» » 17 sentyabr Xalq rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür

17 sentyabr Xalq rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür

Müəllif: Vüsal от 17-09-2017, 00:15

17 sentybr Azərbaycan Respublikasının Xalq rəssamı, Dövlət mükafatı laureatı Elbəy Mirzə Həsən oğlu Rzaquliyevin Xatirə günüdür. O, 81 yaşında Bakıda vəfat etmişdir.
Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olmuşdur. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlamışdır. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir: rəngkar və kino rəssamı.
1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.
Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır.
"Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olmuşdur.
2007-ci il 15 sentyabrda 81 yaşında vəfat etmişdir.
 
17 sentyabr Xalq  rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür

17 sentyabr Xalq  rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür

17 sentyabr Xalq  rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür
 

17 sentyabr Xalq  rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür

 

17 sentyabr Xalq  rəssamı Elbəy Rzaquliyevin Xatirə günüdür 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz