» » Layihə: “Gözəl yurdumuzu uşaqkən gəzək”

Layihə: “Gözəl yurdumuzu uşaqkən gəzək”

Müəllif: Təsisçi от 12-04-2017, 00:05

Layihə: “Gözəl yurdumuzu uşaqkən gəzək”

Sumqayıtdakı Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi tərəfindən reallaşdırılan "Gözəl yurdumuzu uşaqkən gəzək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin aparıcı mütəxəssisi Ayişə Səfərli azyaşlı uşaqlara turizmin növləri, Sumqayıtın turizm potensialı barədə məlumat verib. Eyni zamanda, uşaqlar səyahətdə olduqları şəhərlər, ölkələr haqqında fikirlərini bölüşərək maraqlı diskussiya aparıblar.
Diskussiya zamanı balaca oxuculardan İsmayıl Hüseynov, Nərmin Əliyeva, Aysu Hüseynova, Mirkənan Mahmudov, Zeynəb Hüseynəli və digərləri xüsusi fəallıq göstəriblər.
Daha sonra uşaqlar kənd turizmi mövzusunda cizgi filmi izləyiblər.
Sonda Ayişə Səfərli uşaqların suallarını cavablandırıb, növbəti tədbir üçün onlara tapşırıqlar verib.

Layihə: “Gözəl yurdumuzu uşaqkən gəzək”

Layihə: “Gözəl yurdumuzu uşaqkən gəzək”

Mənbə:http://azertag.az/xeber/Layihe_Gozel_yurdumuzu_usaqken_gezek-1050353

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz