» » Koxlear implantasiya əməliyyatlarına hazırlıq məktəbi fəaliyyətə başlayır

Koxlear implantasiya əməliyyatlarına hazırlıq məktəbi fəaliyyətə başlayır


Səhiyyə Nazirliyi "Koxlear implantasiya əməliyyatları aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləri ilə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında keçirilən ilk dərslərdə tibb üzrə fəlsəfə doktoru A. Abbasova komissiyaya müraciət edən ailələrə uşaqların ağıreşitmə problemləri, onun həlli yolları, koxlear implantasiya əməliyyatı və əməliyyatdan sonrakı dövrdə reabilitasiya məsələləri ilə əlaqədar mühazirələr oxuyacaq və praktik təlimlər keçiriləcəyi barədə məlumat verəcək.

Koxlear implantasiya əməliyyatlarına hazırlıq məktəbi fəaliyyətə başlayır

Mənbəhttp://azertag.az/xeber/Koxlear_implantasiya_emeliyyatlarina_hazirliq_mektebi_fealiyyete_baslayir-1049774

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz