» » Ritual hərəkətlər (IV yazı)

Ritual hərəkətlər (IV yazı)

 

Ovsun ayinlərində hərəkətlərin yamsılanması, yəni imitasiya edilməsi mühüm rol oynayır. Təmizləyici və qovucu ovsun ayinlərində müxtəlif pifaf rosesləri imitasiya edən hərəkətlərdən geniş istifadə olunur. Təzə bəy "bağlanmasın”(evlilk zamanı müvəqqəti cinsi tormozlanma prosesisinin xalq dili ilə ifadəsi ) deyə, kəbin oxunanda bir bıçaq açıq şəkildə saxlanılır. Kəbin oxunub qurtarandan sonra bıçağın dili qatlanır. Zifaf gecəsi bıçaq açılıb, bəy döşəyinin altına qoyulur. Buradan bıçağın açılıb-bağlanması , sonra yenidən açılması təzə bəyi ovsunla narahatçılıqlardan qorumaq üçündür: açma-bükmə hərəkəti bəyi tormozlanmadan çıxmasını imitasiya edir.
İki adam başbaşa dəyəndə yenidən 3 dəfə bşlarını bir-birinə vurur və hər ikisi üç dəfə kənara tüpürür ki, başlarına keçəl düşməsin. Burada kənara tüpürmək hərəkıti – keçəlliyi uzaqlaşdırmağı imitasiya edir.
Bir adamın əlindən xəta çıxarsa, həmin xəta ağır nəticələrə səbəb olmasın deyə, bu adamın üzünə əlk tutulur və özü üç dəfə öz əlinə tüpürür.
Əgər iki zahı və ya iki hamilə qadın rastlaşırsa, çilə basmasın deyə, onlar iynələrini bir-biri ilə dəyişirlər.
Ata və ya hamamdan çıxan başqa bir adam, yeni doğulmuş "qırxlı” uşağın üstünə gələrsə, çilə basmasın deyə, o, atasının, yaxud hamamdan gələn digər kimsənin qabağına çıxarılır.
Əgər bir nəfəri ildırım vurub öldürərsə, ailənin digər üzvlərini ildırım vurmasın deyə, onları "çaxdırırlar”, yəni çaxmaq çəkib qığılcımları hər bir ailə üzvünün üstünə tökürlər.

Ritual hərəkətlər (IV yazı)

Bütün bunlardan başqa , profilaktik ovsun ayinlərinin aşağıdakı nümunələri də vardır:ff
- Uşağı gözəl olsun deyə, ana təzə ayı görəndə salavat çevirir:
- Zahının yanında üç yumurta və ya şışə sancılmış soğan qoyulur. Zahı həmişə həyətə çıxanda həmin şişi əlinəgötürb, özü ilə gəzdirir ki, özündən yeylər ona zərər yetirməsin. Bu, on gün davam etdirilir;
- Uşağın düşmüş göbək bağırsağı məktəbdə, məsciddə basdırılır və ya bağa, əkin sahəsinə atılır ki, uşaq böyüyəndə dinə, təhsilə daha çox maraq göstərsin; yaxşı bağban və ya yaxşı əkinçi olsun;
- Zahıya özündən yeylər xələl toxundurmasın deyə onun dörd tərəfinə çicim sərilir;
- Yeni doğulmuş uşağa sədəmə toxunmasın deyə , uşaq yoldaşının üstünə iynə taxıb atırlar;
- Bədnəzər adamın paltarından bir tikə və ya evindən bir buğda , yeddi düyü, iynə qırığı(deşikli tərəfi), saman və s. götürüb, xəstənin yaxasından asırlar ki, ona göz dəyməsin;
- Uşağı qalmayan qadını qayanın və ya alçaq bir bir təpənin başına üç dəfə dolandırıb deyirlər: "sən burdan qopsan, bu uşaq da məndən qopsun...”;
- Uşaq doğulan yerə mıx çalınır ki, çin-şeytan zahıya yaxın düşə bilməsin;
- Sonsuzluğu aradan götürmək üçün yeni doğulmuş uşağın göbəyi sonsuz bir qadının baş barmağının üstündə kəsilir;
- Cadunu təsirdən salmaq üçün baş tükünə tüpürüb atırlar;
- Uşağı şeşə (yarasa) vurmasın deyə, şeşə öldürülüb evdən aslır;
- Bədnəzər adamdan qorunmaq üçün onu murdarlayırlar və ya onun ayaqqabısının bir tayını gizlədirlər.
 
Davamı var...

Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994
 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz