» » Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın yubiley gecəsi keçirildi

Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın yubiley gecəsi keçirildi

Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın yubiley gecəsi keçirildi

Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın yubiley gecəsi keçirildi
Oktyabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Məhluqə Sadıqovanın 100 illik yubileyi təntənə ilə qeyd edildi. Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, teatr ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edirdilər.
Teatrın foyesində Cəfər Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin materialları əsasında yubilyarın sənət yolunu əks etdirən sərgi təşkil edilmişdi. Aktrisanın həyat və yaradıcılığından bəhs edən slayd-şou nümayiş etdirildi, uzun illər aparıcısı olduğu "Bulaq” radio proqramından parça səsləndirildi.
Teatrın direktoru, Xalq artisti Azərpaşa Nemətov, bir zaman hələ gənc ikən görkəmli aktrisa ilə eyni səhnəni paylaşmış xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov Məhluqə xanımın xatirə işığına toplaşmış teatrsevərlərlə xatirələrini bölüşdülər.
Salonda davam edən yubiley mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli aktrisa haqqında çıxış etdi. Nazir müavini söylədi ki, Məhluqə Sadıqova ömrünün 54 ilini bu teatra həsr edib. O, bu səhnədə Mirzə Fətəli Axundzadədən üzü bəri XIX-XX əsrin bütün Azərbaycan dramaturqlarının əsərlərində yaddaqalan rollar oynayıb.
Bundan başqa, Məhluqə xanım Azərbaycan Radiosunda "Bulaq” proqramının aparıcısı kimi bütün dünya azərbaycanlılarını saz-söz sənəti, folkloru ilə tanış etmək kimi müqəddəs missiyanı yerinə yetirib. Zahirən nə qədər çox ciddi, hətta zabitəli görünsə də, həmişə gəncləri dəstəkləyən, bir ana kimi onların qayğısını çəkən, bədii şuranın iclaslarında həmişə gəncləri qorumağı bacaran sənətkar kimi yaddaşlarda qalıb.
Diqqətə çatdırıldı ki, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Bakıda və bölgələrdə Məhluqə Sadıqovanın yubileyinə həsr olunmuş tədbirlər keçirilib.
Ədalət Vəliyev onu da vurğuladı ki, Məhluqə xanımın yubiley törənində onun həyat yoldaşı, Rusiyada ali rejissorluq təhsili almış ilk soydaşımız Ələsgər Şərifovun adını çəkməmək olmaz. Bu cütlük qarşılıqlı sevgi və hörməti ilə hamıya bir ailə nümunəsi idi.
Sonra nənəsinin yubileyində iştirak etmək üçün ABŞ-dan Bakıya gəlmiş Maykl (Murad) Şərif səhnəyə qalxaraq Məhluqə xanımın 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunduğu üçün dövlətimizin başçısına, Mədəniyyət və Turizm Nazirliyinin, Akademik Milli Dram Teatrının rəhbərliyinə, bu gecəyə gələn qonaqlara yubilyarın ailə üzvləri adından minnətdarlıq etdi.

Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın yubiley gecəsi keçirildi

Mənbə:http://medeniyyet.az/page/news/41087/Unudulmaz-aktrisanin-senet-isiginda.html

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0