» » Uşaqları mövsüm xəstəliklərindən necə qorumalı?

Uşaqları mövsüm xəstəliklərindən necə qorumalı?

Uşaqları mövsüm xəstəliklərindən necə qorumalı?

Artıq yay fəsli yaxınlaşır. Yavaş-yavaş istilənən hava şəraiti gün ərzində uşaq orqanizminə fərqli təsir göstərsə də, belə hava onlara xoş gəlir, çünki artıq parklarda rahatlıqla oynaya, daha incə paltarlarla gəzib-dolaşa bilirlər. Uşaqlar yay mövsümündə özlərini xoşbəxt hiss edirlər. Amma unutmaq olmaz ki, yay fəsli həyatımız üçün bir çox rahatlıqlar gətirsə də , fəsadları da az deyil. Çünki bəzi xəstəliklərin baş vermə riski də məhz yay fəslinə təsadüf edir. Bununla əlaqədar olaraq, bədən müqaviməti daha həssas olan uşaqları mövsümi xəstəliklərdən qorunmasında anaların üzərinə böyük vəzifələr düşür.
Hər şeydən əvvəl bilmək lazımdır ki, gün ərzində havada baş verən dəyişikliklər üzündən hər mövsüm keçidində olduğu kimi, yayda da virus və soyuqdəymə xəstəlikləri artır, çünki dəyişən hava şəraitində bədən temperaturunun nizamlamasında çətinlik yaradır və allergik xəstəliklərə stimul verən tozcuq təhlükəsi baş verir.

Mövsüm dəyişikliyi ilə bağlı bütün analara bir neçə tövsiyə

• Səhərlər məktəbə gedərkən hava soyuq olduğu üçün qalın geyindirilən uşaqlar, gün ərzində havanın istiləşməsi ilə əvvəlcə tərləyir, sonra isə üşüməyə başlayırlar. Bu səbəbdən mütləq uşaqlara pambıqlı və təri əmən alt paltarları və pambıqlı geyimləri seçin.

• Mövsüm dəyişmələrində ən çox rast gəlinən xəstəliklərin araşında viruslu və yoluxucu olduğu üçün təmizlik məsələləri bir az daha ciddi qəbul edilməli və xüsusilə park və bağça gəzilərindən sonra əl yumağa əhəmiyyət verilməlidir.

• Xüsusilə, öskürək bu dövrdə uşaqlarda fəal olduğundan, öskürəyin vəziyyəti diqqətdən yayınmamalı, həkimə müraciət edilməlidir. Çünki bu mövsümdəki öskürəyin, xüsusilə allergik uşaqlarda bronxolitə çevrilmək riski çoxdur.

Uşaqları mövsüm xəstəliklərindən necə qorumalı?

• Bu dövrdə yeməklərdə təbii immunitet gücləndirən qidalar üstünlük verilməlidir. Məsələn; sarımsaq olduqca güclü bir immunitet gücləndirici və antioksidan xüsusiyyəti olan bir qidadır. Hər yeməyin içinə bir diş sarımsaq əlavə etmək həm yeməyin ləzzətini artıracaq , həm də immuniteti gücləndirəcəkdir.

• Bir digər immunitet gücləndirən qida isə zəncəfildir. Təzə zəncəfil rəndələyib içinə bal və limon əlavə edərək hər gün bir qaşıq həm ana, həm də uşağınız qəbul istehlak etməsi immunitet sisteminizi gücləndirəcək.

• Eyni zamanda həkiminizin tövsiyəsi ilə əczaxanalardan bir çox immunitet gücləndirici qidalar da ala bilərsiniz.
• Uşaqlar da, valideynlər də bu dövrdə adi günlərdə olduğundan bol su qəbul etməlidir.

• Yay mövsümü bol günəş işığından istifadə etmək vaxtıdır. Günəş işığında olan D vitamininin sümük və əzələlərə olan müsbət təsirini hər kəs bildiyindən bol günəşli günlər diləyirik hamıya...

Uşaqları mövsüm xəstəliklərindən necə qorumalı?

Qeyd: Yazı türkcədən tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz