» » Pedaqoji proses - təlim, tərbiyə, təhsil və şəxsiyyətin inkişafı

Pedaqoji proses - təlim, tərbiyə, təhsil və şəxsiyyətin inkişafı

Müəllif: Nərgiz от 15-05-2017, 00:30
 
Pedaqoji proses -  təlim, tərbiyə, təhsil və şəxsiyyətin inkişafı

(Məruzə)

Himmət, himmət səninlə ali,
Xaki-vətən səninlə hali,
Sənsən, sənsən ümum nasin
Nitqi, fikri, dili, məqali!

110 il bundan əvvəl yazılmış bu misralar böyük şairimiz Mirzə Ələkbər Sabirin "Məktəb şərqisi” şeirindəndir.
Məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə çağırış Sabirin tək maarifçiliyi təbliğ edən bu və ya digər şeirlərində deyil, ümumiyyətlə, ictimai-siyasi mövzulu satiralarında da özünü qabarıq şəkildə göstərir. Böyük şair yetişməkdə olan gənc nəslə xalqın, vətənin ümidi kimi baxırdı.
İctimai-mədəni fikrimizin istər Sabirdən əvvəl, istərsə də sonra yaşamış Mir Möhsün Nəvvab, Seyid Əzim Şirvani, İsmayıl bəyQutqaşınlı, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Mirzə Cəlil, Nəriman Nərimanov kimi görkəmli nümayəndələri də milli oyanışa nail olmağın yeganə yolunu elmə və təhsilə yiyələnməkdə görmüşlər.
Bütün cəmiyyətlərdə həmişə belə olmuşdur və bu gün də belədir: bilik cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi kimi qəbul edilir. Çünki
gələcəyin iqtisadiyyatı yüksək texnologiyalara əsaslanan iqtisadiyyat olacaqdır. Hər bir ölkənin müasir dövlət kimi inkişaf etməsi isə onun bu texnologiyalarla işləməyi bacaran intellektual potensiala malik olmasını zəruri edir. Qloballaşma, rəqabət və inteqrasiya proseslərinin sürətlə davam etdiyi müasir şəraitdə isə dünyanın ən inkişaf etmiş ölkələri bu potensiala özlərinin strateji ehtiyatları kimi qiymət verirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu inkişaf mənbəyini dövlətimizin təhsil strategiyasının prioriteti kimi müəyyən etmişdir.
Cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki neft təbii resursdur, o, 50 ildən, 100 ildən sonra tükənə bilər. Biz ölkəmizin iqtisadiyyatı tükənməz sərvət olan elm və təhsil üzərində qurmalıyıq:
"Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.Çünki insanın savadı, biliyi onun gəlcək həyatını müəyyən edir və beləliklə, ölkənin intellektual potensialı daha da möhkəmlənir.”
Bütün bu vəzifələr məktəbdə həyata keçirilməlidir. Onun uğurlu həlli üçün Azərbaycan təhsilində ciddi islahatlar aparılmış, dövlət proqramları qəbul edilmişdir.
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə deyilir ki: "Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.”
Ümummilli lider Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı əhəmiyyətini yüksək qiymətləndirmişdir: "Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insanan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”
Cəmiyyətin müasir məktəbin qarşısında qoyduğu sosial sifariş də elə budur.
Müasir məktəb də, təhsilverənlər də məhz pedaqoji prosesdə tərbiyə, təhsil, təlim vəzifələrini əsas tutmaqla bu sosial sifarişi ehtiva edən şəxsiyyətin inkişafı vəzifələrini həyata keçirməlidir.
Mütəxəssislərin fikrincə, pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə — eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.
Bu prosesdə əsas sima müəllimdir. Müəllim tədris prosesini elə qurmalıdır ki, şagirdlərini zəruri biliklərlə təmin edə bilsin, onlarda bacarıq və vərdişlər formalaşdırsın, şagirdlərini yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan sosial şəxsiyyətlər kimi yetişdirə bilsin. Əlbəttə, bu məqsədə bir və və ya bir neçə dərsdə deyil, bütün təhsil prosesində sistemli və yaradıcı işləməklə nail olmaq mümkündür.
Bunun üçün müəllim özü yüksək biliyə və peşəkarlığa malik olmalı, tədriz zamanı
müasir təlim metodlarından və İKT-dən istifadə etməyi bacarmalıdır.
Müasir dərs şagirdlərə öz yaradıcılıq qabiliyyətlrini reallaşdıra bilmək imkanı yaratmalıdır, başqa sözlə, dərs şagirdlərin maraqları əsasında qurulmalıdır.
Ənənəvi təlim metodlarında müəllim informaiyanı ötürən, şagird bu informasiyanı qəbul edən olurdu. Bu zamanı şagirdlərin dərketmə fəallığı passiv , reproduktiv xarakter daşıyır, sadəcə, informasiyaların toplanmasına və yaddaşın məşq etdirilməsinə xidmət edirdi. Belə dərslərdə şablonçuluq, formalizm, əzbərçilik geniş yayılmış olur.
Amma müasir informasiya – kommunikasiya dövründə müxtəlif bilik kütləsi o qədər sürətlə artır ki, ənənəvi qaydada bunları nə tam olara şagirdlərə çatdırmaq, nə də mənimsətmək mümkün olmurdu.
Müasir pedaqogikada təlim modelləri 3 qrupa bölünür:passiv, aktiv və interaktiv. Passiv təlim (ekstraaktiv) təlim modelinin xüsusiyyəti budur ki, burada öyrənənlərin deyil, öyrədici mühitin fəallığı üstün olur. Yəni, dərsdə iştirak edən şagirdlər təlim materiallarını bir-biri ilə əməkdaşlıq etmədən, ünsiyyətə girmədən, sadəcə, müəllimin izahından və dərslikdəki mətnlərdən öyrənirlər. Məktəb mühazirəsi şəklində aparılan ənənəvi dərs forması buna misal ola bilər. Bu forma uzun illər dərs modeli kimi tətbiq olunsa da, uşaqların fəallığını təlim edə bilməmişdir. Aktiv və ya interaktiv metodlar isə bundan fərqli olaraq şagirdlərin müstəqilliyini və idrak fəallığını stimullaşdırmağa kömək edən geniş imkanlar yaradır.
Müəllim bu metodda yalnız istiqamət verir və öyrədir, şagird öyrənir və ondan öyrənilir. Göründüyü kimi, burada təlimin məqsədi daha şagirdyönümlüdür.

Fəal təlimin prinsipləri aşağıdakılardır:

1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
2. Fəal idraki prinsip
3. İnkişafetdirici təlim prinsipi
4. "Qabaqlayıcı təlim” prinsipi
5. Təlim-tərbiyənin çevikliyi prinsipi
6. Əməkdaşlıq prinsipi
7. Dioloji təlim prinsipi

Pedaqoji proses -  təlim, tərbiyə, təhsil və şəxsiyyətin inkişafı


Fəal və interaktiv təlim anlayişlarının bir çox istiqamətləri bir-birilə çox yaxındır. Həm fəal təlim də, həm də interaktiv təlimdə keçilən dərsdə biliklər şagirdlərə hazır şəkildə verilmir, onlar axtarıcılığa, tədqiqatçılağa sövq edilir fəallaşdırılır. Hər iki metodda dərs müəllim şagird münasibətləri, ünsiyyət və dialoqlarla hökm sürür.
Əvvəlcədən məqsədli şəkildə motivasiya seçilir , şagirdlərə yaradıcı axtarışa həvəs yaradılır, axtarıb araşdırmaq, nəticəyə gəlmək, səbəb və nəticə hadisələri arasındakı əlaqələri görmək bacarığı öyrədilir.
Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzini zəruri edir. Bu düşünmə tərzi şagirdlərə təlim prosesində ayrı-ayrı fənlər üzrə verilən bilik və bacarıqlarla aşılanır. Məhz interaktiv təlim təhsilvernlərə(müəllimlərə ) şagirdlərinə ətraf aləmin dərk edilməsinə yaradıcı idraki münasibət bəsləyən subyektlər kimi yanaşılmasına imkan yaradır.
Milli Təhsil Konsepsiyasına əsasən müasir təhsilin əsas strateji vəzifəsi şagirdlərə təkcə bilik vermək, onlarda fəaliyyətin bu və y başqa sahəsi üçün bacarıq və vərdişlər aşılamaq yox, həm də fiziki cəhətdən yetkin, psixi cəhətdən sağlam bir şəxsiyyət kimi də inkişaf etdirilməsidir.
Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və bunların qarşılıqlı əlaqələri antik filosofları , Şərq fəlsəfəsi və pedaqoji, psixoloji fikrinin qabaqcıl nümayəndələrini (Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Nəsirəddin Tusinin, Əvhədinin, habelə Sədi Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin və başqaları)də həmişə maraqlandırmış olmuş, bu mövzuda adlarını çəkdiyimiz mütəfəkkirlərin dəyərli fikirləri və şəxsiyyətin tərbiyəsinə dair qiymətli nəsihətləri məlumdur. Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri və onun dövrləri Azərbaycan xalq pedaqoji fikrində də hər zaman diqqətdə olan məsələ olmuşdur. Şəxsiyyət probleminin tədqiqi ilə bağlı pedaqoq və psixoloqlar ciddi və sistemli tədqiqatlar işləri aparmışlar.
1950-1960- cı illlərdə sosial-fəlsəfi və pedaqoji "şəxsiyyət", "hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyət" anlayışları geniş işlədilməyə başladı. Yeni tədqiqatlar aparıldı:hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət nəzəriyyəsini zənginləşməyə başladı.
İctimai və şəxsi mənafe kriteriyalarının şəxsiyyətin bütövlüyündə, mənəvi və fiziki cəhətdən inkişafında rolu və əhəmiyyəti göstərildi.
1979 - 1980-ci illərdə Azərbaycan pedaqoji mətbuatında da şəxsiyyətin artıq "fəal həyat mövqeyi" anlayışı pedaqoji elmin metodoloji probleminə çevrilməyə başladı.
1979-cu il aprel ayının 25-dən 27-dək indiki Heydər Əliyev adına Sarayda "Fəal həyat mövqeyinin formalaşdırılması: Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri" nə həsr olunmuş üç gün davam edən Ümumittifaq Konfransı keçirildi. O vaxt Azərbaycan KP MK-nın birinci katibi işləmiş Heydər Əliyev geniş məruzə ilə çıxış etmişdir. Məruzədə şəxsiyyətin fəal həyat mövqeyinin formalaşdırılmasının əsas istiqamətləri, onun mahiyyəti, məqsəd və vəzifələri şərh edilmişdir. Heydər Əliyev öz fikirlərində şəxsiyyətin inkişafının səciyyəvi cəhətlərini, xüsusilə gənclərin mənəvi tərbiyəsinin şəxsiyyətin tərbiyəsində mühüm rolu olduğu qeyd etmişdir.
Fəal həyat mövqeyi problemini tədqiq edən bir çox müəlliflər göstərmişlər ki, fəal həyat mövqeyinin ilk əlamətləri uşaqlıq çağından başlayır, dah sonra məktəb illərində, ictimai fəaliyyət dövründə, əmək kollektivlərində daha da formalaşır.
Problemi ilk dəfə tədqiq edən akademik Mehdi Mehdizadə olmuşdur. O, fəal həyat mövqeyi anlayışının fəlsəfi-sosioloji, pedaqoji-psixoloji mahiyyətini açmış, onun kompleks tərbiyə sistemində əhəmiyyətini şərh etmiş, eyni zamanda fənlərin tərbiyəyə təsir potensialını üzə çıxararq onu reallaşdırmağın yollarını müəyyənləşdirmişdir.
Artıq 1990-cı illərdə bu tendensiyа daha aktuallaşmağa və əhəmiyyət kəsb etməyə başladış . Bu gün artıq biliklər sisteminə əsаslаnmаyаn tərbiyə sistemi və prоsesi yоxdur. Hətta sinifdənxаric və məktəbdənkаnаr tədbirlərdə etik söhbət аpаrılırsа, bu da bilikdir, müəllim və ya öyrədən etik bilikləri öyrətmək istəyir. Bunun özü də təlim prоsesidir Və dərs prosesində olduğu kimi, sinifdənxаric və məktəbdənkаnаr bütün tədbirlərdə də şəxsiyyətin inkişafı üçün təhsilləndirici, tərbiyəedici və inkişаfetdirici funksiyаlаr yerinə yetirilir.
Təhsil və tərbiyə məktəb şərаitində vаhid təlim prоsesinin iki tərəfidir. Müasir psixologiya məhz uşağın yaradıcılıq imkanlarının üzə çıxarılması və həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təhsilin başlıca məqsədi sayır. Bu gün məktəbin nəinki pedaqoji, sosial və sosial-psixoloji vəzifələri insan amili, şəxsiyyət amili meyarları ilə müəyyən olunur.
Yeni pedaqoji, psixoloji konsepsiyalara görə, şаgirdin bir şəxsiyyət kimi fоrmаlаşdırılmаsı və inkişаf etdirilməsi üçün təhsil humаnistləşdirilməli, demоkrаtikləşdirilməli, humаnitаrlаşdırılmаlıdır.
Yeni pedaqoji təfəkkürdə şagirdin bir şəxiyyət kimi formalaşdırılması təhsil sisteminin başlıca vəzifəsi olmalıdır.

İstifadə edilmiş ədəbiyyat

1. Heydər Əliyev. Fəal həyat mövqeyi. Təcrübə və mənəvi tərbiyənin aktual problemləri. Bakı: Azərnəşr, 1979.
2. Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Oka-Ofset, 2008.
3. Kazımov N. M. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı: Maarif, 1983.
4. Qasımzadə F. Şəxsiyyət: formalaşması və inkişafı. "Azərbaycan məktəbi” jurn. 1989, № 10. 5.Mehdizadə M.M. Şagird şəxsiyyətinin hərtərəfli və ahəngdar inkişafı haqqında// Azərbaycan məktəbi, 1982, № 11.
5. Zeynаlоvа N.Uşаq şəxsiyyətinin fоrmаlаşmаsındа müəllim şаgird münаs Firədun İbrahimov, Rüfət Hüseynzadə.
6. Pedaqogika : 2 cilddə. I cild. – Bakı: Mütərcim, 2012, s. ibətinin rоlu. "Аzərbаycаn məktəbi”. jurnаlı 1999 №3.
7.Bəşir Abbas oğlu Əhmədov 1. Təlim metodlarının təkmilləşdirilməsinə dair // "Azərbaycan dili və ədəbiyyat tədrisi", Bakı, 1981, №4
2.Məqsəd insan yetişdirmək olmalıdır // "Elm və həyat”, Bakı, 1989, №3
8. Məmmədəli Hənnan oğlu Ağayev. Pedaqoji fikir tarixində tərbiyə və təhsil (Dərs vəsaiti) B A K I - 2011
9.Nuralı Zərbalı oğlu Çələbiyev. Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər. AMİ-nin Şəki filialı
N.Rüstəmova 

 N.Tusi adına ADPU-nun 

 "Hesablama riyaziyyatı və informatika" kafedrası,

böyük laborant

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 75
  • Məqalələri: 979
^
Şəxsiyyətin inkişafı pedaqoji prosesin ana xəttini təşkil edir. Ölkəyə ən mahir mematdansa, bu qabiliyyətini şüurlu olaraq vətəninə, xalqına, bir az da geniş mənada desək, bəşəri ideyalara həsr edən vətənpərrvər memarlar lazımdır. Elə memar ki, nə yaradırsa, nə düşünürsə, ancaq ali ideallara bağlı olsun. Mənsub olduğu xalqın taixinə, milli dəyərlərinə bağlı olsun. Bu mənada, təhsil yüksək bilik və ahəngdar inkişaf etmiş şəxsiyyət yetişdirəndə öz məqsədinə nail olur. Ümummilli lider Heydər Əliyev bu cür gənclrimizin yetişməsinə hər zaman diqqət göstərmişdir.Ulu Öndər arzu və ümidlərini belə ifdə dirdi: "gərək bizim kadrlar üzə çıxsın və XXI əsrdə onlar bizim bu gördüyümü işlərin təməli üzərində qalxan, ucalan və böyük bir dövlətə çevrilən Azərbaycanı irəliyə aparsınlar."
  • Нравится
  • 1
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0