» » “Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbirlər

“Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbirlər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində həyata keçirilən "Mən həyatı seçirəm” layihəsinin məqsədi əhali, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə qarşı mübarizənin gücləndirilməsi və ictimai nəzarətin artırılmasıdır.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyinin razılığına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən layihə çərçivəsində təşkil olunan maarifləndirici tədbirlərdə şagirdlər ölkədə uğurla həyata keçirilən ailə, qadın və uşaq siyasəti ilə bağlı məlumatlandırılıblar.
"Mən həyatı seçirəm”, "Ailənin sosial-psixoloji xüsusiyyətləri” mövzusunda çıxışlarda müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması, yeniyetməlik dövrünün çətinlikləri, ailədə baş verən konfliktlərdən qorunma yolları, məişət zorakılığı və erkən nikah hallarına qarşı mübarizə kimi mövzular barədə məlumat verilib.
Tədbirlərdə "Ailə bir ağacdır” və "Dəyər” filmləri nümayiş olunub.

“Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbirlər

Mənbə:http://azertag.az/xeber/Men_heyati_sechirem_layihesi_cherchivesinde_maariflendirici_tedbirler-1050787

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz