» » Profilaktik ovsun (II yazı)

Profilaktik ovsun (II yazı)


Profilaktik ovsun  (II yazı)

Xalq təbabətinin müalicə vasitələrindən olan ovsunlara bəslənilən inam bu gün də insanların hafizələrində yaşamaqda və ayrı-ayrı ərazilərdə icra edilməkdədir.
Əvvəlki yazımızın davamı olaraq bu yazımızda da belə ovsunlardan daha bir neçəsi haqqında məlumat veririk.

Duz-çörək

Müalicə ovsununda duz-çörəkdən də istifadə olunur. Məsələn, bir tikə çörək bir çimdik duzla bükülür və paltara tikilir. Müasir günümüzdə qonaqların duz-çörəklə qarşılanması elə bu inamla bağlııdır.

Dua

Quran ayələri yazılmış kağız parçaları üçbucaq şəklində bükülür və paltardan asılır. Duanın üçbucaq şəklində olmasına başqa türkdilli xalqlarda da rast gəlinir ki, bu da həndəsi fiqurların ovsub qüvvəsinə inamla səsləşir. Ola bilsin ki, ilk həndəsi fiqurlar məhz ovsun ayinlərində çəkmişlər.
Profilaktik ovsunda pambıq, sarımsaq, toyuğun "çəkişmə sümüyü” , saman çöpü və sair vasitələr də iştirak edir.

Pişik tükü

Bu heyvan daha çox islamla əlaqələndirilir. Xalq arasında "pişiyin belinə peyğəmbər əli dəyib” ifadəsi vardır. Lakin həqiqətdə isə pişik islamaqədərki inamlarla bağlıdır. Həmin inamlara görə, pişiyi vuran, ğldürən adam mütləq xəstələnər, yaxud pişik adamın qarşısına çıxars, həmin adamın işi düz gətirməz. Ona görə də pişik tükünü paltara tikirlərmiş ki, xəta-bala insanlardan uzaq olsun. Qədəim insanlar belə təsəvvür edirlərmiş ki, insan şər aləmlə əlaqəli əşyaları ğz üstlərində gəzdirərlərsə, şər ruhlar həmin adamı özününkü hesab edib, ona toxunmaz.
Bu təsəvvürlərlə qədim insanlar dovşan quyruğuna, dəvə, it tükünə, eləcə də canavar, tülkü, qurd dişlərinə də inam bəsləyirdilər.

Xərçəng çənəsi

Bədnəzərdən qorunmaq üçün qurudulub paltara tikilir. Xərçəng su ilə bağlı ruhlarla əlaqələndirilir.

Kömür

Şər ruhların ən çox qorxduğu əşya, vasitə kömürdür. Ona görə də kömür paltara tikilir, yaxud zahının və yeni doğulmuş körpənin baçı altına qoyulur. Təsəvvürlərə görə, kömürün ovsun qüvvəsinə inamlarda onun odla əlaqəsi və rənginin mifoloji mahiyyəti əsas rol oynayır.
 
Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz