» » Tarixdə bu gün - 8 avqust

Tarixdə bu gün - 8 avqust

Müəllif: Vüsal от 8-08-2017, 00:20
 
8 avqust

Mühüm hadisələr:

1910 – Cənubi Azərbaycanda milli azadlıq hərəkatının görkəmli nümayəndələri Səttarxan və Bağırxanı həbs edilmişlər.

2000 - Böyük Britaniya, ABŞ və İtaliya alimləri insanın klonlaşdırılması təcrübələrinin başladıqlarını rəsmən bəyan etmişlər.

Doğum günləri:
 
Tarixdə bu gün - 8 avqust1936  —   Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova Əli Bayramlı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür.

 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir.

İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I-VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə. IV- b.e. VII əsrlərinə aid sərhədlərini müəyyən etmiş, Albaniyada xristianlığın yayılması və alban kilsəsinin yaranması tarixini tədqiq etmiş, Ermənistan dövlətinin kiçik Asiyada mövcud olmasını sübut etmiş və Qarabağ tarixini yazmışdır.


Tarixdə bu gün - 8 avqust

 

1948 – Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır."Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur

Tarixdə bu gün - 8 avqust


1948 – Azərbaycan müğənnisi Akif İslamzadə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.
Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.
6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident mükafatına layiq görülmüşdür.
 
 

Tarixdə bu gün - 8 avqust

 

Vəfat etmişdir:

 

1905 — Çar ordusunun zabiti, vəkil Məmmədqulu bəy Məhəmmədşəfi bəy oğlu Kəngərlinski Tiflisdə ermənilər tərəfindən qətlə yetirilmişdir.

Tarixdə bu gün - 8 avqustMəmmədqulu bəy Kəngərlinski 1864-cü ildə Naxçıvan şəhərində doğulmuşdu.
İlk təlim-tərbiyəsini atasından, ibtidai təhsilini xüsusi müəllimdən almışdır. O zaman təbii məktəb olan ev tərbiyəsini lazımınca qurtarıb, xaricdə oxuyacaq yaşa çatan vaxt atasının silginə daxil olaraq Tiflis hərbi məktəbinə - kadetlər korpusuna daxil olur. Sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburq hərbi Mixaylovski ali topçu məktəbinə girir. Burada 1882-ci ildə unter-zabit rutbəsini yüksəlir.
Xeyli vaxt zabitlik rütbəsində olub millətə, dövlətə, vətənə hüsnü-xidmət göstəribdir. İlahi istedadı və insanı ləyaqəti sayəsində hamının hörmətini qazandı. Bacarıq və qabiliyətinə görə ştabs-kapitan mənsəbinə keçirildi. Millət və vətənə bir an xidmətdən geri qalmadı. 1893-cü ilə qədər əsgəri qulluqda xidmət edib, ştabs-kapitan rütbəsində istefa verib vətənə qayıdıb. Bir-iki il vətənində - Naxçıvanda qaldıqdan sonra İrəvan şəhərinə getdi. Canından əziz sevdiyi millətinin taleyi ilə yaxından maraqlanıb tanış oldu. Hər gün evinə bir çox fəqir, yoxsul müsəlmanlar gəlib ərz-hallarını pulsuz yazdırdılar. Dərdlərinə pulsuz dərman alardılar. Bu qədər məşğuliyyəti olsa da caamatın elə bir işi olmazdı ki, mərhumun həmin işin mərkəzində olmasın. O, daim millətin salamatlığını və tərəqqəsini düşünürdü. O, Qafqazda birinci dəfə müsəlman leyli məktəbi-pansion açdı.
Günlərinin bütün saatlarını gah vəkillikdə, gah məktəb müfəttişliyində, gah millət müşavirəliyində keçirərdi. Məmmədqulu bəy yaşadığı ərazinin sakinlərinin zəmanəti ilə Peterburqda getdi.
Millətin hər növ ehtiyacını şəxsən canişin qraf Voronsov cənabına söyləyib, daxiliyyə vəzifəsinə ərz-hal etdi. Biçarə millətin hüququnu hökümət idarələrində mühafizəyə ixtiyar sahibi olmaq üçün dili və qələmi ilə çalışdı. Onun fəaliyyəti Qafqaziyada rəhbərlik və böyüklük edən ermənilərlə xoş gəlmədi. Ölüm kağızlırı yazdılar. Öldürmək, şəhid etmək xəyalına düşdülər. Mərhumu Peterburqdan gələndən sonra gözləyirdilər ki, hər tövr olsa öldürsünlər.
Bu işləri billə-bilə yenə vəkilliyinə, məktəbinə davam etdi. Lakin bir kimsədən kömək, dadına çatan görmədi. Axırda çarəsiz məktəbi dağıdıb, vəkilliyi də buraxdı. Parisə getməyə, oradan millətinə özgə yolda xidmət etməyə məcbur oldu.
Elə bu fikirlərlə də avqustun 25-də İrəvanı tərk edib Tiflisə getdi. Orada lazımı işlərinin görüb bacısı oğlu Heydər ağa ilə Batuma yollandı ki, gəmi ilə Parisə getsin. Batumda olarkən dostlarına aşağıdakı məzmunda kağızlar yazdı: "Batumdayıq. Bilet aldıq. Bir saat sonra firəng gəmisinə minib Parisə yollanırıq. Vətənim, millətim heç vaxt yanımdan çıxmayacaqdır. Xidmət məkan və yer ilən deyil, insanın özüylədir…" Bu axırıncı məktubunu poçta tutusuna buraxıb, oradan yemək yeməyə gedəcəkdi ki, erməni komitəsi tərəfindən göndərilmiş üç nəfər alçaq erməni qəflətən hücum edib xəncərlə parça-parça doğrayıb qaçdılar. Onun nəşi iki gün Batumda qaldıqdan sonra sentyabrın birində Batum müsəlmanlarının, Iran konsulunun və başqa bəyzadələrin iştirakı və bacısı oğlu Heygərin müşayiəti ilə Tiflisə göndərildi. Tiflis caamatı mərhumun cənazəsinin çox böyük ehtiramla tən-tənəli surətdə vağzalda qarşılaşdılar. Ordadan böyük dəstə ilə məcidə aparıb sentiyabrın 2-də öz doğma bacısının yanaında torpağa və əbədi mənzilə təslim etdilər.
 
 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz