» » Uşaqlar üçün ovsun ayinləri (V yazı)

Uşaqlar üçün ovsun ayinləri (V yazı)

Uşaqlar üçün  ovsun ayinləri (V yazı)

Uşağın boynu gec bərkiyirsə, heyvanın boyun əti suya çəkilir və suyu uşağa, əti isə ona süd verən anaya yedirilir. Bəzən boyun ətindən bir tikə götürüb, uşağın paltarına da tikirlər.

Uşaqlar üçün  ovsun ayinləri (V yazı)

Uşaq gec yeriyəndə naxırçıya bir çörək verirlər. Naxırçı çörəyi özü ilə getdiyi yerlərə aparıb gəzdirir, axşamçağı qaytarıb sahibinə verir.
Bəzən gec yeriyən uşaqların ayaqları iplə bir-birinə bağlanır, sonra naxır qabağına çıxarılır. Naxırçı uşağın ayağındakı ipi kəsir, əvəində haqq olaraq bir çörək alır. Bu ayinlərdə çörəyin ovsun gücünə inamla yanaşı, naxırçın bütün günü çöldə-bayırda gəzməsi, ayaqüstə olması inamı bir qədər də qüvvətləndirirdi.
İplərin kəsilməsi ilə uşağın yeriməsinə mane olan qüvvələrin də kəsilməsinə imitasiya edilir.

Uşaqlar üçün  ovsun ayinləri (V yazı)

Uşaq sancılananda onu baş üzərinə qaldırıb, qarnıüsə 3 dəfə fırladırlar. Bəzi uşaqlarda qida pozulması səbəbindən arıqlama, narahatlıqlar əmələ gəlir. Belə uşaqlara "cindəyişiyi” deyirlər və hesab edirlər ki, uşaq doğulanda cin öz balasını yeni doğulmuş həmin uşaqla dəyişdirmişdir. Bu cür uşağı qəbristanlığa aparıb qəbirlərin arasına qoyur və bir az uşaqdan ayrılıb deyirlər: "Cin, bu, sənin balandırsa, götür, ver mənim balamı”. Bundan sonra uşağı götürüb evə aparırdılar.

Uşaqlar üçün  ovsun ayinləri (V yazı)

- Göyərmə xəsyəliyi olan adamın dörd bir yanı cızılır;
- dalaq şişini sağaltmaq üçün daş duz üstdən dalağa sürtülüb, çay kənarında basdırılır;
- ziyil çirkli süpürkə ilə süpürülür;
- çiləni kəsmək üçün çağa astanaya qoyulur, ev süpürüldükdən sonra zibil uşağın üstündən çölə çıxarılır;
- zifaf gecəsi bəy gəlinə yaxınlaşa bilməyəndə onu qəbristanlıqda gəzdirirlər;
-ağızgəlmə xəstəliyində səhər obaşdan su kənarına gəlib oxuyurlar:
Salam əleykün, sucığaz,
əleykümə salam, bucığaz.
Üç kilsəyə od düşüb,
Dərmandır bucığaz.
Sonra həmin sudn üç dəfə götürüb, xəstənin ağzını yaxaladırlar;
- Uşaqdan mütəmadi ağzsuyu axırsa, dayısının corabı ilə ağzını silirlər;
 

Uşaqlar üçün  ovsun ayinləri (V yazı)

Davamı var...

Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz