» » Azərbaycan müəllimlərinin qurultayları

Azərbaycan müəllimlərinin qurultayları

Azərbaycan müəllimlərinin qurultayları

XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər kəskin bir durumda olarkən bunların həllinə milli birlik kontekstində nail olmaq zərurəti meydana çıxıb. Azərbaycanda maarifçilik cəmiyyət həyatında bir hərəkat olmaqdan çıxaraq siyasi-ictimai və mədəni-sosial bir prosesə çevrilib. Xalqın inkişafını təmin edən dünyəvi təhsil, xalq müəllimi hazırlığı, qadın təhsili, ali təhsil məktəblərinin açılması, təhsilin ana dilində aparılması, dərslik və dərs proqramlarının hazırlanması və sair məsələlər bir qrup ziyalının deyil, bütövlükdə Azərbaycan məkanının (çar Rusiyası tərkibində) müzakirə etməli olduğu milli- tarixi problemə çevrilib. Dövrün müdrik və uzaqgörən ziyalıları, müəllimləri bu problemləri geniş müzakirə edib daha yaxşı yol tapmaq məqsədilə Zaqafqaziya müsəlman müəllimlərinin (Zaqafqaziya miqyasında ) qurultayını keçirmək təşəbbüsünü ortaya atıblar.

1906-cı ilin 15 avqustunda başlanıb 30 avqustda başa çatan Azərbaycan müəllimlərinin I qurultayı ilə bağlı geniş hazırlıq işləri görülüb. Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İlk qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.

İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə başlayıb. Qurultayda 1906-cı ildə çağırılan qurultayın tərtib etdiyi proqramlara, Azərbaycan dili və hesab kitablarına, Azərbaycan dilində tədris üsulunun işlənilməsinə və s. məsələlərə baxılıb.

Əvvəlki qurultaylardan fərqli olaraq 1919-cu ilin avqustunda (20 avqust-1 sentyabr) başlayan III qurultay artıq dövlət səviyyəsində keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırıb.

Sayca IV qurultay 1925-ci il mayın 25-də öz işinə başlayıb. 250 nəfər nümayəndənin iştirak etdiyi bu ali məclis Şuralar İttifaqının beynəlxalq vəziyyəti, Şura quruluşunda maarif məsələləri, müəllimlərin cəmiyyətdə rolu məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul edib.

V qurultay 1931-ci il yanvarın 25-də keçirilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov giriş sözü ilə çıxış edib. ASSR Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadənin məruzəsi dinlənilib, kənd müəllimləri üçün əlavə güzəştləri əks etdirən qətnamə qəbul edilib. Qurultay ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə məsələlərə xüsusi əhəmiyyət verib.

Azərbaycan müəllimlərinin qurultayları

1946-cı ilin 26 avqustunda başlayan VI qurultay ağır və dəhşətli müharibədən sonra respublika məktəblərində təlim və tərbiyə işlərinin yüksəldilməsi; müəllim hazırlığı və ixtisasının artırılması məsələlərini müzakirə etməyi gündəliyə salıb. Birinci mövzuda Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov məruzə edib, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin ixtisasının təkmilləşdirilməsi, pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və s. haqqında real vəziyyət təhlil olunub.

1960-cı ilin 14 noyabrında Azərbaycan SSR EA-nın binasında işə başlamış VII qurultayda respublika maarif naziri, professor M.Mehdizadə məktəblərin yenidən qurulmasının ilk yekunlarını təhlil edən məruzəsində "Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və ölkədə xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında" qərarla bağlı Azərbaycan müəllimlərinin qarşısında duran vəzifələri şərh edib.

1967-ci ilin 26 yanvarında öz işinə başlayan VIII qurultayda Azərbaycan SSR maarif naziri M. Mehdizadənin "Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında" geniş məruzəsi dinlənilib müzakirə olunub.

Azərbaycan SSR müəllimlərinin 18-19 may 1978-ci il tarixlərində Bakıda keçirilən IX qurultayı Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açılıb. Azərbaycanda müvafiq qərarla bağlı görülən işlər və vəzifələr nitqdə şərhini tapıb. "Ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında" partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə bağlı geniş məruzə dinlənilib.

1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında keçirilmiş X qurultayda Azərbaycan SSR maarif naziri, professor K.Rəhimov və Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli çıxışlarda 1984-cü il təhsil islahatı istiqamətləri ilə bağlı görülən işlərə aydınlıq gətirilib.

Azərbaycan müəllimlərinin XI və XII qurultayları müstəqillik dövründə keçirilən ali məclislər kimi səciyyəvidir.

XI qurultay 1998-ci il sentyabrın 25-də Heydər Əliyev sarayında keçirilib. 1995 nəfər nümayəndə qeydiyyatdan keçib, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni məhz həmin qurultayda səsləndirilib.

Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər Əliyev sarayında keçirilən XII qurultayı ulu öndər Heydər Əliyevin təbrik məktubu ilə açılıb. Qurultayda milli təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən söz açılıb. Vurğulanıb ki, böyük siyasətçi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.

2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. Qurultaydakı çıxışlarda qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə rəhbəri İlham Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda öz əksini tapıb.

Milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən növbəti qurultay ərəfəsindəyik. Ötən bu illər ərzində həyata keçirilən bir çox layihələr nəticəsində istər ümumi orta, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər barədə bu ilin dekabrında keçiriləcək XIV qurultayda ətraflı məlumat verilməsi nəzərdə tutulub.
Hazırladı: Sifai SƏFƏROVA

Mənbə:http://www.muallim.edu.az/www.old/arxiv/2013/38/30.htm

Azərbaycan müəllimlərinin I qurultayı

Azərbaycan müəllimlərinin I qurultayı — 15 avqust 1906-cı ildə keçirilmişdir.

