» » Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

Bu gün məşhur "Əhməd haradadır?" fimindən əbədilik xatirələrimizə köçürdüyümüz sürücü Əhmədin (Elxan Qasımovun) doğum günüdür. Epizodik rol olsa da, çox məzmunlu, peşəkarlıqla yaradılmış obrazdır. Zahirən gözəldir, şirindir: nəinki Nərgiz xala, çoxları arzu edərdi ki, belə kürəkəni olsun. O qədər təbii oynayıb ki, heç inanmaq olmur ki, bu, sadəcə, filmdir.
Elxan Qasımov aktyor və kinorejissordur: Azərbaycanın Əməkdar artistidir: 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq , Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb .
1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Elxan müəllimi "Ana və Uşaq" oxucuları adından təbrik edir, möhkəm cansağlığı və mədəniyyətimizin inkişfı naminə qayğıkeş fəaliyyətində tükənməz enerji arzulayırıq.

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

Qeyd: "Şərq" qəzetində Elxan müəllimin 70 illik münasibəti ilə qələmə alınmış maraqlı bir yazını oxucularımıza təqdim edirik.


"ŞOFER ƏHMƏD” AD GÜNÜNDƏ XANIMINA ELƏ BİR SÖZ DEDİ Kİ...


"Əgər o mənim həyatımı qara günə döndərsəydi, bu qədər yaşamazdım”
Əməkdar artist, rejissor, aktyor Elxan Qasımovun ötən gün 70 illik yubileyi idi. Elxan Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, daha sonra isə Leninqradda rejissorluq fakültəsində təhsil alıb.
1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında işləyir. Bədii-sənədli filmlərin, eləcə də "Mozalan” süjetlərinin müəllifidir. Əhməd haradadır” filmindən sürücü Əhməd kimi tanınan aktyor, rejissor Elxan Qasımov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Elxan Qasımov "Nizami Gəncəvi”, "Qocalar, qocalar...”, "Bizim küçənin oğlanları”, "Biz qayıdacağıq” bədii filmlərinin rejissoru olub, "Cazibə qüvvəsi”, "Qatır Məmməd”, "O qızı tapın”, "İnsan məskən salır” bədii filmlərində isə müxtəlif səpkili obrazlar yaradıb.

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

Doğum günü ilə əlaqədar Əməkdar artistlə əlaqə yaratdıq. Maraqlandıq görək, Elxan Qasımov bu dəfə doğum gününü, yubileyini qeyd edirmi?
Telefonu açar-açmaz çox xoş şəkildə bizi salamlayan Elxan Qasımov təbriklərimizi qəbul edib təşəkkürünü bildirdi: "Çox sağ olun. Mətbuat nümayəndələri, televiziyalar hər zaman mənə qarşı diqqətli olublar. Bu da məni çox sevindirir. Amma məlum səbəbdən bizim evdə 10 ildir şadyanalıq, ad günləri qeyd olunmur (xatırladaq ki, 10 il əvvəl Elxan Qasımovun yeganə oğlu Samir Qasımov faciə nəticəsində dünyasını dəyişib. Əməkdar artistin evində oğlunu itirdikdən bu günə qədər heç bir özəl gün qeyd edilmir).
Amma səhər tezdən başlayaraq telefonlarım susmur. Artıq telefonumu günün ikinci yarısına qədər 2 dəfə cərəyana qoşmuşam ki, enerji yığsın. Çox xoşdu ki, məni yada salılar, diqqət göstərirlər. Sağ olsun telekanallar da, mənim haqqımda verilişlər hazırlayıblar. Mənə elə gəlir ki, bu sevgini qazandığım üçün Allaha minnətdar olmalıyam. Amma bütün bunlara baxmayaraq bizim ailədə ad günü qeyd olunmur.
Elə bu məqamda Elxan Qasımovun digər telefonuna da zəng gəldi. Bizdən üzrxahlıq edən Əməkdar artist salamlaşdıqdan bir neçə dəqiqə sonra bir qədər ciddi şəkildə telefon xəttinin o biri başında olan insana "Əlində heç bir veşlə, nə iləsə evə gəlmə. Bax, bir də deyirəm, əliboş, heç nə gətirmədən gəl” dedi. Sonra da zarafatla bir aş məsələni yumşaldıb”. Bax, başqa telefonda jurnalist xanım bizim danışığımızı eşidir. Sonra deyəcək ki, Elxan Qasımov kiçik qardaşının üstünə niyə acıqlandı? Gəlin, amma əliboş gəlin” deyərək sağollaşdı. Bizimlə yenidən söhbətə başlayan Elxan Qasımov "Üzr istəyirəm, kiçik qardaşım idi. İstəmirəm kimsə hədiyyə ilə evə gəlsin. Əgər hədiyyə evə gəlirsə, mən də onu qəbul edirəmsə, demək artıq ad günü qeyd etmiş oluram. Mən isə ad günümü qeyd etmirəm. Əgər ad günü, yubileyimi qeyd etmək istəsəydim, rəsmi şəkildə, Kinostudiyanın da təşkilatçılığı ilə 70 illik yubileyimin qeyd olunmasına razılıq verərdim. Sağ olsun dostlar, sənət yoldaşlarım bu yubileyin qeyd olunmasını arzulayırdılar. Ancaq mən razılıq vermədim. Mənim üçün bu məsələ bağlanıb. Birdəki bu, şəxsi məsələdi. Mən də o kitabı 10 ildir bağlamışam. 70 yaş mənim üçün böyük yaş olsa da, 70 yaş o qədər böyük yaş deyil” söylədi.

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...

70 yaşı olan Əməkdar artistdən soruşduq ki, "bu yaşa gəlməyinizdə yəqin ki, sizin həyat yoldaşınızın da rolu az olmayıb? O sizə yaxşı baxıb ki, bu qədər cavan görünürsüz” deyəndə, Elxan Qasımov "Əlbəttə, yoldaşımın əməyi var. Əgər o mənim həyatımı qara günə döndərsəydi, bu qədər yaşamazdım” deyib paralel olaraq xanımına zarafatla nə isə söylədi. Həmin məqamda Elxan Qasımov "Tahirə xanım, bu xoş sözüm deyəsən xanımıma ləzzət edib, ona görə də gülümsəyir. Zarafat bir yana, amma xanımımın rolu mənim həyatımda böyük olub. O mənə bu illər ərzində dözübsə, böyük qadındı. Çünki əslində ağır xarakterim var. Hər adam mənimlə yola gedə bilməzdi. Allah sizdən də razı olsun ki, məni yada saldınız. Təşəkkür edirəm” bildirdi.
Bir daha Əməkdar artisti 70 illik yubileyi münasibətilə təbrik edirik!

Elxan Qasımov kimi də sevirik, sürücü Əhməd kimi də...
Tahirə


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz