» » İlk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq

İlk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq

 

İlk dərs məşğələsi  “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq

Bu gün sentyabrın 15-i ilk dərs günüdür, eyni zamanda ölkəmizdəBilik bayramı kimi qeyd olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla cəmi 317 məktəb fəaliyyət göstərir.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 395 773 şagird təhsil alacaq ki, bunların 46 mindən çoxu ilk dəfə məktəbə gedən uşaqlar olacaqdır.
BŞTİ-nin kütləviinformasiya vasitəlrinə verdikləri məlumata görə, paytaxtdakı 265 ümumtəhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 20 min ərizənin qeydiyyatı aparılıb. 2017-2018-ci tədris ilində beşyaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.

İlk dərs məşğələsi  “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfinin təşkil olunması nəzərdə tutulur.
Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi isə müasir tipli hərbi kabinetlə təmin olunub.
2017-2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Təhsil nazirinin əmrinə əsasən ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi  "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

Yeni dərs iliniz mübarək!

Bilik Bayramınız mübarək!


İlk dərs məşğələsi  “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 39
  • Məqalələri: 833
^
256 nəfərdən kimsə adi təbrik yazmır. Görünür şərh sistemini ləğv etmək lazım gələcək.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Появился в интеренете русский фильм Крым. суперский, добрый, советую глянуть целой семьёй, вот гиперссылка глядеть кинофильм КРЫМ ЗДЕСЬ

--------------------
  • Нравится
  • 0