» » “Azərkitab” Kitab Təbliğatı Mərkəzində yazıçı Süleyman Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində yazıçı Süleyman Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

Bu gün "Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü Süleyman Abdullanın yenicə nəşr olunmuş "Qara beret” , "Dostun köhnəsi” kitablarının təqdimatı və imza günü keçirildi.
Tədbirdə ədəbiyyatsevərlər, şairin tələbəlik və cəbhə yoldaşları iştirak etdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi birdəqiqəlik sükutla yad edildi.
"Ana və Uşaq” portalının baş redaktoru Akif Əhmədəov Süleyman Abdulla və onun yaradıcılığı haqqında qısa məlumat verərək, tədbir aparmaq üçün sözü "Ulduz” jurnalının əməkdaşı, şairə Fərqanə xanıma verdi.
Daha sonra Süleyman Abdullanın yaradıcılığı barəsində Fərqanə xanım, şairin qələm dostları Ayaz Arabaçı, Nəcibə İlkin, Osman Fərmanoölu, Gülnarə İsrafil , Təranə Misayeva, Saqif Qaratorpaq, İlqar Türkoğlu , Nazim Əhmədli, Həsrət Kərimov , Tibb Universitetinin kafedra müdiri Rəşid Mahmudov, "Bakı” nəşriyyatının direktoru Zaur İsayev, müəllim Xatirə Kərimova, Süleyman bəyin döyüş yoldaşı, MQ-nin ehtiyatda olan zabiti  Oqtay Hətəmov , müharibə veteranı (şəhid atası) Hacı Əkbər Rüstəmov və digərləri çıxış edərək şairin yaradıçılığı və şəxsiyyəti barədə öz ürək sözlərini bildirdilər.
Süleyman Abdullanın yaradıcılığında torpaq təəssübkeşliyi, qəhrəmanlığa çağırış, düşmənə nifrət ruhu xüsusiə seçilir. Bu, əlbəttə ki, daha çox Süleyman bəyin özünün Qarbağ torpaqlarında şərəfli döyüş yolu ilə bağlıdır . Keçmiş qvardiyaçılar komandirləri olmuş Tahir Məmmədovun xatirəsini birdəqiqəlik sükutla andılar.
Bakı şəhər 12 nömrəli məktəbin III sinif şagirdi Sevgi Süleymanlının oxuduğu "Torpağın səsi” və "Çırpınırdı Qara dəniz” mahnıları tədbirə bir ayrı ahəng gətirirdi.
Ədəbi məclis olsa da, keçmiş cəbhəçilər bu məqamda sanki məfkurə cəbhəsində idilər.
Tədbirin sonunda Süleyman Abdullaya söz verildi. Şair şerilərindən nümunələr söylədi, yeni yeradıcılıq planlarından danışdı və bütün iştirakçılara görüşdə iştirak etdiklərinə görə səmimi təşəkkürlərini ifadə etdi.
Tədbirdən sonra oxuculara müəllifin imzası ilə kitablar təqdim edildi, xatirə şəkilləri çəkdirildi.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş

Qeyd: Üzürlü səbəbdən gözəl dostumuz, şair, publisist, tənqidçi Zakir Məmməd tədbirə qatıla bilməmişdi. Amma dar macalda Süleyman Abdullanın yaradıcılığı barəsində fikirlərini feysbuk səhifəsində paylaşmışdır. Biz dostumuzun yazısını bəyənir və təşəkkür edirik.
Süleyman müəllim və digər qələm dostlarımız üçün yazının əhəmiyyətli olacağını hesab edərək onu öz səhifəmizdə də dərc edirik.

Bu gün dostum, qardaşım yazıçı, Qarabağ veteranı Süleyman Abdullanın yeni kitablarının təqdimatı olacaq. “Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüşTəəssüf ki, bu səhər gözlənilməz halda ortaya çıxan səbəbdən o məclisdə iştirak edə bilmirəm. Süleyman bəyə təbriklərimi göndərərək onun haqqında bəzi fikirlərimi bildirmək istəyirəm.
Süleyman Abdulla həm şeir, həm nəsr yazır. Bəzi hallarda zəif qoşmalar qələmə alsa da, lirik düşüncələrində intellektual dərinliyin get-gedə artdığı müşahidə olunur. Qafiyənin təsiri altına düşməkdən özünü xilas edərək poeziyada ciddi uğurlar qazanacağına şübhə ola bilməz. Şeirlərində təhkiyəyə olan güclü meyil onun nəsrə açılan uğurlu yolundan xəbər verir. Bu günlərdə iki romanını oxudum. Onun savadlı və təfərrüatlı təhkiyəsi dərhal oxucunu öz təsiri altına ala bilir. Məsələn, "Fəlsəfə müəlliminin ölümü” adlı romanında az-az rast gəlinən bir mövzunun mükəmməl bədii həlli ilə üzləşirik. Oradakı obrazlar bədii şəxsiyyəti tamamlanmış insanlardan ibarətdir. Riyaziyyatçı kimi tanınan Əli müəllim, Arifin atası Qasım, yalnız bir epizodda təsvir edilən Zina (Zeynəb), Cəfər yaddaqalan, bitkin insan surətləri kimi dəyərləndirilməyə layiqdirlər. Bu surətlər həm fərdi, həm ümumiləşdirilmiş xüsusiyyətləri ilə yaddaşı məşğul edir. Fəlsəfə müəllimi Arif özünü yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edir. Ancaq müəllim kimi o daha əvvəl özünə qəsd edir. Məsələn, gözlənilə bilərdi ki, Arifin elə müəllim kimi fəaliyyətinə xitam verməsi onun ölümünü şərtləndirən fakt olmalıdır. Amma yazıçı daha orijinal yolla gedərək cəmiyyətdə baş verən mənəvi-sosial ölümləri mütləqləşdirməyə qərar verməli olur. Belə nəticəyə gəlinir ki, naqis, natamam cəmiyyət hər şeyi birdəfəlik sıradan çıxarır, nəyəsə ümid yeri qoymur. Bu əsərdə Azərbaycanda elm adamlarının səfalət içində əriyib yox olan həyatı yana-yana təsvir edilir.
Digər, "Şeytan qapısının sirri” əsərində də SSRİ-də hərbi xidmətdə baş verən hadisələrdən danışılır. Bu romanın əsas dəyəri sovet ordusunun daxili nizam-intizamı barədə müəyyən həqiqətləri təsvir etməklə o analoqu olmayan nəhəng dövlətin, siyasi rejimin mahiyyətini aça bilməkdən ibarətdir. Hər iki əsərdə təhkiyə canlıdır, inandırıcı həyat lövhələri bir-birini əvəz edir və iti müşahidəyə əsaslanan fakt və hadisələrin bədii mənzərəsi rəsm edilibdir. Bədii üslubda əsas şərt əhvalatı həyatdan, ya fantaziyadan, adi təhkiyədən alıb, ayrı bir mühitdə, iqlimdə cücərtməkdir, bəsləməkdir. Buna bədii həqiqət və ya bədii əhvalat deyirlər. Hadisəni həqiqi mənadan məhrum edib məcazi, poetik qatda davam etdirmək yazıçının bir nömrəli vəzifəsidir. S. Abdullanın şeir yazan qələmi bu məqamda daha təsirli cizgilər nəqş etməyə imkan yaradır. "Şeytan qapısının sirri"ndə hər epizod, hər detal təbiidir, xalisdir. Maraqla oxunur. Əsərdəki Abdulla obrazı "sovet dövrünün tipik azərbaycanı əsgəri necə idi" sualına tam cavab verir. Bu roman unikal bir mövzuya müraciət edərək, böyük sovet imperiyasının süqutunun mühüm səbəblərini qabardır. Məncə, Süleyman daha çox ənənədən gələn biliyini, vərdişlərini yeni modern layihələrlə davam etdirməyə iqtidarlıdır.
Şair, yazıçı S. Abdullaya yeni uğurlar arzulayıram.

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində  yazıçı Süleyman  Abdulla ilə görüş


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz