» » Musiqili teatrda 107-ci mövsümün ilk premyerası olacaq

Musiqili teatrda 107-ci mövsümün ilk premyerası olacaq

Müəllif: Dəyanət от 22-09-2016, 08:56
Azərbaycan Dövlət Musiqili Teatrında yeni – 107-ci mövsümün ilk premyerası olacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-də Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası balaca tamaşaçılara təqdim olunacaq.
Yeni səhnə əsərinin əsas məqsədlərindən biri uşaqlarda mübarizə əzminin, vətənpərvərlik hissinin aşılanmasıdır. Maraqlı, dinamik süjet xətti olan tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır.
Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır.
Rolları gənc aktyorlar Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edəcəklər.

Musiqili teatrda 107-ci mövsümün ilk premyerası olacaq

Mənbə:http://azertag.az/xeber/Musiqili_Teatrda_107_ci_movsumun_ilk_premyerasi_olacaq-994500

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz