» » Qəbizlik üçün möcüzəvi qarışıq

Qəbizlik üçün möcüzəvi qarışıq

Qəbizlik üçün möcüzəvi qarışıq

Son dövrlər qəbzlik tez-tez rast gəlinən bir şikayətdir. Bu patologiya defekasiya aktları arasında intervalın uzanması və nəcisin bərkiməsi başa düşülür. Normada bəzi insanlar gün ərzində, adətən, 2-3 dəfə, bəziləri də həftədə 2-3 dəfə defekasiya aktı həyata keçirirlər. Əgər defekasiya aktları arasında fasilə 3 gündən çoxdursa və belə hal 2-3 ay davam edərsə, bu, artıq qəbzlik hesab edilir. Belə halda qəbzlik diaqnozunun qoyulması üçün nəcisin bərk olması, defekasiya aktı zamanı gücənmə, defekasiya aktının natamam olması hissi də xəstəlik əlaməti hesab olunur. Bəzi hallarda qəbzlik hallarında qarında köp və ağrı tutmaları da olur.
Belə hallar müşahidə edilərsə, həkimə müraciət edilməlidir. Profilaktiki tədbir olaraq bildiyim bir resepti də paylaşıram.

Lazım olanlar:

2 ədəd xurma
2 desert qaşığı qarğıdalı unu
2 xörək qaşığı limon suyu
1 çay qaşığı zeytun yağı
Əncir
Armud
Qarağat

Hazırlanması:

Əncir, armud, xurma və qarağatı 10 dəqiqə qaynadın. Digər tərəfdə qarğıdalı ununu isti su içinə qoyun, içərisinə zeytun yağı və limon suyunu əlavə edin. Qaynadılmış meyvələri qarğıdalı unuyla qarışdırıb gündə bir dəfə uşağınıza yedizdirin. Bunu özünüz də istifadə edə bilərsiniz.

Qəbizlik üçün möcüzəvi qarışıq

Bunun üçün sizə bir neçə başqa məsləhətlərimiz də var:

Səhər oyandığınızda acqarına bol su için.
Çox çeşiddə yemək, həm də çox yemək, bağırsaqların çalışma prosesini pozduğu üçün qəbizlik yarana bilər. Bunun üçün az-az, tez-tez qidalanmaq lazımdır.
Yeməyi yaxşı çeynəmək lazımdır ki, bağırsaqda da asan sorulsun.
Gündə 2-3 lit su, ya da maye tərkibli qida qəbul edin.
Səhər oyandıqdan sonra bir stəkan su için və sonra 4-5 ədəd ərik qurusu yeyin.
Qəbizliyə səbəb olan şirniyyatdan uzaq durun.
Qızardılmış yeməklərdən çox az istifadə edin.
Naharda və şam yeməyində şorba içilməsi məsləhətdir.
Qəizliyin bir səbəbi də mal əti və toyuq ətidir. Bunların yerinə tərəvəzə və balığa üstünlük verin.
Qəbizliyin qarşısını almağın əyaxşı yollarından biri də fiziki aktivliyi artırmaqdır.

Qəbizlik üçün möcüzəvi qarışıq
 
Qeyd: Yazı  tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz