» » Profilaktik ovsun (I yazı)

Profilaktik ovsun (I yazı)

Müəllif: Anaveusaq.az от 7-07-2017, 00:25

 

Profilaktik ovsun  (I yazı)


Bu ovsun ayinləri təxmini olaraq iki qrupa ayrılır: bədxah ruhların və ya bədnəzərin bədənə keçməməsi üçün keçirilən qovucu ayin və artıq bədənə daxil olan, lakin xəstəlik törətməyə imkan tapmayan ruhları kənar etməyə yönəldilmiş təmizləyici ovsun.
Qovucu ovsundan, bəd ruhların və bədnəzərin təsir edə biləcəyi obyektlərin, bağın, bostanın, adamların(daha çox kiikyaşlı uşaqların) mühafizəsi üçün istifadə olunur. Bu ovsun həmayillər- talismanlar və ya amuletlər adlanan əşyaların paltara tikilməsi, yaxud qola, boğaza bağlanması ilə həyata keçirilir. Həmayillərə aşağıdakılar aiddir:

Gözmuncuğu

Gözmuncuğundan bədnəzərə qarşı istifadə edilir. Gözmuncuğunun başlıca və ənənəvi forması kürəşəkilli, qararəngli, qzərində ağ nöqtəvari ləkələri olan şəvəlrdir.
Göz muncuğundakı qara və ağ rənglər bədxah və xeyirxah ruhlrın qarşılıqlı mübarizəsinin simvolu kimi yozula bilər.
Kürənin ovsunlayıcı gücünə inam kürəşəkilli muncuqların xalq təbabətində geniş istifadə olunmasına əsas vermişdir.

 

Profilaktik ovsun  (I yazı)

 

Dağdağan

Dağlarda bitən və müqəddəs sayılan bu ağacın kürəşəkilli, təxminən noxud boyda olan meyvələri deşilir, sonra sapa keçirilir və paltara düzülür.

Badam

Profilaktik ovsun  (I yazı)

 

Badam çəyirdəyi deşilib sapa keçirilir və paltaran asılır. Badam ağacının müqəddəs ağac olması barədə elmi ədəbiyyatda rast gəlinilməsə də, ola bilsin ki, badam çəyirdəyinin həmayil kimi istifadə olunmasının bir səbbi həmin dənənin üzərində labirinti xatırladan müxtəlif naxışların olmasıdır.

İydə

Bəzən iydə dənəsi sapa düzülür və ondan bədnəzərin qabağını almaq üçün istifadə edilir. Dağdağan kimi, iydə də müqəddəs ağaclardandır. Bu fakta digər türk xalqları arasında da rast gəlmək olur.
Üzərlik

Müqəddəs bitkilərdəndir. Qzərliyin meyvələri sapa düzülüb paltara tikilir. Üzərliyin ovsun qüvvəsinə inam çox geniş yayılmışdır və indinin özündə də, o, Azərbaycanda bədnəzərdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri sayılır.

Profilaktik ovsun  (I yazı)

 

Davamı var...

Mənbə: S.Məmmədov;”Kirpi piyi, yarğız iyi, mərcimək” (türkəçarələr) ; Bakı-1994

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz