» » Qobustanda risk qrupuna daxil olan hamilələrin müayinəsini keçirilib

Qobustanda risk qrupuna daxil olan hamilələrin müayinəsini keçirilib

Qobustanda risk qrupuna daxil olan hamilələrin müayinəsini keçirilib

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşları Qobustan rayonunda yaşayan, risk qrupuna daxil olan hamilələrin müayinəsini keçiriblər.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müayinə məqsədilə qurumun əməkdaşları Qobustana ezam olunublar. Təhlə Kənd Xəstəxanasında aparılan müayinələrdə adıgedən rayondan onlarla hamilə qadın iştirak edib. Aksiya zamanı gələcək analara mövcud ciddi problemləri həkimdən gizlətməmək məsləhət görülüb. Belə ki, doğuş və ya əməliyyat zamanı ani aşkar olunan hansısa problem müxtəlif fəsadlarla nəticələnə bilər.
Risk qrupuna daxil olanlar 18 yaşdan kiçik, ilk hamiləlikləri 40 yaşdan sonra baş tutan, bədən çəkisi artıq olan və s. qadınlardır.

Qobustanda risk qrupuna daxil olan hamilələrin müayinəsini keçirilib

Mənbə:http://azertag.az/xeber/Qobustanda_risk_qrupuna_daxil_olan_hamilelerin_muayinesini_kechirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz