» » Sevimli şairimizi ehtiramla andıq

Sevimli şairimizi ehtiramla andıq

Sevimli şairimizi ehtiramla andıq

18 aprel Azərbaycanın Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın anım günüdür.
Tofiq Qulam oğlu Bayramov (Tofiq Bayram ) 1934-cü il dekabrın 16-da Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı redaksiyasında, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Yazıçı" nəşriyyatında baş redaktor müavini işləyib.
Daha sonra yalnız yaradıcılıqla məşğul olub. Şairin "Ana təbəssümü”, "Mənim şair xalqım”, "Gərək elə yanım”, "Azərbaycan deyəndə”, "Ay gecikən məhəbbətim” və digər poeziya nümunələrindən ibarət kitablar oxucular tərəfində maraqla qarşılanıb.
Lope de Veqanın "Hiyləgər məşuqə" pyesini tərcümə edib. A.T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.
Şair 1991-ci ildə vəfat edib, Bakının Əmircan kəndində dəfn olunub. 

Sevimli şairimizi ehtiramla andıq

Sevimli şairimizi ehtiramla andıq

Sevimli şairimizi ehtiramla andıq

Sevimli şairimizi ehtiramla andıq


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz