» » Ovsunun təsir mexanizmi - xalq təbabəti

Ovsunun təsir mexanizmi - xalq təbabəti

Ovsunun təsir mexanizmi - xalq təbabəti

Müalicə ovsununun təsiri öyümə-qusma, tərləmə, qanalma və psixi təsir şəklində özünü göstərir.
Tərləmə bəzən ovsun ayinlərində xəstənin keçirdiyi hyəcandan doğur və bu tərləmə xəstənin soyuqdəymə dövrünə təsadüf edirsə, sağalma effekti verir. Bəzən qəbul edilməsi çətin olan acı, pisqoxulu maddələrin təsiri ilə xəstədə reflktor qusma baş verə bilər.Əgər xəstə zəhərlənmişsə, onda bu qusma müsbət effekt verir.
Ovsunçu belə hesab edir ki, bədənin müxtəlif yerlərində ruhlar var. Ruh qanda yerləşmişsə,onu qan almaqla uzaqlaşdırmaq olar. Bu inam müasir qanalmanın əsasını təşkil etməkdədir. Qanalma yüksək qan təzyiqi və soyuqdəyməsi olan xəstələrdə müsbət effekt verir.
Müasir elmi təbabətin tətbiq etdiyi imalə üsulu da qədim ovsunun kəşfidir.
Ovsun ayinlərinin əsas effekti psixi effektdir. Bu təsir psixatrlar tərəfindən iki formada özünü göstərir:
1.Foks-illüziya
2.Hipnoz-özünütəlqin
Totem, onqon, tabu, çay, rəng, musiqi, söz, hərəkət, müxtəlif yağlar, tüpürcək, su, maska və s. bu kimi ovsun vasitələrinin xəstəyə təsir edib, onda müəyyən illüziya yaratması xəstənin xarakteri və eləcə də ailədə mövqeyi, tərbiyəsi, savadı ilə sıx bağlıdır. Ovsun ayinlərində psixoeffektin uğurlu olmasının əsas səbəbi inamdır. İnam möcüzələr yaradır. O, güclü psixoloji amil kimi, insanın fiziologiyasına təsir edir. Psixi effektin uğurlu alınmasında xəstənin həssaslığı, onun emosiyaları, qıcıqları, hadisələrə fərdi reaksiyası da mühüm rol oynayır.
Qeyd etdik ki, ovsun ayinlərində vaxt amili diqqət mərkəzində saxlanılır. Elm artıq sübut etmişdir ki, günün müxtəlif saatlarında insan orqanizmi müxtəlif vəziyyətlərdə olur.

Ovsunun təsir mexanizmi - xalq təbabəti

Sübh tezdən simpatik sinir sistemi parasimpatik sinir sisteminə üstün gəlir. Bu da orqanizmin öz daxili imkanlarını səfərbər etməsi üçün çox vacibdir. Deməli, ovsun təbabəti vaxt amilinə əsaslanmaqla, xronotəbabəti və xronobiologiyanı qabaqlayır.
Sözün böyük fizioloji təsiri var. Müasir psixoterapiyanın əsas silahı sözlə müalicədir. Qədim ovsun da sözün bu müalicəvi təsirindən istifadə edir. Cadugər, maq, şaman, yoq, kahin, din xadimi, həkim sözlə təsir edib, hipnoz yaradır.Sözün təsiri beyindən psixikaya, oradan da bütün orqanizmə ötürülür ki, bu da somatik xəstəliklərdə ovsun ayinrinin müalicədə təsirini effektli edir.
Səs(musiqi) orqanizmə ikili təsir edib, gah sinir sistemində tormozlanma prosesi əmələ gətirir, gah da orqanizmi son həddə qədər qıcıqlandırır. Səsin, musiqinin müasir elmi təbabətdə böyük təsiri var.Cərrahi əməliyyatlar bəzən musiqi sədaları altında aparılır, ondan ağrıkəsici kimi, psixixi xəstəliklərin müalicə vasitəsi kimi istifadə edilir.
Ovsunun başqa bir elementi – hərəkət və ritmin də böyük müalicəvi təsiri vardır. Ovsunçunun hərəkətləri çox vaxt xəstədə qorxu, vahimə də yarada bilir.
Ovsunun quruluş elementlərindən sayılan rəng insanda müxtəlif emosional vəziyyətlər yaradır ki, bundan da müasir elmi təbabətdə geniş şəkildə istifadə edilir.
Ovsun ayinlərinin başlıca psixi effekti olan hipnoz və özünütəlqindən müasir elmi təbabət isterik vəziyyətlərdə, yuxunun və cinsi funksiyaların pozulmasında , dəri xəstəliklərində və hamiləlik pozğunluqlarında mühüm müalicə vasitəsi kimi istifadə edir.
 

Ovsunun təsir mexanizmi - xalq təbabəti

Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz