» » 12 İyun İsa Muğannanın doğum günüdür

12 İyun İsa Muğannanın doğum günüdür

12 İyun İsa Muğannanın doğum günüdür

12 iyun Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012) İsa Mustafa oğlu Hüseynovun ( İsa Muğanna) doğum günüdür.
İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[3] baş redaktor (1964-1968)[4], redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

12 İyun İsa Muğannanın doğum günüdür

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib[5]. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət çəkib və 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir.
Fəxri Xiyabanda dəfn edilmişdir.

12 İyun İsa Muğannanın doğum günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: online
  • Şərhləri: 75
  • Məqalələri: 973
^
İsa müəllimin ssenarisi əsasında çəkilmiş "Tütək səsi" filminə neçə dəfə tamaşa edirsən və hər dəfə sənə elə gəlir ki, ilk dəfə baxırsan.
Bütün əsərləri bu qədər həyati və maraqlıdır.
Allah rəhmət etsin.
  • Нравится
  • 0