» » Bu gün unudulmaz şair Qabilin doğum günüdür

Bu gün unudulmaz şair Qabilin doğum günüdür

Bu gün  unudulmaz şair  Qabilin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı , Əməkdar İncəsənət Xadimi Qabil Allahverdi oğlu İmamverdiyevin doğum günüdür.
Qabil müəllim 1926- cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır.
1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxumuşdur.
Əmək fəaliyyətinə 1949-cu illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedoqoji İnstitutunda laborant kimi başlayan Qabil 1951-1953-cü illərdə "Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə "Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə "Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə "Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləmişdir. Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının daha da zənginləşdirmişdir. Onun xalqımızın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir.
 

Bu gün  unudulmaz şair  Qabilin doğum günüdür

 

Bu gün  unudulmaz şair  Qabilin doğum günüdür

 
"Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə "Ədəbiyyat” qəzetində çap olunmuşdur. 1950-ci ildə isə "Səhər açılır” kitabı işıq üzü görmüşdür. Onun "Mənim mavi Xəzərim” (1959), "Küləkli havalarda” (1964), "Qoy danışsın təbiət” (1966), "Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Qabilin ədəbi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları "Şöhrət” və "İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Bütün həyatı, yaradıcılığı və qəlbi ilə Azərbaycana bağlı olan, haqq-ədaləti hər şeydən uca tutan şair böyük şəxsiyyət idi. Qabil oxucular tərəfindən həmişə oxunan, əzbərlənən, dillər əzbəri olan "Səhv düşəndə yerimiz”, "Qarışdırma”, "Təmizlik”, "Gülləbaran eylədilər”, "Nəsimi bazarında”, "Məhəbbət deyil”, "Türkün qəbri”, "Gedən yerim olaydı” kimi şeirləri, "Nəsimi” kimi fəlsəfi poeması ilə şöhrət qazanmışdır. Qabilin "Nəsimi” poeması ədəbiyyatımızın qiymətli nümunələri sırasına daxil olmuşdur. Adından göründüyü kimi əsər orta əsrlərdə yaşamış böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuşdur. "Nəsimi” poemasında şair təkcə bir şairin acı taleyini, faciəsini deyil, həm də dövrün keşməkeşlərini, folklorunu, adət-ənənələrini əks etdirmişdir. Bu əsərin yazılmasına şair ömrünün 10 ilini sərf etmişdir. Belə ki, çox böyük axtarışlar aparmış, saysızhesabsız tarixi mənbələr oxumuş, şairin anadan olduğu Şamaxını, əqidə mübarizələrində qol-qanad açdığı Bakını, özünə həmfikirlər axtardığı Türkiyəni, Misiri, Suriyanı gəzmiş, Nəsiminin faciəli ölümü baş vermiş Hələb şəhərində onun məzarını ziyarət etmişdir. Şair hətta 1974-cü ildə Nəsiminin 600 illik yubileyi ərəfəsində Nəsiminin məzar torpağından bir ovuc götürüb Nizami muzeyinə bağışlamışdı. Qabil əsl vətənpərvər şair idi. Xalqımızın milli-azadlıq hərəkatı tarixinə qanlı, həm də ən şərəfli səhifə kimi daxil olan 1990-cı ilin 20 yanvar gecəsi vətənpərvər 3 şairin yaradıcılığını daha da zənginləşdirdi. Həmin gecə Qabil Azərbaycan xalqının əbədi ağrısı olan "Mərsiyə” şeirini yazdı. Şair mərsiyəsində xalqın vulkan tək püskürən qəzəbini, min yerdən qan fısqıran yarasının dəhşətli ağrısını, Allah dərgahına qədər boy verən ah-naləsini özünəməxsus böyük vətəndaşlıq yanğısı ilə əks etdirmişdir. O, "Mərsiyə” şeiri ilə 20 Yanvar, qanlı Şənbə gecəsinin həqiqətini təfərrüatı ilə açıqlayıb, əbədi yaddaşlara köçürüb. Şeiri oxuduqda Qanlı Yanvar qırğınını, düşmənlərin törətdiyi faciəni, gətirdiyi qəm-kədəri dərindən duya bilirsən.
 

Bu gün  unudulmaz şair  Qabilin doğum günüdür

Gecəni atəş ilə qırmızı qan eylədilər, 
Xalqımı- millətimi gülləbaran eylədilər. 

Şairin "Mən göz yaşlarına dözə bilmirəm” şeirində də 20 yanvar dəhşətlərini, ağrılarını bir daha bəyan etmişdir:

Mən göz yaşlarına dözə bilmirəm, 
Yağanda Şəhidlər xiyabanına.
Bu ağrı-qaralı mərmər dastana, 
Bu gülləri məşəl daş gülüstana, 
Bir busə dadmayan neçə oğlana 
Ağlama, döz görüm daşsa da qəlbin, 
Ağla ibrətamiz bir ehtişama.
Mən göz yaşlarına dözə bilmirəm,
Analar saç yola məzar başında.
Yox daha mərsiyə yaza bilmirəm,
Cavanlar qırılsa nakam yaşında… 

Qabil həm də lirik şairdir. "Gətirmə”, "Küləkli havalarda, yağışlı havalarda”, "Yarpaqlar tökülür”, "Gedən yerim olaydı”, "Suqovuşanda” kimi sənət inciləri hər kəsin qəlbini, ruhunu oxşayır. Onun məhəbbət şeirləri də rəngarəngdir. Bütün çalarları ilə orijinaldır, özünəməxsusdur.
"Tufan səsi” şeiri məhz belə şeirlərdəndir:

Gözlərimi gözlərindən 
Çəkməyirəm bircə an.
Sənə baxan gözlərimi
Qırpmaz nə yel, nə tufan. 

Nə sən mənə, nə mən sənə
Bir kəlmə söz demirik, 
Yox, yox, biz ki, danışırıq... 
Nə sükut? Düz demirik. 

Bu gün  unudulmaz şair  Qabilin doğum günüdür

Qabil uşaq şairi olmasa da, onun uşaq və yeniyetmələr üçün "Nağaraçı” adlı maraqlı bir kitabı var. Bu kitabda toplanmış şeirlər şairin uşaq psixologiyasına yaxından bələd olduğunu göstərir. Belə ki, onun şeirləri uşaqların qavrayış imkanlarına uyğun yazılmaqla yanaşı həm də sadə bədii ifadə vasitələri ilə zəngindir. Elə bu səbəbdən də uşaq şeirlərinin az olmasına baxmayaraq Qabil azyaşlılar tərəfindən də sevilir.
Qabil 2007-ci il il aprel ayının 4-də Bakıda vəfat etmiş və1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.
Qeyd: Yazı F.Köçərli adına Respublika Uşaq Kitabxanası Elmi-Metodika şöbəsi tərəfindən yazılmışdır.

Bu gün  unudulmaz şair  Qabilin doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 75
  • Məqalələri: 981
^
1. Ədəbiyyatımızın inkişafında Qabilin xidmətləri çox böyükdür.
Heydər Əliyev
Ümummilli lider
2. Qabilin həmişə oxucusu olub, var və olacaq. Sənətkar üçün əbədiyyət
budur.
Vasim Məmmədəliyev
Akademik
3. Hər sənətdə, hər peşədə kamil ol,
Tarda Bəhram, kamançada Habil ol.
Ömər Xəyyam çox şairə söylədi:
– Hünərin var, rübaidə Qabil ol!
Anar
Xalq yazıçısı
4. Qabil poeziyası vətəndaş-şair poeziyasıdır, vətəndaş-şair düşüncələrinin,
hiss-həyəcanlarının bəhrəsidir.
Elçin
Xalq yazıçısı
5. Qabil şeirin zirvəsindədir desəm, səhv olar. Sair – özü zirvədir.
Fikrət Sadıq
Şair
  • Нравится
  • 0