I qurultayın gündəliyindən
Hər bir tarixi hadisənin bu və ya digər xalqın həyatında müəyyən müsbət təsiri olur, izi qalır. Bu mənada çar Rusiyasını silkələyən 1905-ci il inqilabı imperiyada birləşdirilmiş xalqların maarifinə də təsirsiz qalmadı. Belə ki, xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü.

Rusiya müsəlmanlarının I və II qurultaylarının keçirilməsi azərbaycanlı müəllimlərin bir toplum olaraq birləşməsinə, pulsuz ibtidai təhsil, xüsusi müəllimlər seminariyasının açılmasıE kimi tələblərin irəli sürülməsinə sosial-tarixi şərait yaratdı. Bunların müzakirəsi və həlli ilə bağlı qurultay keçirilməsi zərurəti ortaya çıxdı. 1906-cı ilin 15 avqustunda başlayıb 30-na kimi davam etmiş I qurultayın məramnaməsi (proqramı) "Dəbistan" jurnalının 1906-cı il 8-ci nömrəsində dərc edildi. Qafqaz müsəlman müəllimləri məclisinin gündəliyi aşağıdakı məzmunda olmuşdur:

Azərbaycan müəllimlərinin qurultayları

1. Hal-hazırda bulunan proqramları nəzərdən keçirib təqazayi-zəmanəyə görə təzədən proqram tərtib etmək.

2. Təzə tərtib olunan proqramlara müvafiq kitablar təyin və təlif etmək (bu niyyətlə müəllimlər komissiyası məclisdən müqəddəm islam mərkəzlərindən ibtidai məktəblərdə lazım olan kitabları yazdırıb gətirdəcəkdir).

3. Oxumaq və yazmaq üsulunu asanlaşdırmaq üçün ümumi bir üsuli – tədris və təlim əxz etmək.

4. Kənd müəllimlərinin əhval və güzəranlarına dair məsələlərə baxmaq.

5. Darülmüəllimin (seminariya) proqramını müzakirə edib və zamanın tələbinə görə təkmilləşməsini tələb etmək.

6. üzvlər tərəfindən təqdim olunan məsələləri məclisdə həll etmək.

Komissiyanın sədri N.Nərimanov, üzvləri H.B.Məlikov, Ə.Cəfərov, Ə.Həsənov, katib Y.Əfəndiyev seçilmişdi.

Qurultaya hazırlıq hələ may ayından başlamış, bu məqsədlə "Nicat" qiraətxanasında toplantı keçirilmişdi. Qurultayın iclaslarında ciddi məsələlər müzakirə olunmuşdu. Bunlardan biri ana dili təlimi ilə bağlı idi. Bu barədə Qori Müəllimlər Seminariyasının müəllimi F.B.Köçərli geniş məlumat vermişdi.

Qurultayda orta məktəblərin sayının artırılması qərara alınmış; müəllim hazırlığının yaxşılaşdırılması zəruri sayılmış; yaşlılar üçün axşam məktəbləri yaradılması problemi müzakirə olunmuşdu...

F.B.Köçərli "İrşad" qəzetində (1906, N 202) dərc olunmuş "Müəllimlər ictimainə" (ictimai – ərəb sözüdür, aşağıdakı mənaları bildirir: 1) bir yerə toplaşma, yığılma; 2) bir məclis və ya heyətin toplanması) məqaləsində qurultayın əhəmiyyətini şərh etmişdi.

Azərbaycan maarifi və təhsili tarixində pedaqoji fəaliyyətlə məşğul olan insanların ilk qurultayı 1905-ci ilin 15 avqustunda, genişmiqyaslı hazırlıq işləri aparıldıqdan sonra, Bakıda başlamış, çoxsaylı iclaslarda dövr və gələcək üçün böyük əhəmiyyəti olan məsələlər müzakirə edilmiş, qərarlar qəbul olunmuşdur. Qurultayın son iclasında qəbul olunmuş qərarları həyata keçirmək üçün nümayəndələrin tərkibindən seçilmiş şəxslərdən ibarət daimi komissiya yaradılmışdı. İclasda həmçinin ikinci müəllimlər qurultayını 1907-ci ilin yayında Gəncədə keçirmək qərara alınmışdı.

Müəllimlər qurultayında Azərbaycan dilinin tədrisinin məcburi olması və təhsilin rus-tatar məktəblərində Azərbaycan dilində aparılması, yeni proqramların tərtib edilməsi, müəllimlər seminariyasının yaradılması və müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması məsələləri qaldırıldı.

Azərbaycan müəllimlərinin qurultayları

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
ziyinzhuangyang viagra 3000mg
http://cialisbhg.com/ buy cialis online
where to buy viagra in johor bahru
cialis canada
will viagra ever be over the counter
<a href="http://cialisbhg.com/">cialis cheap</a>
generic viagra using mastercard
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
meilleur prix du cialis
http://cialisle.com/ - buy cialis
cialis cena sk
cheap cialis online
cialis diario posologia
<a href="http://cialisle.com">cialis coupon</a>
cialis rezeptfrei im ausland
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
<a href=http://acquistarecialisitalia.net/>cialis</a> acquistare cialis
cialis generico prezzo cialis 5 mg

<a href=http://comprar-cialis-generico.net/>cialis genérico</a> comprar cialis madrid
http://comprar-cialis-generico.net/
cialis cialis vademecum
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^