» » Akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən rəsm sərgisi açılıb

Akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən rəsm sərgisi açılıb

Müəllif: Dəyanət от 26-04-2017, 21:30
Akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən rəsm sərgisi açılıb

Azərbaycanın ən parlaq şəxsiyyətlərindən olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü Bakının Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Əlamətdar günlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr edilən tədbirlər keçirilir, sərgilər təşkil olunur.
Tədbirlər çərçivəsində "Qalereya 1969”da Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş, Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim, tibb elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın zəngin və mənalı, nəsillərə ən layiqli örnək olan həyat və fəaliyyətindən danışıb. Vurğulanıb ki, Zərifə Əliyeva tibb elminin inkişafına əvəzsiz töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, eyni zamanda, dünya miqyasında böyük şöhrət qazanıb.
Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım böyük alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, gözəl şəxsiyyət, nəcib insan, sədaqətli həyat yoldaşı, mehriban, qayğıkeş ana olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunan tədbirin əhəmiyyətindən bəhs edib, alimin əziz xatirəsinə həsr olunan sərgidə nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Onlar görkəmli rəssamlardan olan Oqtay Sadıxzadənin "Zərifə xanım Əliyevanın portreti”, Altay Sadıxzadənin "Mehriban xanımın portreti”, xalq rəssamları Baba Əliyev, Mikayıl Abdullayev, Tahir Salahov və digər rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa ediblər.
Xalq Artisti Samir Cəfərov "Ana” mahnısı, Bakı Musiqi Akademiyasının tələbələri Mədinə Ağayeva, Vüsal Aydəmirov və Alp Əliyev müxtəlif klassik musiqi nömrələri ilə çıxış ediblər.
Akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən rəsm sərgisi açılıb

Mənbə:http://azertag.az/xeber/Akademik_Zerife_Aliyevanin_anadan_olmasinin_94_cu_ildonumune_hesr_edilen_resm_sergisi_achilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz