» » Milli Dram Teatrı balacaları “Çipollino” ilə sevindirəcək

Milli Dram Teatrı balacaları “Çipollino” ilə sevindirəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tezliklə azyaşlı tamaşaçıları məşhur "Çipollino” tamaşası ilə sevindirəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı AZƏRTAC-a bildirib ki, oktyabrın 14-də nümayiş ediləcək səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çipollino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır.
Tamaşada Əməkdar artistlər Əlvida Cəfərov, Mirzə Ağabəyli, Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Rəşad Bəxtiyarov, Xədicə Novruzlu, Cümşüd Zeynalov, Dilarə Nəzərova , Mehriban Xanlarova və başqaları çıxış edəcəklər.
Tamaşada C.Rossinin musiqilərindən istifadə edilib.

Milli Dram Teatrı balacaları “Çipollino” ilə sevindirəcək

Mənbə:https://azertag.az/xeber/Milli_Dram_Teatri_balacalari_CHipollino_ile_sevindirecek

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz