» » İctimai-siyasi terminlər (I yazı)

İctimai-siyasi terminlər (I yazı)

 

İctimai-siyasi terminlər  (I yazı)

 

Demokratiya-   "demos " – xalq,  "kratiya " – hakimiyyət deməkdir. Cəmiyyət həyatında yüksək  inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi rejimdir və planetimizdə gündən- günə geniş yayılmaqdadır. Məşhur amerikan politoloqu Samuel Xayzinqton qeyd edir ki, 19 əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə nəticələnmişdir. Sonraki dövrdə avtoritarizmin və faşizmin yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur.

Parlament – (fransızca "parler", yəni danışmaq sözündən) – hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək təbəqələrin nümayəndələrdən formalaşan məşveret və qanunveridiçi orqanı idi. Müasir mənasını 17-19 əsr burjua inqilablarından sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik sistemidir. O, parlamentin başqa hakimiyyət qanadlarına münasibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və icraedici funksiyaların dəqiq şəkildə müəyyənləşdirilməsi ilə xarakterizə olunur.

Monarxiya* – (yunanca – təkhakimiyyətlilik) – elə bir idarəetmə formasıdır ki, burada ali hakimiiyət vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, şah və s.) əlində cəmləşmişdir. Monarxiyanın xusisiyyətləri:
➢ hakimiyyət vərasət yolu ilə ötürülür;
➢ müddətsiz olaraq həyata keçirilir;
➢ əhalinin iradəsindən asılı deyil.

Lobbiçilik* – ("Lobbi" – ingilis parlamentinin dəhlizi belə adlanır, buraya insanlar deputatlara qeyri-rəsmi təsir göstərmək üçün gəlirdilər) ictimai şüurda birmənalı qarşılanmır, həm pozitiv, həm neqativ məna daşıyır. Lobbiçiliyin ifrat neqativ ifadəsi müəyyən qrup və şəxslərin maraqlarının təmin olunması üçün hakimiyyət nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi, rüşvət və korrupsiyadır.

Partiya – "Partiya" termini, "pars" – hissə və ya "partire" – bölmək olan latın sözlərindən meydana gəlmişdir. Partiya adlandırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar da, müasir dövrdə onların yeri və rolu  bilavasitə demokratiyanını inkişafı və təmsili hakimiyyət orqanlarının möhkəmlənməsi ilə bağlıdır.

Siyasət – "Siyasət" termini ilk dəfə qədim yunan mütəffəkiri Aristotel istifadə etmişdir. O, bu termini dövləti idarə etmək sənəti kimi müəyyən edirdi. Hələ qədim zamanlarda siyasət haqqında belə bir fikir formalaşmışdır ki, "onun haqqında hamı düşünə bilər, lakin onu yaratmaq seçmə insanlara məxsusdur". Müasir elmdə "siyasət" anlayışı hələ də birmənalı qəbul edilmir.

İnqilab – dövlətin və cəmiyyətin inkişafında keyfiyyətcə yeni perspektivlər açan, hakimiyyət strukturlarının, bütün siyasi sistemin kökündən və tamamən dəyişdirilməsidir. İnqilablara dəyişikliklərin gerçəkləşməsində məcburi, yönəldiyi sosial və siyasi güclərin müqavimətinin ortadan qaldırılmasında zorakı xarakter xasdır.

Liberlizm cəryanı fransız maarifçiləri və filosofları ( J.J.Russo, Didro, Lametri ), ingilis filosofları ( C.Lokk, T. Hobbs ) və utopik sosialistlərin yaradıcılığında yer almış " təbii hüquq " nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı " ictimai müqavilə " təliminə əsaslanır. Əsas fikir bundan ibarətdir ki, insanlar dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar.

Sosializm  ideologiyasının kökləri çox qədim zamanlardan müşahidə edilib. Az-çox sistemli şəkildə sosializm ideyaları böyük utopistlər T. Mor və Kampanellanın, sonralar isə Sen-Simon, Furye və Ouenin əsərlərində şərh edilib. J.J.Russonun və F.Babyöfün də xidmətləri az olmayıb.Əsas ideya bərabər,ədalətli,xoşbəxt,istismarsız cəmiyyət qurmaqdır.

İdeologiya – termmini qədim yunan sözü olub "ideya","obraz" haqqında elm deməkdir. İdeologiya cəmiyyətin və ya sosial hərəkatın müxtəlif təbəqələrin maraqlarını, dünyagörüşünü, idealarını ifadə edən ideyalar sistemidir. İdeologiya termini XIX əsrin əvvəllərində fransız filosofu iqtisadçısı A.Destyut de Trasi (1734-1836) tərəfindən elmə gətirilmişdir.

Avtoritarizm – təşəbbüsçü, müəllif, bani, yaradıcı və s. mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir. Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq).

Avtoritar rejimdə tək bir şəxsin (tiranın, fürerin, despotun) heç bir hüquqla məhdudlaşmayan hakimiyyəti hökm sürür. Avtoritarizm şəraitində qanun-qayda yox səviyyəsində olur, vətəndaşların, ictimai təşkilatların, bütövlükdə xalqın hüquq və azadlıqları məhdudlaşdırılır.


Dövlət – siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.

Personalizm - (latınca "şəxsiyyət" sözündəndir) müasir fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət– Allah yaradıcılıq fəallığının təzahürüdür.

Kompromis – əsl mənası qarşılıqlı məğlubiyyət olmasına baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq üçün razılığa gəlmək anlamında işlədilir.

Assimilasiya -qarşılıqlı mənəvi nüfuzetmə

Demoqrafiya- insanların təkrar istehsalının qanunauyğunluqlarını öyrənir.

Determinizm ərəbcə səbəbiyyət, bir-birini şərtləndirən anlamına gəlir.

Proses latınca, irəliyə doğru hərəkət.

Elita fransızca seçilmiş deməkdir. hakimiyyətin daşıyıcısı anlamına gəlir.

Hormoniya ahəngdarlıq.

Sosial siyasət insan üçün insani şərait yaratmaq deməkdir.

Politologiya yunanca, politika – siyasət, loqos – elm.

Rasional – fransızca, səmərəli anlamındadır. daha çox rasional hakimiyyət ifadəsilə işlənir.

Xarizma – yunanca, Allah vergisi. İşləndiyi ifadə: "Xarizmatik hakimiyyət"

Avtonomiya – yunanca autonomiya özünüidarəetmə sözündəndir.

Qrossmeyster- almanca qros – böyük, meyster- ağa. Məsələn alman hərbi rahiblər ordenində böyük magistr.

Respublika – (latınca republic – "dövlət işləri, ictimai işlər" deməkdir) – elə idarəçilik formasıdır ki, burada dövlət başçısını seçmək və dəyişdirmək mümkündür, onun hakimiyyəti isə seçicilərin iradəsi və ya nümayəndələr qurumu tərəfindən müəyyən edilir. Prezidentli,, parlamentli və qarışıq formalı respublikalar var.

Arreqasiya – siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması mənasındadır.

Reqrutasiya – latınca, cəmiyyət üzvlərinin siyasi fəaliyyətə cəlb olunması deməkdir.

Kommunikasiya – siyasi sistemlə mühit arasında qarşılıqlı fəaliyyət formasıdır.

Siyasi sistem – siyasi təsisatların, birliklərin və onlar arasında qarşılıqlı əlaqə formalarının məcmusu deməkdir.

İctimai-siyasi terminlər  (I yazı)

 

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz