» » “Nə? Harada? Nə zaman?” intellektual oyununda 3 nömrəli məktəbin komandası qalib gəlib

“Nə? Harada? Nə zaman?” intellektual oyununda 3 nömrəli məktəbin komandası qalib gəlib

Müəllif: Vüsal от 12-05-2017, 18:30

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı "Məktəblinin dostu” pilot layihəsinə daxil olan məktəblərdə "Nə? Harada? Nə zaman?” intellektual oyununun final turu keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, "NORM” MMC-nin və "HUAVEI” kompaniyasının dəstəyi ilə keçirilən finalda hər məktəbin qalib komandaları iştirak edib.
Final oyunu hər biri 12 sualdan ibarət olmaqla üç turdan ibarət olub. 36 sualdan sonra 3 nömrəli tam orta məktəbin komandası qalib seçilib.
İkinci yerə 57 nömrəli, üçüncü yerə isə 189-190 nömrəli məktəblərin komandaları layiq görülüb.
Qalib komandanın hər bir üzvünə "HUAWEI” smartfonu hədiyyə olunub. İlk üç yerin sahibinə isə həvəsləndirici medal və sertifikatlar verilib.
Sonda layihənin rəhbəri Rüstəm Ağayev qalib komandaya "Məktəblinin dostu” kubokunu təqdim edib.

“Nə? Harada? Nə zaman?” intellektual oyununda 3 nömrəli məktəbin komandası qalib gəlib

Mənbə:http://azertag.az/xeber/science_and_education/Ne_Harada_Ne_zaman_intellektual_oyununda_3_nomreli_mektebin_komandasi_qalib_gelib-

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz