» » Uşaqlar və müharibə

Uşaqlar və müharibə

Müəllif: Anaveusaq.az от 8-07-2017, 08:52
Uşaqlar və müharibə

İstənilən müharibə, fərqi yoxdur harada baş verib, insanlara və xüsusilə də uşaqlara mənfi təsir edir, onlarda pessimizmə və depressiyaya yol aça bilir. Dünyada baş verən şiddət hadisələri, zəlzələlər, terror hadisələri və hələ bunlar da azmış kimi, onların televiziya və mətbuat vasitəsi ilə evlərə daşıdığı qorxunc təəssüratlar həm də uşaqların ruh sağlamlığını təhdid edir. Bu tip hadisələrin getdikcə atması uşaq və gənclərdə dünyanın etibarlı olmadığı inamsızlığı yaradır və depressiyaya yol aça bilir.
Amerikada Dünya Ticarət Mərkəzində baş verən terror hadisəsi zamanı həmin hadisələrin görünüşlərinin əksər televiziyalar vasitəsilə evlərdə izlənildiyini işarə edən mütəxəssislər yaşanan hadisələrin insanları fərqli şəkillərdə təsir etdiyini ifadə etmişlər. Hətta, bu hadisələri görən, onu həqiqətən yaşayan adi vətəndaşlar, xilasedicilər və media nümayəndələri həmin hadisələrdən evdə bu müdhiş olayı evlərində izləyənlərdən çox təsirlənmişlər. Kömək etmək məqsədiylə hadisə yerində olan xilasetmə qrupları psixoloji olaraq yaşananlardan təsirlənib dərin yaralar alanlar da az olmamışdır: həm fiziki, həm də psixoloji.

Uşaqlara necə təsir edər?

Yetkinlərlə müqayisədə uşaq şiddət, terror və müharibə hadisələrindən çox daha çox və daha tez təsirlənirlər.
Xüsusilə uşaq yaşanan hadisələrin fəlakət səviyyəsində pis bir hadisə olduğunu anladıqda özlərinin bu dəhşətlə qarşlaşa biləcəklərini düşünürlər: "Biz də belə şeylər qarşlaşa bilərik? Ölüm nə demək? Hər kəs belə ölürmü? ” Uşaqlar buna bənzər daha bir çox suallara cavab axtarmağa başlayırlar. Bu zaman gənclərin dünya baxışlarına mənfi bir yanaşma hakim olur. Onlar həyatın əslində nə qədər pis olduğu hissinə qapılırlar. Bütün bunlar ciddi bir depressiya və laqeydliyə səbəb olur.

Uşaqlar və müharibə

Savaş, terror və təbii fəlakət kimi hadisələr uşaqların və gənclərin həyata baxışlarında pessimizmə və etibarsızlığa səbəb ola bildikləri kimi, ciddi bir laqeydliyə da yol aça bilir. Seyr etdikləri səhnələrə alışmağa başlayan uşaq və gənclər getdikcə bu hadisələrə film seyr kimi seyr etməyə başlamışlar.
Yaşanan hadisələrin təsirləri nəzərə alaraq uşaqların televiziyada iştirak edən terror və müharibə səhnələrini seyr etməsi yasaqlanmalıdır. Xüsusilə onlar dəhşət saçan səhnələri qətiliklə seyr etməmelidirlər. Əgər görsələr, bir çox sual soruşmağa başlayacaqlar. Bu zaman həmin suallara doğru, amma sadə cavablar verilməsi lazımdır, amma lap incəliklərə girmədən izah edilməlidir. Bu, uşaq sual sorduqça pillə-pillə də izah edilə bilər. Sormadığı suallara isə cavab verilməyə cəhd edilməməlidir. Şiddət hadisələrinə bağlı olaraq, uşaqlar müxtəlif formalarda ölümlə əlaqədar suallar soruşmağa başlayırlar.

Uşaqlara ölüm anlayışı izah edilərkən də diqqətli olunması lazımdır. Ölümün uşaqlara izah edilməsində diqqətli olmaq lazımdır. Məsələn, bunu uşaqlara belə izah etmək olar ki, ölüm heç də əbədi ayrılıq deyil. Yaxşı insanlar fiziki olaraq var olmasalar da, sevdikləri adamların qəlbində yaşamaqda davam edərlər.
Şiddətin yaratdığı mənfi təsirlər nəzərə alaraq uşaqların özlərini etibarlı mühitdə hiss etmələrinə əminlik yaradılmalıdır. Onlara, əsla, yalan söylənilməməlidir. Yəni onlara guya "bizə heç bir şey olmayacaq” kimi sözlər deyilməməlidir. Deyilməlidir : "Sən narahat olma. Biz təhlükəsiz olaq deyə, mən əlimdən gələn hər şeyi edirəm. Sənin təhlükəsizliyini təmin etmək üçün hər cür addımlar atmağa hazıram, biz birlikdə qalib gələcəyik” və s
Daha sonrakı yaşlarda gənclərə tədricən həyatın əksliklri, təzadları izah edilə bilər. Əgər bu cür söhbətlər, eşdib-gördüyü hadisələr onlarda tündxasiyyətlik və yuxu pozuqluqları kimi hallarla müşayiət olunarsa, dərhal mütəxəssislərə müraciət edilməlidir.

Uşaqlar və müharibə
 
Qeyd: 1.Yazı türkcədən tərcümə ilə işlənilmişdir. 2. Manşetdəki şəkil müsavat.com-a məxsusdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz