» » Bu gün Xalq şairi Söhrab Tahirin Xatirə günüdür

Bu gün Xalq şairi Söhrab Tahirin Xatirə günüdür

4 may Azərbaycanın xalq şairi Tahiri Söhrab Əbülfəz oğlunun (Söhrab Tahir) Xatirə günüdür.
Söhrab Tahir 1926-ci il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondunun plenum üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri olmuşdur. 1991–ci ildə Bədii Ədəbiyyatı Təbliğat Bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. ənətkarın 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.
Xalq şairi II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Bu gün Xalq şairi Söhrab Tahirin  Xatirə günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz