» » Aşıq Ədalət Nəsibov dünyasını dəyişib

Aşıq Ədalət Nəsibov dünyasını dəyişib

 
Aşıq Ədalət Nəsibov dünyasını dəyişib
Mənbə:https://azertag.az/xeber/Asiq_
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.
Onun sözlərinə görə vida mərasimi və aşığın dəfn olunacağı yer hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Aşıq Ədalət 1939-cu il yanvar 27-də Qazax rayonunda anadan olub. O, saz ifaçılığını atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb və o, el məclislərinə dəvət alıb.
Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı kimi tanınır.

Aşıq Ədalət Nəsibov dünyasını dəyişib 

Adalet_Nesibov_dunyasini_deyisib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz