmırsa, o, həkim deyildir"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz