» » Reklamların uşaqlar üzərindəki müsbət və mənfi təsirləri (II yazı)

Reklamların uşaqlar üzərindəki müsbət və mənfi təsirləri (II yazı)

Reklamların uşaqlar üzərindəki müsbət və mənfi təsirləri (II yazı)

Ailələr uşaqları televiziya seyr edərkən üç fərqli mövqe sərgiləyir. Bəziləri uşaqlarıyla reklamları seyr edərkən reklamın məzmunu mövzusunda hər hansı bir şərh, izah vermirlər, bəziləri isə reklamın məzmununu və niyyətini uşaqlarına izah edir. Digər bir hissəsi isə uşaqlarının reklam müddətini də, reklamın məzmununa da nəzarət edir. Araşdırmaçılar ikinci və üçüncü yolu seçən ailələrdə uşaqlarının reklamı edilən məhsula qarşı tələblərinin azaldığını ifadə edir.
Valideynlərin səssiz qalması reklamların məzmununun valideynləri tərəfindən təsdiqi şəklində qəbul edilir. Bu görə valideynlərin xüsusilə də kiçik uşaqlarını reklamları qəbul etmələri mövzusunda aktiv bir şəkildə istiqamətləndirməsi lazımdır .
Getdikcə isə reklamın bəyəndirmək niyyətini anladıqları andan uşaqlar reklam mesajlarına daha az inanmağa başlayırlar. Reklamların bəyəndirmək məqsədini öyrənmiş olan uşaq, reklamlarda deyilənlərin bütünü əks etdirmədiyini də getdikcə dərk edə bilir.
Reklamların müəyyən əhəmiyyətli təsirləri də vardır. Rekalm nağıllar kimi, uşağa inam verən, rahatlaşdıran bir təsirə də malikdir. Struktur baxımından, ümumiyyətlə, dramatik xarakterli digər proqramların yanında, reklam gözəlliklərə diqqət yaradan hissələr kimi də qəbul edilir. Bir vaxt nənə-babaların söylədikləri nağılların yerini, indiki vaxtda artıq televiziyanın yerinə yetirir. Televiziya reklamları, xüsusilə kiçik uşaqları ətraf almlə, dünya ilə tanış etməyə yönəltməklə bərabər, həm də əyləndirməyə və uşağın ictimai istiqamətdən inkişafına da töhfə verir. Reklamlar uşağı yeni obyektlərlə (torpaq, may, dəniz, qala və s.) yaxınlaşmasını təmin etməsi baxımından, uşağın ictimai inkişafına öz töhfəsini verir. Uşaq bəzi reklamlar sayəsində, dişlərini fırçalaması lazım olduğunu, tualetdən çıxarkən əllərini yuması lazım olduğunu, südün sağlam olduğunu və içməsi lazım olduğunu qəbul edir.
Bəs, uşaqları reklamların zərərli təsirlərindən qorumaq üçün nə edilməlidir?
Uşaqlar müdafiəsiz və qorunmağa möhtac olduqlarından reklamların nəzarət edilməsi, məhdudlaşdırılması və lazım olduğu hallarda qadağan edilməsinin səmərəli yolları tapılmalıdır. Uşaqlara istiqamətli reklamlara tətbiq olunan məhdudiyyətlər həm valideynlərin, həm də cəmiyyətin reklamların etik qaydalara uyğun olmadığı mövzusundakı qaygılarına söykənməlidir. Məsələn, Amerikada qanunlar uşaqlara istiqamətli reklamlar üçün 1970-ci illərdə məhdudiyyətlər qoymuşdur. Amma 1984-ci ildə isə televiziya proqramlarında əvvəllərdə qadağan olunan oyuncaq reklamı edilməsi və satışa çıxarılması qanuni qəbul edilmişdir. Eyni zamanda uşaqlara istiqamətli proqramlarda daha əvvəl məhdud olan, hər saatda təkrarlanan reklam müddətlərinin məhdudlaşdırılması aradan qaldırılmışdır. 1990-cı ildə konqres yenidən uşaqlara istiqamətli televiziya proqramlarında reklamlara təkrar məhdudiyyət qoymuş və təhsil proqramlarını təşviq edən bir qanun çıxarmışdır. 1990-cı illərdə çox sayda Avropa ölkəsi də birbaşa uşaqlara yönəldilən reklamlara bağlı qaydalar və qanunlar tətbiq etmişdir. Məsələn, Belçikada 1995-ci ildə uşaq proqramlarının dərhal əvvəlində və ya dərhal sonrasında uşaqlara istiqamətli reklamların yayımlanmasını qadağan edən "5 dəqiqə qaydası” tətbiq qoyulmuşdur. Eyni dövrdə Yunanıstan reklamlara qismən qadağan gətirərək səhər 7 ilə axşam 10 arasında uşaq oyuncaqlarına istiqamətli reklamları qadağan etmişdir. 1995-ci ildə Norveçdə, 1996-cı ildə İsveçdə birbaşa uşaqlara istiqamətli reklam tamamilə qadağan edilmişdir.
Avropa ölkələrinin çoxu reklamlarda uşaq istifadəsini da məhdudlaşdırmışlar. Məsələn, Fransada televiziya kanallarında uşaqların reklamlarda kommersiya niyyətli bir rolda bir məhsulu, ya da xidməti açıqca dəstəkləyən söz və davranışlar içində göstərilməsi qadağandır. Müəyyən istisnalar da var, məsələn, Fransız Reklam Təşkilatının 15-ci maddəsinə görə, xalqın daha çox istifadə etdikləri bəzi məhsul reklamlarında (diş pastası, yara bantı kimi) müəyyən qaydalar içərisində uşaq iştirakına icazə verir. Finlandiyada isə uşaq ancaq səhiyyə və təhsil ehtiva edən reklamlarda iştirak ala bilməkdədir.
Türkiyədə 1993-ci ildə çıxarılan "Reklam müdiriyyəti" nin 5-ci maddəsində "Reklamlar uşaqların və gənclərin bədən və ruh sağlamlığını mənfi istiqamətdə təsir edəcək, onları böhrana, çarəsizliyə salacaq xüsusiyyətdə ola bilməz. Reklam nəşrlərində, uşaqların inanc və sədaqət duyğularını zədələyəcək sözlərə, görünüş və üsullara iştirakına yol verilə bilməz. Uşaqlar reklamlarda görüntü ünsürü olaraq bir ailənin üzvü kimi iştirak etdikdə, davranışları ədəb və tərbiyə qaydalarına uyğun olduqda hökmləri mütləq gözlənilməlidir .

Ölkəmizdə bu məsələ dövlət qanunları ilə tənzimlənir və bütün hallarda  uşaq və yeniyetmələrin mənafeyi müdafiə olunur. Bu, 2015-ci ildə qəbul olunmuş Reklam haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır.


Reklamların uşaqlar üzərindəki müsbət və mənfi təsirləri (II yazı)

Şübhə yoxdur ki, bu məhdudiyyətlər, reklam-uşaq əlaqəsini müəyyən ölçüdə tarazlayıcı xüsusiyyətdədir. Amma nə olursa-olsun, reklam təsir üçün edilməkdədir və reklamçılar öz məqsədlərinə qoyulmuş olan sərhədlər çərçivəsində belə, nail ola bilirlər. Yuxarıda göründüyü kimi ölkələr üzrə müxtəlif tədbirlər görülməklə bərabər, reklam mesajlarını nəzarət altına ala bilmək ehtimalı gedərək azalır. Bu vəziyyətdə, reklamların təsirini böyük ölçüdə dəyişdirən faktorlar üzərində hərəkətə keçməyi zəruri edir. Reklamların hər uşaq üzərindəki təsiri eyni deyil. Ana-atanın marağına, ailə daxilindəki əlaqələrə, təhsil səviyyəsinə görə bu təsir daha az və ya çox ola bilər. Bu təsir, uşağın çatdığı "reklam şüuruna" görə də böyük ölçüdə dəyişməkdədir. Belə halda uşağı reklamlar mövzusunda öyrətmək üçün bəzil təsirlər hədəfə alına bilər. Bu addımlar reklamın uşaq üzərindəki təsirini zəiflətdiyinə görə, onları inkişaf etdirmək uyğun olar. Bütün maarifləndirici tədbirlərin məqsədi bu olmalıdır. Bu aksiya iki ox ətrafında tənzimlənməlidir. Bir tərəfdən, reklam və kommunikasiya vasitələrinin mesajları qarşısında uşağın tənqidi baxışlarını, digər tərəfdən isə, yaxşı bir alıcı edəcək bacarıqlarını inkişaf etdirmək lazımdır.
İkinci hədəf olan uşağa ağıllı şəkildə satın almaq bacarığının öyrədilməsinə yönəlmiş təhsil, yaxın perspektivdə marketinq qoruyucularının təsirini yüngülləşdirmək; uzun müddətdə isə gələcəyin böyükləri olan uşaqlarda, sağlam qərar vermə modelləri inkişaf etdirmək baxımından əhəmiyyətlidir. Bu formasiya üçün təbii şəraiti ana- atayla yanaşı, məktəblərin üzərinə də əhəmiyyətli məsuliyyətlər düşür.
Bunun üçün diqqətli olmalı, hər kəs üzərinə düşən məsuliyyəti bilməli və yetişməkdə olan gənc nəslin sağlam əqidəli, ahəngdar inkişaf etmiş şəxsiyyət lər kimi yetişməsinə cavabdeh olmalıdır.
 

Reklamların uşaqlar üzərindəki müsbət və mənfi təsirləri (II yazı)

                                                                                                                                                   Qeyd: Yazı türkcədən tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz