» » Bu gün Çingiz Aytmatovun Xatirə günüdür

Bu gün Çingiz Aytmatovun Xatirə günüdür

 
Bu gün Çingiz Aytmatovun Xatirə günüdür
Bu gün böyük qırğız yazıçısı Çingiz Torekul oğlu Aytmatovun Xatirə günüdür.
Çingiz Aytmatov 12 dekabr 1928-ci ildə
Qırğızıstanın Talas vadisinin Şəkər kəndində doğulub.
Atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948—1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.
1990—1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.
 

Bu gün Çingiz Aytmatovun Xatirə günüdür 

 

Bu gün Çingiz Aytmatovun Xatirə günüdür

 

Bu gün Çingiz Aytmatovun Xatirə günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz