» » Zərərverici ovsun

Zərərverici ovsun

Zərərverici ovsun

Zərərverici ovsun ayinləri haqqında bəzi məlumatlar bu gün də xalqın yaddaşında yaşamaqdadır. Məsələn, deyirlər ki, bir adamın tükünü yandırsan, o adamın başı ağrayar; dırnağını yandırsan, onda dırnağı yandırılan adamda oynaq-sümük ağrıları əmələ gələr.
Uşağın beşiyini boş-boşuna yırğalamaq onun sancılanmasına, hətta ölə bilməsinə də səbəb ola bilər.
Canavar yağını iki adamın paltarına sürtsən, onların arası dəyər.
Quşun dilini kəsən adamın uşağı lal olur.
Gecə dırnaq tutmaq ömrü gödəldir.
Başqasının yemək payını yeyənin dilinə piy çıxar.
Zərərverici ovsun ayinlərinə qarşı profilaktika tədbirləri və qadağalar da vardır.
Yeni doğulan uşağı yumaq, səfərə çıxanın arxasınca su atmaq, qonağı duz-çörəklə qarşılamaq və s ayinlər bu qəbildəndir.
İtdirsəyinin xalq təbabətində əmələ gəlməsi itə aid edilir. Guya itə atılacaq payı təsadüfən yeyən adamda itdirsəyi çıxır və ya itə tərəf tüpürmək tüpürmüş adamda itdirsəyinin çıxmasına səbəb olur. Ona görə də itdirsəyini müalicə etmək üçün bir tikə çörək gözə sürtülür və ya it tükü xəstə gözə çəkilir.
Bəzən itdirsəyi irinləyib gözə də yayıla bilir. Belə olanda deyirlər ki, gözə xəstə adam əli dəyib. Ona görə də xəstənin sağ əlini suya tutub, həmin suda xəmir edilir və təpitmə kimi gözə qoyulur.

Zərərverici ovsun

Davamı var...
Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz