» » “Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert

“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert


Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində "Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsert "Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Gecədə üçüncü "Muğam televiziya müsabiqəsi”nin qalibi Səbinə Ərəblinin ifasında xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər dinlənilib. Konsertdə səslənən "Şur” təsnifini, "Kəsmə şikəstə”, "Qəlbimin səsi”, "Dünya”, "Səni sevən baxışlar” və digər mahnılar konsertə xoş ovqat qatıb.
Konsertdə ifaçını Ələkbər Ələkbərovun bədii rəhbərliyi ilə "Uğur” ansamblı müşayiət edib.

“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert

Mənbə:https://azertag.az/xeber/Mugamat_var_olan_yerde_layihesi_cherchivesinde_novbeti_konsert-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz