» » İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır

İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır

Müəllif: Vüsal от 17-06-2017, 10:32
İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır
İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır. Ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı kimi qeyd olunur. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə işcillərinin problemlərinin həlli də dövlətin diqqətindədir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılıb ki, bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına , ümumilikdə tibbi xidmətin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıb. Müstəqil respublikamız ötən illərdə səhiyyə sahəsində bir çox uğurlara imza atıb. Həyata keçirilən dövlət proqramları müvəffəqiyyətlə davam etdirilir, səhiyyənin "proqram maliyyələşməsi” prinsipi tətbiq olunub. Respublika prezidentinin təşəbbüsü ilə son illər ərzində Səhiyyə Nazirliyi tərəfindən ən vacib sahələr üzrə dövlət proqramları hazırlanıb. İndi böyrək xəstəliklərindən əziyyət çəkən insanların 95 faizi dövlət hesabına hemodializlə və dərman preparatları ilə təmin olunur. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi nəcib layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan bu proqramlar çərçivəsində 1100-dək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapıb. Ötən il Talassemiya Mərkəzinin açılışı

İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır
Azərbaycan səhiyyəsinə ən sanballı töhfələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilərək istifadəyə verilən mərkəz həmin xəstəliyə düçar olanlar və onların yaxınları üçün ümid yerinə çevrilib. Mərkəz uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunub. Yaxın gələcəkdə mərkəzdə talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi isə xəstələrin tam sağalmasına kömək edəcək. Ötən il Naxçıvan şəhərində yeni doğum evinin, Şahbuz rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı, Hacıqabul Rayon Uşaq Tibb Mərkəzinin, Quba və Şamaxıda Müalicə-Doaqnostika Mərkəzlərinin, Bakıda Respublika Perinatal Mərkəzinin, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının yeni binasının açılış mərasimləri olub. 2010-cu ildə də Respublika Klinik Uroloji Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilib. Respublikamızda uğurla həyata keçirilən səhiyyə islahatları eyni zamanda infrastrukturun yeniləşdirilməsinə, tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ötən dövr ərzində səhiyyə müəssisələrinin inşası, əsaslı təmiri və yenidənqurulması istiqamətində çox böyük işlər görülüb. Bakıda və ölkənin digər regionlarında 300-dən çox tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılıb. 20 ildən artıq tikintisi yarımçıq qalan Zərifə Əliyeva adına Elmi-Tədqiqat Oftalmologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin yeni, çoxmərtəbəli Cərrahiyyə korpusunun açılış mərasimləri olub. Bakı şəhərinin qəsəbə və kəndlərində 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul olunan dövlət proqramı səhiyyənin inkişafına da öz müsbət təsirini göstərib. Son illər ərzində Tibb Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib, ölkədə tibbi kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədi ilə bəzi tədris klinikaları yaradılıb. Respublikamızın bir çox bölgələrində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri inşa edilib. Prezident İlham Əliyevin bu müalicə-diaqnostika mərkəzlərinin açılışında şəxsən iştirak etməsi də onun səhiyyə sisteminə yüksək qayğısının əyani təzahürü olaraq diqqət çəkir. Bu diaqnostika mərkəzlərində ən unikal cərrahi əməliyyatların aparılması üçün hər çür şərait yaradılıb, məşhur Avropa və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılıb. Azərbaycanda dövlət başçısı İlham Əliyevin inkişafın növbəti mərhələlərində müəyyənləşdirdiyi prioritet strateji хətt əhaliyə göstərilən tibbi xidmətin səviyyəsində daha qabarıq şəkildə əksini tapıb.
2008-ci il fevralın 1-dən dövlət müəssisələrində pullu xidmətin ləğv edilməsi də xüsusi vurğulanmalıdır.

İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır
Əhalinin rifah halının yaxşılaşmasına xidmət edən bu addım ölkə vətəndaşlarının bir daha dövlət qayğısı ilə əhatə olunduğundan xəbər verir. Ölkəmizin səhiyyə sahəsində Avropa məkanına inteqrasiya olunmasına ciddi səylər göstərilib. Regionların, xüsusilə paytaxt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi, yeni müasir növ sanitar avtomobillərlə təminatı istiqamətində də əhəmiyyətli işlər görülüb. Almaniyadan gətirilən "Mercedes” markalı təcili tibbi yardım avtomobilləri buna bariz nümunədir. Səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də dövlət başçısının diqqət mərkəzindədir. Son illər ərzində səhiyyə işçilərinin maaşı dəfələrlə artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətdən yüksək səviyyədə yararlanır. Bir sözlə səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.

İyunun 17-ci tibb işçilərinin peşə bayramıdır
 

Mənbə:http://www.aztv.az/readnews.php?lang=az&id=2060

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.