» » Ağızdan pis qoxular gəlməməsi üçün türkəçarə vasitələr

Ağızdan pis qoxular gəlməməsi üçün türkəçarə vasitələr

Ağızdan pis qoxular  gəlməməsi üçün  türkəçarə   vasitələr

"Ana və Uşaq" NKPI-nin saytına istiadla bildirir ki, ağızdan gələn pis qoxunu xalq təbabətinun təklif etdiyi türkəçarə ilə asanca aradan qaldırmaq olar.
Bu vasitələr aşağıdakılardır:

1) Çoxlu çiy alma yemək.

2) Təzə şüyüd cövhəri ilə ağızı yaxalamaq.

3) Cəfəri ağızdan pis iyi götürür, həmçinin ağız boşluğuna bakterisid təsiri göstərir; o damaqlarda və ağızın selikli təbəqəsində iltihabi proseslər olduqda faydalıdır.

4) Sarımsaq və soğanın iyini portağal, 2-3 ədəd qoz və ya bir piyalə tünd çay ilə yox etmək olar.

5) Palıd qabığı. Bir yemək qaşığı xırdalanmış palıd qabığı üzərinə bir stəkan qaynar su tökülür, su hamamı üzərində 30 dəqiqə qaynadılır, 1 saat saxlanılır. Ağızdan pis iy gəldikdə bu həlim ilə gündə bir neçə dəfə (yeməkdən sonra, evdən çıxdıqda və s.) ağız yaxalanır.

Ağızdan pis qoxular  gəlməməsi üçün  türkəçarə   vasitələr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz